Maliyyə hesabatı

Gələn ilin dövlət büdcəsinin məbləği açıqlandı

167
(Yenilənib 11:17 20.10.2017)
Gələn il Azərbaycanın dövlət büdcəsi 21 milyard manata yaxın olacaq

BAKI, 20 oktyabr — Sputnik. "Azərbaycan Respublikasının 2018-ci ilin dövlət büdcəsi haqqında" qanun layihəsi açıqlanıb. Sputnik Azərbaycan xəbər verir ki, 2018-ci ilin dövlət büdcəsinin gəlirləri 20 milyard 127 milyon manat, xərcləri isə 20 milyard 905,7 milyon manat proqnozlaşdırılır.

Bakıda “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanması mərasimi keçirilib
© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Qeyd edək ki, 2016-cı ilin dövlət büdcəsinin gəlirləri 16 milyard 766 milyon manat, xərcləri isə 17 milyard 941 milyon manat təsdiq edilmişdi. Beləliklə büdcənin gəlirləri 20%, xərcləri isə təxminən 16,5% artırılır.

2018-ci ilin dövlət büdcəsi kəsirinin yuxarı həddi 778 milyon 700 min manat məbləğində nəzərdə tutulur. Onun maliyyələşdirilməsi özəlləşdirmədən, digər mənbələrdən daxilolmalar (daxili və xarici borclanma, 2018-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı) cəmi 749 milyon 700,0 min manat və Avropa Birliyinin qrantından daxilolmalar 29 milyon manat hesabına həyata keçiriləcək.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan, Azərbaycan Respublikasının 2018-ci il icmal büdcəsi kəsirinin yuxarı həddinin məbləği 14 milyard 127 milyon 300 min manat məbləğində nəzərdə tutulur.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan büdcəyə 9 milyard 216 milyon manat transfert nəzərdə tutulur. Bu, 2016-cı ildə nəzərdə tutulandan 51% çoxdur. 2016-cı ilin dövlət büdcəsinə Neft Fondundan 6 milyard 100 milyon manat transfert nəzərdə tutulub.

Azərbaycan Respublikasının 2018-ci il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 26 milyard 674 milyon 102,7 min manat nəzərdə tutulur.

167
Teqlər:
məbləğ, gəlir, milyard, dövlət büdcəsi, kəsir, Azərbaycan Respublikası, xərc, manat
Əlaqədar
Büdcəmizə qənaət etməli olacağıq
Büdcədən ən çox "pay alan" eks-prezident
Dövlət büdcəsindən 5,8 milyon manat pul ayrıldı
Prezident yenilənmiş dövlət büdcəsini təsdiqlədi
Dövlət büdcəsinə dəyişikliklər təsdiqləndi: xərclərimiz artır