Manat və kalkulyator

Manatın aqibətinə dair yekdil rəy var

7659
(Yenilənib 12:04 11.10.2017)
"Mərkəzi Bank tərəfindən növbəti dövrlər üçün manatın məzənnəsi ilə bağlı proqnozların hazırlanaraq cəmiyyətə təqdim edilməsinə ehtiyac var"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 11 oktyabr — Sputnik. "Tam üzən məzənnə rejiminə keçid artıq təmin olunub. Çünki bu gün valyuta bazarında formalaşan məzənnə valyutaya tələb və təklif amilləri əsasında formalaşır".

Bu barədə ötən günlərdə Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyev məlumat verib. "Mərkəzi Bankın makroiqtisadi göstəricilərə təsiri pul siyasəti ilə həyata keçirilir. Yəni bizim artıq məzənnəyə təsirimiz bazara birbaşa müdaxilə etmək hesabına deyil, dolayı təsirdir" — o bildirib.

"Pul kütləsi və pul təklifinə təsir etmək mexanizmi ilə biz tam üzən məzənnə rejiminin daha effektiv fəaliyyət göstərməsi üçün iqtisadi sabitliyi təmin etmək üçün bir effektiv alət kimi istifadə edə bilirik" — Əliyev əlavə edib.

Onun sözlərinə görə, yeni tədbirlərdən biri də alternativ lövbərin yaradılmasıdır: "Yəni iqtisadi sabitliyin təmin olunması üçün əsas nəzarət etdiyimiz göstərici əvvəlki illərdən fərqli olaraq pul kütləsinin tam nəzarətə alınmasıdır. Əgər pul kütləsi tam nəzarət altına alınmışsa, Mərkəzi Bankın və Maliyyə Sabitliyi Şurası çərçivəsində razılaşdırılmış göstərici ətrafındadırsa, bu təbii ki, məzənnənin sabitliyini və digər makroiqtisadi göstəricilərin və bütövlükdə iqtisadiyyatın artımını təmin edir".

Məsələni Sputnik Azərbaycan-a şərh edən iqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, bu, yeni fikir deyil: "Bu, Mərkəzi Bank rəsmilərinin son 7 ayda ard-arda səsləndirdiyi fikirlərdir. Yanvar ayından Mərkəzi Bank üzən məzənnə rejiminə keçidlə bağlı mövqeyini açıqlayıb və manatın məzənnəsinin tələb və təklif əsasında formalaşdığını bildirib".

"Düşünürəm ki, bu açıqlamaya zərurət, məhz sentyabrın 29-da Mərkəzi Bank tərəfindən göndərilmiş bir bildirişin ictimaiyyət arasında nə qədər həssaslıqla qarşılanması və panikaya səbəb olmasından qaynaqlanıb. Bu baxımdan, valyuta bazarlarında yeni nəsə baş verməyib. Mərkəzi Bank öz mövqeyini də dəyişməyib" — Həsənov bildirib.

Onun sözlərinə görə, dünyanın heç bir ölkəsinin Mərkəzi Bankı valyuta bazarlarını tam tərk etmir: "Məzənnə siyasətinə birbaşa cavabdeh qurum kimi ən müxtəlif alətlərdən istifadə edərək valyuta bazarlarını əsas iştirakçısı mövqeyini qoruyub saxlayırlar. Amma üzən məzənnə rejimlərində mərkəzi banklar bazarda müəyyən qədər meylliliyi, istiqaməti müəyyənləşdirməyə çalışırlar. Bu istiqamətdə alış və satış əməliyyatları həyata keçirirlər, pul kütləsinin tənzimlənməsinə müəyyən qədər nəzarət edirlər və s. Amma tənzimlənən məzənnə sistemində məzənnə demək olar ki, diktə olur".

İqtisadçının fikrincə, ilin əvvəllərində məzənnədə dinamika müşahidə olunurdu, volatilik var idi: "Bu, üzən məzənnə rejiminin bir göstəricisidir. Üzən məzənnə rejimində heç bir halda məzənnələr uzun müddətli dövr üçün tam sabit qala bilməz. Eyni zamanda, müşahidələr göstərir ki, hətta, bazarda ciddi dəyişikliklər olduğu halda, bəzən manatın bu dəyişikliklərə reaksiyası olmayıb".

"Məsələn, avqust ayında dünyada neftin qiyməti kəskin ucuzlaşıb. Hər kəs bilir ki, Azərbaycanda məzənnənin formalaşmasında neft amilinin gücü nədir. Amma buna baxmayaraq, manatın məzənnəsində neftin ucuzlaşmasına reaksiyanı görmədik. Bundan başqa, dünya bazarlarında aprel ayından başlayaraq dollar ucuzlaşmağa başlayıb və avqust ayına qədər dollar öz dəyərini 13 faiz itirib. Amma bu müddətdə də biz manatın məzənnəsinin reaksiyasını görmədik" — ekspert vurğulayıb.

R. Həsənovun dediyinə görə, bu iki faktor məzənnədə müəyyən volatilik formalaşdırmalıydı, amma, bunlar olmadı: "Əvəzində 0,29 faizlik manatın möhkəmlənməsi baş verib. Bütün bunlar onu deməyə əsas verir ki, ictimaiyyətin məzənnənin formalaşmasında Mərkəzi Bankın əsas oyunçu olduğunu fikirləşməsi haradasa haqlıdır".

Onun qənaətincə, ötən dövrdə üzən məzənnə rejiminin simptomlarını valyuta bazarlarında hiss etməmişik: "Hərraclarda dollar satılmadığı halda, manatın məzənnəsində möhkəmlənmə getmir. Ötən günün məzənnəsi yeni günə, ötən həftənin məzənnəsi yeni həftəyə transfer edilir. Bu, bazar qanunlarına zidd məsələdir. Əgər tələb təklifi üstələyirsə, bu zaman manatın məzənnəsi ucuzlaşmalıdır".

"Amma biz bunları bazarlarda hiss etmirik. Düşünürəm ki, bu gün tənzimlənən məzənnə siyasəti hələ də davam etdirilir. Bugünkü manatın tarazlıq məzənnəsi bazar tarazlığı nəticəsində əldə olunmuş məzənnə deyil. Bu, cavabdeh qurumların arasında ümumi razılaşma nəticəsində ortaya çıxıb. Hələlik Azərbaycanda tam üzən məzənnə rejimi mövcud deyil" — Həsənov diqqətə çatdırıb.

"Manatın ucuzlaşmasını şərtləndirən hər hansı bir zərurət yoxdur. Hələlik qısa və uzun müddətli dövrdə əhəmiyyətli məzənnə dəyişikliyi proqnozlaşdırılmır" – deyə o, əlavə edib.

İqtisadçı-ekspert Cəfər İbrahimli isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, Mərkəzi Bankın standart hərraclarla bazarda mövcud olması o deməkdir ki, daha əvvəl Mərkəzi Bankın özünün də qeyd etdiyi kimi tənzimlənən üzən məzənnə mexanizmi davam edir: "Bu da indiki iqtisadi situasiyaya uyğundur".

"Nəzərə almaq lazımdır ki, digər inkişaf etməkdə olan ölkələrin də mərkəzi bankları, sərt qiymət dəyişikliyi müşahidə olunduğu zaman bazara müdaxilə edir. Dolayısı ilə, Azərbaycan Mərkəzi Bankı manatın digər valyutalara qarşı sərt dəyişikliyini müşahidə etsə, birbaşa hərraclar vasitəsi ilə müdaxilə etməyə davam edəcəyini düşünürəm" — İbrahimli söyləyib.

Mövzunu Sputnik Azərbaycan-a dəyərləndirən iqtisadçı-ekspert Vüqar Bayramovun fikrincə isə, manata inamın formalaşdırılmasına ehtiyac var və bu, əsas hədəf olmalıdır: "Vətəndaşların manata inamının bərqərar olması olduqca vacibdir. Mərkəzi Bank hələ bu ilin yanvarında tam üzən məzənnəyə keçdiyini bildirmişdi. İndi 9 aydan sonra yenidən tam üzən məzənnənin bərqərar olduğunu və ya keçdiyini bildirməsini də izah etmək çətindir".

Onun qənaətincə, Mərkəzi Bank düşünür ki, cəmiyyətdə tam üzən məzənnənin tətbiqi ilə bağlı əminlik yoxdur: "Mərkəzi Bankın proseslərə təsir imkanları güclü olaraq qalmaqdadır. Düşünürəm ki, cəmiyyət üçün məzənnə siyasətinin necə adlandırılması deyil, manata inamın tam olaraq formalaşması əsas hədəf olmalıdır. Mərkəzi Bank tərəfindən növbəti dövrlər üçün manatın məzənnəsi ilə bağlı proqnozların hazırlanaraq cəmiyyətə təqdim edilməsinə ehtiyac var".

7659
Teqlər:
Cəfər İbrahimli, Rəşad Həsənov, Sputnik Azərbaycan, AMB, üzən məzənnə, ekspert, iqtisadçı, Vüqar Bayramov, Mərkəzi Bank, bazar, valyuta, manat, dollar, qiymət, neft
Əlaqədar
Manat bahalaşdı: rəsmi və qeyri-rəsmi məzənnələr
Dolların sabahkı məzənnəsi necə oldu?
Dolların iyulun 10-na olan məzənnəsi açıqlanıb
Millət vəkili: “Manatın məzənnəsi pis-yaxşı qorunub saxlanılır”
 Əldə manat, arxiv şəkli

Nazirlik gecikdirilən pulları məcburən ödətdirdi

21
Ödənilən vəsaitin 172,8 min manatı əmək haqları, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, eləcə də zərərə görə ödənclər olub

BAKI, 27 oktyabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən yanvar-sentyabr aylarında vətəndaş müracətlərinin araşdırılması zamanı işəgötürənlər tərəfindən 180 min manata yaxın məbləğdə sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən olunub. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, görülən tədbirlər nəticəsində həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib.

Ödənilən vəsaitin 172,8 min manatı əmək haqları, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, eləcə də zərərə görə ödənclər olub.

Həmçinin əmək müqavilələrinə qanunvericiliyin tələblərinə zidd olaraq, habelə ciddi səbəblər olmadan xitam verilməsi halları ilə əlaqədar müvafiq işəgötürənlərlə sosial dialoq qurulub. Onlarla müvafiq izahat işləri aparılıb, həmçinin sosial məsuliyyət prinsiplərinin yüksək tutulması, məşğulluq məsələlərinə həssaslıqla yanaşılması tövsiyə olunub. Bu sahədə görülən tədbirlər nəticəsində Dövlət Əmək Müfəttişliyi Xidməti cari ildə əmək müqaviləsinə xitam verilmiş 700-dən çox işçinin yenidən işinə bərpasını da təmin edib.

21
100 manat, arxiv şəkli

Neft Fondunun aktivləri cüzi azalıb

12
(Yenilənib 23:08 27.10.2020)
ARDNF-in valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı büdcədənkənar gəlirləri 2 394 milyon manat təşkil edib

BAKI, 27 oktyabr — Sputnik. Bu ilin yanvar-sentyabr aylarında Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 6 593,1 milyon manat, büdcə xərcləri isə 9 046,3 milyon manat təşkil edib.

Sputnik Azərbaycan bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, 9 ay ərzində ARDNF-in neft və qaz sazişlərinin həyata keçirilməsindən 6 235,1 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 5 445,5 milyon manat, bonus ödənişlərindən 767,8 milyon manat, akrhesabı ödənişlərdən 6,8 milyon manat, tranzitdən isə 15 milyon manat gəlir əldə edib. Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər isə 358 milyon manata bərabər olub.

ARDNF-in valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı büdcədənkənar gəlirləri isə 2 394 milyon manat təşkil edib.

Hesabat dövründə Fond 2020-ci il büdcəsinin icrası çərçivəsində dövlət büdcəsinə 8 852,5 milyon manat vəsait transfert edib, qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 178,5 milyon manat, "2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə 0,4 milyon manat yönəldib. Qurumun idarə edilməsi ilə bağlı xərcləri isə 14,9 milyon manata bərabər olub.

Bu il oktyabrın 1-nə ARDNF-in aktivləri 43 288,6 milyon ABŞ dolları təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 0,1% azdır. Aktivlərin azalmasına səbəb koronavirus (COVID-19) pandemiyasının təsirləri nəticəsində dünya iqtisadiyyatında baş vermiş tənəzzül fonunda neft qiymətlərinin aşağı düşməsi, Fondun büdcə xərclərinin büdcə gəlirlərini üstələməsi olub.

12
Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva, arxiv şəkli

Mehriban Əliyeva Ermənistanın müharibə cinayətlərinə üsyan etdi

50
(Yenilənib 23:55 27.10.2020)
"Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun?"

BAKI, 27 oktyabr - Sputnik. "Bu gün Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları zonasından kənarda yerləşən Bərdə şəhərini raket atəşinə məruz qoyaraq humanitar atəşkəs rejiminin şərtlərini növbəti dəfə kobud şəkildə pozublar. “Smerç” qurğusundan buraxılmış kasetli raketlərlə atəş nəticəsində dörd mülki şəxs, o cümlədən yeddi yaşlı qız həlak olub. Dördü uşaq olmaqla on dörd nəfər ciddi xəsarət alıb".

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkədəki heabında yazıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan)

"Silahlı münaqişələr zamanı mülki şəxslərin qətlə yetirilməsi 1949-cu il Cenevrə Konvensiyalarının və bütövlükdə beynəlxalq humanitar hüquq normalarının ən kobud şəkildə pozulması deməkdir.
Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun?
Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm, yaralananların tezliklə sağalmalarını arzulayıram.
Biz öz torpağımızı təcavüzkarlardan azad edəcəyik və bu cinayətlərə son qoyacağıq.
Uca Tanrı Vətənimizi qorusun!" - paylaşımda deyilir.

50
Teqlər:
Atəşkəsin pozulması, ölənlər və yaralılar, dinc sakinlər, raket zərbələri, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Beynəlxalq təşkilatların ciddi ölçü götürməməsi Ermənistanı azğınlaşdırır - Ombudsman
Bərdədə erməni təxribatından ölənlərdən biri 7 yaşlı uşaqdır - FOTO
XİN: Ermənistan münaqişənin siyasi həllində maraqlı deyil
Hikmət Hacıyev: "Bərdəyə "Smerç"dən kasetli bomba atılıb"
Ermənilərin Bərdəni atəşə tutması nəticəsində ölənlərin sayı artdı