Siyavuş Novruzov

Millət vəkilindən həmkarlarına iqtisadi nəzəriyyə dərsi

59
Siyavuş Novruzovun sözlərinə görə, neftin qiyməti iqtisadiyyatla deyil, sırf siyasətlə bağlıdır

BAKI, 7 noyabr — Sputnik. Azərbaycanda mütəmadi olaraq inkişaf gedir. Bununla bərabər, təkliflər də verilməldir ki, yeni istiqamətlər müəyyənləşdirilsin və bu inkişafı davam etdirək. O cümlədən büdcə strukturu dəyişməlidir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov Milli Məclisdə komitələrin birgə iclasında büdcə müzakirələri zamanı deyib.

O, bildirib ki, dövlət başçı tərəfindən bir sıra mühüm sənədlər imzalanıb: "Biz büdcə strukturunu müasirləşdirməliyik. Büdcəmiz keçmiş sosializmdən fərqlənməli, yeni dəyərlər əsasında formalaşmalıdır".

Onun sözlərinə görə, neftin qiyməti iqtisadiyyatla deyil, sırf siyasətlə bağlıdır.

Millət vəkili Milli Məclisin əməkdaşlarının maaşlarının artırılmasını da təklif edib.

59