Kredit verilişi

Sahibkarlara xoş xəbər: kredit problemləriniz həll olunacaq

802
(Yenilənib 18:00 06.10.2017)
"Kreditlərə zəmanət verilmədiyi üçün, kommersiya bankları kiçik və orta sahibkarlarla işləməkdə çox maraqlı deyil"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 6 oktyabr — Sputnik. Azərbaycanda "Kredit Zəmanət Fondu" ASC-nin yaradılması "Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə nəzərdə tutulub. Məqsəd sahibkarların kredit resurslarına çıxış imkanlarını artırmaqdır.

Vüqar Bayramov
Vüqar Bayramov

Bunu Sputnik Azərbaycan-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, kiçik və orta sahibkarlığın inkişafı həm də onların maliyyə vəsaitlərinə, kreditlərə əlçatanlığının təmin edilməsi ilə birbaşa bağlıdır.

"Tədqiqatlar da göstərir ki, Azərbaycanda, xüsusilə kiçik və orta sahibkarların kreditlərə əlçatanlıq səviyyəsi yüksək deyil. Səbəblərdən biri odur ki, həmin kreditlərə zəmanət verilmədiyi üçün kommersiya bankları kiçik və orta sahibkarlarla işləməkdə çox maraqlı deyil. Çünki kiçik və orta sahibkarlıqda risk nisbətən yüksəkdir. O baxımdan zəmanət fondunun yaradılmasına ehtiyac var idi" — Bayramov bildirib.

İqtisadçının deyib ki, Fondun əsas məqsədi kreditlərə zəmanətin verilməsidir: "Kiçik və orta sahibkarlar kredit alan zaman Fondun zəmanətindən istifadə etmək imkanına malik olacaqlar. Çünki Fondun həmin kreditlərə zəmanət vermək səlahiyyəti olacaq. Müraciətlər Fondun əsasnaməsinə uyğun olaraq konkret meyarlar əsasında seçiləcək və qiymətləndiriləcək".

Onun fikrincə, zəmanətin verilməsi kiçik və orta sahibkarların kredit alma imkanlarını xeyli asanlaşdıracaq: "Artıq bank kiçik və orta sahibkarlarla işləməkdə maraqlı olacaq. Fond birbaşa kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi baxımından vacibdir və Fondun fəaliyyəti kiçik və orta sahibkarların kreditlərə əlçatanlığının artmasına gətirib çıxarda bilər".

"Azərbaycanda "Kredit Zəmanət Fondu" ASC-nin yaradılması ilə təminatsız sahibkarlar kredit ala biləcək, üstəlik ödəməli olduqları faizlərin bir hissəsindən azad olacaqlar".

Bunu mətbuata açıqlamasında maliyyə analitiki, "PSG Kapital" investisiya şirkətinin direktor müavini Cəfər İbrahimli deyib. Onun sözlərinə görə, bu da iş adamlarının investisiya xərclərinin azaldacaq.

"Fondun zəmanət verəcəyi kreditlərin parametrələri dəqiq müəyyən olunmalıdır. Yəqin ki, bütün kreditlərə zamin durmaq çətin olacaq. Əgər "Kredit Zəmanət Fondu" ölkədəki digər fondlar kimi gec qərar vermək mexanizmi ilə işləsə, bu, ümumi işə ziyan vura bilər. Amma istənilən halda bu təcrübə qlobal səviyyədə özünü doğruldub, məsələn, Türkiyədə müsbət nəticə verib. Belə fondun təminatı ilə maliyyələşdirmə qonşu ölkədə illik iqtisadi artımı 5%-ə çatdırıb" – deyə C.İbrahimli qeyd edib.

Bununla belə, ekspertin fikrincə, fondun zəmanət verdiyi kreditlərə ciddi nəzarət olunmalıdır: "Buradakı kreditə dövlət zəmanəti verildiyi üçün lazımsız və riskli layihələrin maliyyələşdirilməsinə imkan verilməməlidir. Əks təqdirdə, bu zəmanət mexanizmi gələcəkdə dövlət büdcəsi və maliyyə sistemi üzərində əlavə yük formalaşdıra bilər".

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 15-də "Kredit Zəmanət Fondu"nun yaradılması ilə bağlı fərman imzalayıb. "Kredit Zəmanət Fondu" ASC sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə təminat verən və Azərbaycan prezidentinin müəyyən etdiyi hallarda və qaydada həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verən hüquqi şəxsdir.

802
Teqlər:
zəmanət, "Kredit Zəmanət Fondu" ASC, kiçik, orta, fond, sahibkar, sahibkarlıq, ekspert, iqtisadçı, Vüqar Bayramov, kredit, Azərbaycan, bank, açıqlama
Əlaqədar
Mərkəzi Bankdan mühüm açıqlama: Manatın məzənnəsi belə formalaşacaq
Müflisləşmiş bankların müştəriləri əmanətlərini geri ala bilməyəcəklər
Bank müştərinin bütov maaşına "əl qoyub"
Milli Məсlisdə kredit problemi: "Bu məsələni birdəfəlik həll etmək lazımdır"
Bayramov: “Şərtlərin ağırlaşdırılması kredit alanların sayına təsir göstərib”
Kredit borcu olanlara şad xəbər
Şimal axını-2 layihəsinin tikintisi

Amerika qazı Rusiya qazını əvəz edə biləcəkmi

42
(Yenilənib 20:53 29.09.2020)
ABŞ Avropaya öz maye qazını sataraq ilk növbədə cari deyil, perspektivli tədarüklər haqqında düşünür. Söhbət yeni mayeləşdirmə zavodlarından və onların zəmanətli müqavilələrlə təmin olunmasından gedir

BAKI, 29 sentyabr — Sputnik, Aleksandr Sobko. Son zamanlar "Şimal Axını 2" layihəsinin tikintisinin tamamlanması ilə bağlı problemlərin fonunda kütləvi informasiya vasitələrində tez-tez belə bir fikir səslənir: "Rusiyadan tədarük olmasa, Avropa Amerikanın bahalı maye qazı üçün həddindən çox pul ödəyəcək". Bu tezisin tənqidçiləri gülərək iddia edirlər: “Baxın, Amerikanın həmin maye qazı Avropanın qaz birjasında digər ölkələrin qazı ilə eyni qiymətdə (indi isə, ümumiyyətlə, çox aşağı qiymətlərlə) satılır”.

Kim haqlıdır? Həyat, həmişə olduğu kimi sadə sxemlərdən ibarət deyil. Gəlin hər şeyi aydınlaşdıraq.

Əvvəla xatırladaq ki, "Şimal Axını 2" ümumiyyətlə Ukrayna tranzitinin çox hissəsini əvəz etmək üçün tikilir və gələcəkdə Rusiya qazının ixracında əhəmiyyətli artım gözləmək lazım deyil. Ukraynadan tranzit üçün dörd il müddətinə (ildə 40 milyard kubmetr) ödəniş edilib. "Şimal Axını 2" isə 55 milyard kubmetr gücə malik olacaq. Yəni, bu mərhələdə "Şimal Axını 2"nin tikintisinin həmişəlik və ya qeyri-müəyyən müddətə dayandırılması yalnız "Qazprom"un maliyyə itkilərinə gətirib çıxaracaq.

ABŞ tərəfinin "Şimal Axını 2" üçün çətinliklər yaradaraq öz maye qazına yeni bazar əldə etməyi planlaşdırdığına dair tezis o deməkdir ki, bloklanmış "Şimal Axını 2"nin ardınca Ukrayna tranzitinin özü də dayanmalıdır.

Mülahizə aparmağa davam edək. Bu, Amerikanın maye qazına kömək edəcəkmi?

Birincisi, istənilən halda qaz (və maye qaz) bahalaşacaq – bazardan çıxarılacaq 50 milyard kubmetr qaz dünya ticarəti üçün kifayət qədər əhəmiyyətli həcmdir. Daha yüksək birja qiymətləri isə qaçılmaz olaraq Amerika maye qazının satışında rentabelliyin artmasına gətirib çıxaracaq.

İkincisi və ən əsası. Burada xatırlatmaq lazımdır ki, ABŞ cari maye qaz ixracı çərçivəsində istənilən halda mayeləşdirmə üçün zəmanət haqqını alır. Treyderlər aşağı qlobal kotirovkalardan əziyyət çəkir. Yəni, Birləşmiş Ştatların artıq tikilmiş zavodlardan maye qazın satışını hansısa şəkildə stimullaşdırmağa ehtiyacı yoxdur.

Daha vacibi isə yeni layihələrdən gələn maye qaz üzrə müqavilə bağlamaqdır. İdxalçıların Amerikadan maye qazı almadıqları, lakin mayeləşdirmə üçün məcburi rüsum ödədikləri bir vəziyyətdə kimisə müqavilə bağlamağa razı salmaq çətin olacaq. Reallaşmayan layihələr isə hələ çoxdur. Avropa bazarı burada faydalı olardı.

Əslində haqqında danışdığımız ziddiyyət elə bundan yaranır. Bəli, hazırda Amerika maye qazı istənilən digər ölkələrdən göndərilən qaz həcmləri kimi Avropada həqiqətən də aşağı qiymətlərlə satılır. Bazarda böhran var, məhsulları isə haradasa satmaq lazımdır, zavodlar artıq tikilib və treyderlər "mayeləşdir, ya da ödə" şərti ilə satınalma müqavilələri bağlayıblar.

Digər tərəfdən də Avropa başa düşməlidir ki, ucuz Amerika qazı artıqdır və başqa bir şəraitdə bu qaz adətən daha gəlirli olan Asiya bazarlarına gedəcək. Zəmanətli qaz tədarükü istəyirsiniz? Onda uzunmüddətli müqavilə bağlayın və daha çox ödəyin.

Digər tədarüklə müqayisədə Amerika maye qazı nə qədər baha olacaq?

Burada qeyd etmək lazımdır ki, hazırda qaz qiymətinin üç əsas formalaşma variantı mövcuddur: (1) spot qiyməti, (2) neftə bağlı qiymət və (3) Amerika maye qazı üçün ABŞ daxilində qazın qiymətinə əsaslanan və mayeləşmə haqqı əlavə olunmaqla təyin olunan qiymət.

Hesab edilir ki, bazar normaya qayıtsa, qazın birja qiyməti min kubmetrə təxminən 200 dollar təşkil edəcək. Neftin bir barelinin 50 dollar olacağı halda neftə bağlı qaz qiyməti də təxminən belə olacaq.

Bəs Amerika maye qazı hansı qiymətə göndəriləcək?

Onun qiyməti ABŞ daxilində qazın (dəyişkən) qiymətindən, mayeləşmə xərclərindən və Avropaya çatdırılma qiymətindən asılıdır.

Əgər 2013-cü ilin əvvəlində Amerika maye qazı digər ölkələrin qaz tədarükdən daha ucuz görünürdüsə, indiki şəraitdə indi o baha başa gəlir (o vaxt neft və spot bazarında maye qaz daha bahalı idi).

Daha bir sual. Avropa niyə məhz Amerikanın maye qazını almalıdır? Niyə Qətərdən və ya Rusiyadan yox? Üstəlik yaxın zamanlarda Qətər qazının bir hissəsi birja qiymətləri ilə satıla bilər. Ümumiyyətlə, Avropa mümkün defisiti istənilən qazla əvəz edə bilər.

Yekunlaşdıraq.

Birincisi. Rusiya qazının Amerika maye qazı ilə əvəzlənməsi yalnız iki şərtin eyni vaxtda yerinə yetirilməsi halında mümkündür: "Şimal Axını 2" layihəsinin bağlanması və Ukrayna tranzitinin dayandırılması. Bu halda Rusiya ixracının məhdudlaşdırılması bütün qaz bazarında qiymətləri artıracaq.

İkincisi. İstənilən halda, Amerika maye qazı bazarda digər qazlardan 10-30 faiz baha və hətta bəlkə də eyni qiymətə olacaq — hər şey Amerikanın daxili qaz qiymətlərindən asılıdır. Lakin ABŞ-dan maye qaz tədarükü üzrə uzunmüddətli müqavilələr bağlamaqla Avropa ABŞ-ın daxili qaz qiymətləri ilə bağlı bütün riskləri öz üzərinə götürür.

Öz növbəsində indi Avropada gördüyümüz ucuz Amerika (və digər ölkələrin) maye qazı bazarda qazın artıqlığının nəticəsidir: treyderlər onu sataraq Amerikadan maye qaz satınalmaları üzrə müqavilələrdən dəyən zərəri ən azı qismən kompensasiya etməyə çalışırlar.

Və sonuncusu. Avropaya öz maye qazını sataraq, ABŞ ilk növbədə cari deyil, perspektivli tədarüklər haqqında düşünür. Söhbət yeni mayeləşdirmə zavodlarından və onların zəmanətli müqavilələrlə təmin olunmasından gedir. Zavodların tikintisi təxminən dörd il çəkir və Ukrayna ilə qüvvədə olan tranzit müqaviləsi məhz bu vaxt bitəcək.

42
Kassir dollarları sayır, arxiv şəkli

Daha heç kimi dollar maraqlandırmır?

110
24 sentyabr 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 70,7 mln. ABŞ dolları təşkil edib

BAKI, 29 sentyabr — Sputnik. Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, hərracda tələb 62,2 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Bugünkü valyuta hərracında tələb əvvəlki hərracla müqayisədə 12% və ya 8,5 mln. dollar azalıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, 24 sentyabr 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 70,7 mln. ABŞ dolları təşkil edib.

110
Türkiyə və Azərbaycan bayrağı, arxiv şəkli

"Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir" - Türk məşhurlardan dəstək

0
(Yenilənib 23:46 29.09.2020)
Azərbaycan-Ermənistan təmas xəttində bir neçə gündür gedən döyüşlərə Türkiyənin məşhur ulduzları da laqeyd qalmayıblar

BAKI, 29 sentyabr — Sputnik. Ermənistan silahlı qüvvələri sentyabrın 27-də təxribata əl atdıqdan sonra Azərbaycanın dinc yaşayış məntəqələrini atəşə tutmağa davam edir. Atəş nəticəsində dinc sakinlər əziyyət çəkirlər, infrastruktur məhv edilir. Bir neçə gündür ki, davam edən müharibəyə qardaş Türkiyənin məşhur sənət adamları da dəstək veriblər. Sputnik Azərbaycan xəbər verir ki, onlar şəhidlərimizə rəhmət diləyib, Azərbaycana dəstək olduqlarını vurğulayıblar.

View this post on Instagram

A post shared by SERENSERENGİLTV (@serenserengil) on

Aktyor Oktay Kaynarca paylaşımında "Türkiyə daim Azərbaycanın yanındadır" sözlərini yazıb.

Aktrisa Tuvana Türkay isə paylaşımını "Şəhidlərimizə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm" sözləri ilə tamamlayıb.

View this post on Instagram

A post shared by 🇹🇷 Mustafa Ceceli (@mustafaceceli) on

Müğənni Ebru Yaşar "Biz bir millət, iki dövlətik. Azərbaycana edilən hücumları qınayıram. Qardaşlarımızın yanındayıq" sözlərini qeyd edib.

Müğənni Mustafa Ceceli isə "Vaxtı gəldi, Allah zəfər nəsib etsin" sözləri ilə dəstək olub.

View this post on Instagram

A post shared by Serdar Ortaç (@serdarsortac) on

Aparıcı Seren Serengil "Dostunuz dostumuz, düşməniniz düşmənimizdir. Kədəriniz kədərimiz, sevinciniz sevincimizdir. Xarakterli dost belə olur. İki dövlət, tək millətik. Bizimlə kimsə dava etməsin, etməyə də cəhd etməsin", - deyə o yazıb.

View this post on Instagram

A post shared by Alişan (@alisanofficial) on

Seda Sayan Mustafa Kamal Atatürkün məşhur "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir" kəlamını paylaşıb.

Müğənni Alişan "Hər şey Vətən, Qarabağ, cəbhə, qələbə üçün" deyə vurğulayıb. Bundan başqa, müğənni bu gün öz səhifəsində azərbaycanlı müğənni Azərinin "Çırpınırdı Qara dəniz" mahnısını paylaşıb.

0
Teqlər:
Bir millət, iki dövlət, dəstək, məşhurlar, Türkiyә, Azərbaycan, erməni təxribatı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Sami Yusuf Azərbaycan Ordusuna dəstək verib
Bakı bayrağımızın rənglərinə boyandı - FOTO
Xarici ölkələrdə yaşayan məşhurlardan Azərbaycana və ordumuza dəstək gəldi
Hacı Zeynalabdin Tağıyevin nəvəsindən Azərbaycana dəstək
Diaspor Komitəsi xaricdə yaşayan azərbaycanlılara müraciət edib