İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimində iştirak edib

Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi keçirilib

1525
(Yenilənib 16:03 30.10.2017)
İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimdə iştirak edib

BAKI, 30 oktyabr — Sputnik. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri iştirak ediblər. Prezident İlham Əliyev açılış mərasimində çıxış edib.

Avrasiya məkanı üçün yeni yüksəliş layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti qədim İpək Yolunun polad magistrallar üzərində bərpasıdır. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə dair Saziş 2007-ci ildə Tbilisidə imzalanıb. Elə həmin ilin noyabrında Gürcüstanın Marabda məntəqəsində dəmir yolu xəttinin təməli qoyulub. 2008-ci ilin iyulunda isə Qars şəhərində Qars-Gürcüstan sərhədi hissəsinin tikintisinin təməlqoyma mərasimi keçirilib. Ümumi uzunluğu 846 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir.

Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin — Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdıracaq. Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə multimodal daşımaların həcmini artıracaq. Belə ki, üçüncü istismar ilində 3-5 milyon ton, beşinci istismar ilində 6-8 milyon ton yük, bundan sonra isə ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacağı nəzərdə tutulur. Bu, onu göstərir ki, Azərbaycan ilə yanaşı, Gürcüstan və Türkiyə də tranzit daşımalarından yüksək gəlir əldə edəcək. Bütün bunlar Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini, onun təhlükəsizliyini, etibarlılığını, sürət və vaxt tezliyini aydın göstərir. Bu yol istifadəyə veriləndən sonra mövcud yükdaşımalarla müqayisədə zaman fərqinin iki dəfəyədək azalması müşahidə olunacaq ki, bu da layihənin iqtisadi səmərəsini daha da artırır.

Bakı-Tbilisi-Qars dəmir yolunun digər önəmli cəhəti isə Azərbaycanın bu layihənin verdiyi imkanlardan istifadə edərək Türkiyə ilə Gürcüstan ərazisindən birbaşa dəmir yolu əlaqəsi qurmasıdır. Bu dəmir yolu regionda turizmin inkişafına da güclü təsir göstərəcək. Beləliklə, öz əhəmiyyətinə görə qlobal səciyyə daşıyan Bakı-Tbilisi-Qars dəmir yolu iki qitəni polad relslərlə birləşdirərək böyük sosial-iqtisadi səmərəyə zəmin yaradır. Ən əsası isə bu dəmir yolunun işə düşməsi regionda sabitliyə, xalqlarımızın daha da yaxınlaşmasına və iqtisadi inkişafa ən böyük töhfədir. Bu töhfənin təməlində Azərbaycan, Gürcüstan və Türkiyənin sarsılmaz dostluğu və qardaşlığı dayanır.

1525
Teqlər:
açılış, Bakı-Tbilisi-Qars dəmir yolu, Gürcüstan, İlham Əliyev, Türkiyə, Azərbaycan, prezident
Mövzu:
Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin fəaliyyətə başlaması (13)
Əlaqədar
Bakı-Tbilisi-Qars xəbəri dünya mediasının manşetində
Bakı-Tbilisi-Qars: Dəmir İpək Yolu
Azərbaycan manatı, arxiv şəkli

Əmanətlər üzrə kompensasiyaların verilməsi üçün hökumətə müraciət olundu

1
(Yenilənib 22:12 06.07.2020)
Əmanətçilərin hüquqi mənafelərinin qorunması və əmanətlər üzrə kompensasiyaların verilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət olunması məqsədilə Əmanətlərin Sığortalanması Fondu tərəfindən Nazirlər Kabinetinə məktub ünvanlanıb

BAKI, 6 iyul — Sputnik. Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən ləğv prosesində olan "Atabank" ASC, "AG Bank" ASC və "NBC Bank" ASC-də təshih tədbirlərinin təsirinə düşən əmanətlərin qaytarılması üçün Konstitusiya Məhkəməsinə müraciət olunması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə məktub ünvanlanıb.

ADIF-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, ləğv prosesində olan "Atabank", "AG Bank" və "NBC Bank"da maliyyə bazarlarına nəzarət orqanı tərəfindən fiziki şəxslərdən müddətli əmanətlərin qəbulu, qorunan əmanətlərin həcminin artımı, mövcud əmanətlərin şərtlərinin dəyişdirilməsi yolu ilə qorunan əmanət statusuna aid edilməsinə dair əməliyyatların həyata keçirilməsinin dayandırılmasına dair təshih tədbirləri tətbiq edilib.

Təshih tədbirlərinin tətbiq olunmasına baxmayaraq, sözügedən banklar tərəfindən əmanətlər qəbul olunmuş, qorunan əmanətlərin həcminin artımı, mövcud əmanətlərin şərtlərinin dəyişdirilməsi yolu ilə qorunan əmanət statusuna aid edilməsinə dair əməliyyatların həyata keçirilməsi müəyyən olunub.

Bundan əlavə, "Atabank"a təyin olunmuş müvəqqəti inzibatçının ADIF-ə təhvil verdiyi ləğv prosesində olan "Atabank"ın əmanətçilər qarşısında öhdəliklərinin reyestrində əmanətçilərin depozitlərinin bir hissəsi səhvən qorunmayan əmanət kimi qeydə alınıb.

"Bu məsələlərlə əlaqədar sözügedən bankların əmanətçilərinin hüquqi mənafelərinin qorunması və əmanətlər üzrə kompensasiyaların verilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət olunması məqsədilə Əmanətlərin Sığortalanması Fondu tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinə məktub ünvanlanıb", - deyə ADIF-dən bildirilib.

1
Səüdiyyə Ərəbistan brokeri, arxiv şəkli

Səudiyyə Ərəbistanından gözlənilməz addım: neftin qiyməti indi fərqli olacaq

116
(Yenilənib 14:55 06.07.2020)
"Saudi Aramco" şirkəti avqustda Asiyaya tədarük olunacaq "Arab Light" neftinin qiymətini 1 dollar artırıb və onu 1,20 dollara satacaq.

BAKI, 6 iyul — Sputnik. Səudiyyə Ərəbistanı avqustda Asiya, ABŞ və Şimali Avropadakı müştərilərinə çatdırılacaq neftin qiymətini qaldırıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Reuters" agentliyinə iki mənbə qiymət sənədlərinə istinadən bildirib. 

Belə ki, "Saudi Aramco" şirkəti avqustda Asiyaya tədarük olunacaq "Arab Light" neftinin qiymətini 1 dollar artırıb və onu 1,20 dollara satacaq.

Bloomberg isə xəbər verir ki, "Saudi Aramco" ABŞ üçün qiymətləri 0,20-0,40 dollar arasında artırıb və "Light" markası 0,30 dollar bahalaşaraq 1,65 dollara satılacaq.

Əsas mərkəzi Rotterdam olan şimal-qərbi Avropadakı istehlakçılara satılan markaların da əksəriyyəti bahalaşıb.

Azalmalar yeganə olaraq Aralıq dənizi bölgəsində müşahidə edilib. "Saudi Aramco" bu bölgə üçün neftin qiymətini 1 dollar aşağı salıb.

Avqust ayı üçün qiymətlər hazırda aşağıdakı kimidir (köhnə qiymət üstəgəl artım):

"Super Light" - 2.65 dollar (1.65 +1.00)

"Extra Light" - 1.20 dollar (0.20 +1.00)

"Light" - 1.20 dollar (0.20 +1.00)

116
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj
Əlaqədar
Səudiyyə Ərəbistanı yeni müharibə ilə hədələdi, neft qiymətləri kəskin düşə bilər
Pərviz Şahbazov: "Neft bazarının sabitləşməsi üçün ən azı iki il vaxt lazımdır"
Qiymət yenə bahalaşıb, amma bu artım bizi sevindirir
Azərbaycanda Aİ-95 benzin niyə bahalaşıb? - RƏSMİ
Azərbaycanda və dünyada elektrik enerjisi - iyirmi il sonra bizi nə gözləyir
Arxeoloji qazıntılar, arxiv şəkli

Yeddi min ilin sirri - Polşada qədim xəndəklər aşkar edilib

0
(Yenilənib 23:51 06.07.2020)
Polşada daha əvvəl buna bənzər tapıntı aşkarlanmayıb. Ancaq Slovakiyada, Çexiyada, Macarıstanda və digər ölkələrdə buna bənzər çıxıntılar - quruluşlar hələ də qalıb.

BAKI, 7 iyul — Sputnik. Arxeoloqlar qrupu Polşanın şimalında naməlum mənşəli xəndəklər sistemi aşkarlayıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, tədqiqatlarla müəyyən edilib ki, hündürlükdən onlar tək şəkil kimi görünürmüş.

Xəndəklər ilk dəfə "Google Maps" və "Google Earth" xəritələrinin köməyi ilə gözə çarpıb. Alimlərin fikrincə, obyektlərin 7 minə yaxın yaşı var.

Polşada daha əvvəl buna bənzər tapıntı aşkarlanmayıb. Ancaq Slovakiyada, Çexiyada, Macarıstanda və digər ölkələrdə buna bənzər çıxıntılar - quruluşlar hələ də qalıb.

Xəndəklər bir mərkəz ətrafında oval şəklində qazılıb və bəzi yerlərdə torpaq "körpülər" qorunub saxlanılıb.

Xəndəklərin eni üç metr, dərinliyi iki metrdir. Ən böyüyünün diametri 85 metr təşkil edir. Yəqin ki, qədim tayfalar onları sümük alətlərinin köməyi ilə qazıblar, bu da çox səy və vaxt tələb edib. Arxeoloqların sözlərinə görə, gil torpaqlarda müasir avadanlıqlarla belə qaıntı aparmaq çətindir.

Elm adamları bu quruluşların ritual məna kəsb etdiyini düşünürlər. Ancaq burada hansı ayinlərin keçirildiyi hələ müəyyən edilməyib. İçəridə olan qədim kömür izləri burada hansısa tikilinin olduğunu və sonradan yandığını sübut edir.

0