Əlində portfel tutmuş adam

Banklar əl-ətəklərini rayonlardan çəkir, yeni ixtisarlar baş verə bilər

722
(Yenilənib 10:05 29.09.2017)
Əgər regionlardakı real sektorun kreditləşdirilməsinə başlanmasa, bankların ixtisar edilməsi tendensiyası davam edəcək

Fuad Əlizadə, Sputnik Azərbaycan

BAKI, 28 sentyabr — Sputnik. Nəzərdə tutulan kənd təsərrüfatı məhsullarının emalının təşklini götürsək, bölgələrdə maliyyə xidmətlərinə ehtiyac arta bilər. Respublika rayonlarında işin sürətlə artmasına baxmayaraq, 1 avqustdək banklara ayrılan kreditlərin həcmi 2,054 milyard manat olub.

Bu isə kreditləşmə həcminin 19%-idir. Yəni, banklar real sektora deyil, ticarət əməliyyatlarına kredit ayırmağı və əhaliyə istehlak kreditlərini verməyi üstün tutaraq, əsas fəaliyyətlərini Bakıda göstərməyə davam edir.

Xüsusilə kənd təsərrüfatı kimi sürətlə inkişaf edən sahəyə 451,8 milyon manat (kreditlərin ümumi həcminin 3,5%-i) ayrıldığı halda, ticarət əməliyyatlarına 2,162 milyard manat, yaxud kreditlərin ümumi həcminin 16,8%-i ayrılıb.

Təəccüblü deyil ki, real sektorun kreditləşməsindən imtina və spekulyasiyaya üstünlük verilməsi vaxtı keçmiş kreditlərin sürətlə artmasına səbəb olub. Belə ki, ilin ilk 7 ayının nəticəsinə görə, banklar 12,860 milyard manatlıq vəsait ayırıb. Vaxtı ötmüş kreditlərin həcmi isə 1,812 milyard manat və ya ümumi həcmin 14,1%-ni təşkil edib.

Əlbəttə, 11 bankın spekulyativ əməliyyatlara görə bağlanması və vaxtı keçmiş kreditlərinin həcminin böyük olması bankirlər üçün dərs oldu. Buna baxmayaraq, onlar hələlik kredit portfelinin strukturunu köklü şəkildə dəyişmək istəmirlər və bu il avqustun 1-nə olan rəqəmlərə görə, istehlak kreditləri bütün həcmin 38,6%-ni təşkil edir.

Yeganə dəyişiklik odur ki, vəsaitlərin qaytarılmasını daha etibarlı etmək üçün maliyyəçilər il ərzində mənzil alınması və tikintisi üçün əhaliyə verilən kreditlərin həcmini (ipoteka krediti də daxil olmaqla) xeyli artırıblar — 1,491-dən 1,718 milyard manatadək. Bununla da onların həcmi ümumən kreditlərdə 8,9%-dən 13,4%-dək artıb.

Sahibkarlar ümid edirlər ki, Azərbaycan prezidentinin 15 sentyabr tarixli "Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərmanından sonra bankirlər üzlərini real sektora çevirəcəklər.

Beləliklə, biznesin birbaşa bölgələrdə maliyyələşməsi yolunda daha bir addım atılıb. Dövlət isə növbəti dəfə banklara güzəşt edərək qaytarılmayan vəsaitlər üzrə risklərin bir hissəsini öz üzərinə götürüb.

Bankirlər isə yaxşı şəraitdə işləməyə və yalnız Bakıda əməliyyatlar keçirməyə öyrəşiblər. Lakin hazırkı dövrdə, hökumətin kənd təsərrüfatı ilə bağlı müxtəlif layihələrə güc verdiyi bir vaxtda kreditlərə bölgələrdə daha çox ehtiyac var.

Hazırda fəaliyyətdə olan 44 bankdan 32-si qalıb. Əgər regionlardakı real sektorun kreditləşdirilməsinə başlanmasa, bankların ixtisar edilməsi tendensiyası davam edəcək.

Bank sistemində ayrılmış kreditlərin həcmi (milyard manatla): 2016-cı il – 16,444; 2015-ci il – 21,730; 2014-cü il – 18,542.

722
Teqlər:
sektor, milyard, vəsait, kənd təsərrüfatı, faiz, maliyyə, kredit, bank, manat
Əlaqədar
Mərkəzi Bankın səyləri nəticə vermədi
"Turan"ın bank hesabları açıldı
Banklarımız borc öhdəliklərindən qurtulmağa çalışır
Dollar Mərkəzi Bankda qalxdı, banklarda nə baş verir?

Azərbaycanın dövlət borcu azalıb

831
(Yenilənib 13:57 07.08.2020)
Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızlarından ibarətdir.
İnfoqrafika: Azərbaycanın dövlət borcu
© Sputnik / Elnur Salayev

Bu il iyulun 1-nə Azərbaycanın dövlət borcu 16 682,6 milyon manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 1,1% azdır.

Sputnik Azərbaycan Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, I yarımildə dövlət borcunun ümumi daxili məhsula nisbəti 20,7%-dən 24,5%-ə yüksəlib.

İyunun sonuna dövlət borcunun 15 232,5 milyon manatı xarici dövlət borcu, 1 450,1 milyon manatı isə daxili dövlət borcu olub. Bu, ötən ilin sonuna nisbətən müvafiq olaraq 1,4% az və 2,4% çoxdur.

6 ay ərzində xarici dövlət borcunun ÜDM-ə nisbəti 18,9%-dən 22,4%-ə, daxili dövlət borcunun ÜDM-ə nisbəti isə 1,7%-dən 1,9%-ə çatıb.

Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızlarından ibarətdir.

Cari ilin ilk altı ayı ərzində Azərbaycanın xarici borcları ilə bağlı daha ətraflı məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiniz.

831
Neft buruğu, arxiv şəkli

Neftimiz 35 dollar olacaq Büdcədə bu qiymətlə götürülüb

124
(Yenilənib 11:59 07.08.2020)
“Azəri Layt” markalı xam neftin bir barelinin satış qiymətinin təsdiq olunmuş proqnoza nisbətən (55 ABŞ dolları) 20 ABŞ dolları azalaraq 35 ABŞ dolları səviyyəsində olacağını proqnozlaşdırır.

BAKI, 7 avqust – Sputnik. Azərbaycanın 2020-ci il üçün dövlət büdcəsində neftin bir barelinin qiyməti 35 ABŞ dollarından götürülüb.  

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, İqtisadiyyat Nazirliyi may ayında cari ilin sonuna ümumi daxili məhsulun 3,8 faiz azalacağına dair verdiyi proqnozu iyul ayında yeniləyərək 5,0 faiz ətrafında qərarlaşacağını, “Azəri Layt” markalı xam neftin bir barelinin satış qiymətinin təsdiq olunmuş proqnoza nisbətən (55 ABŞ dolları) 20 ABŞ dolları azalaraq 35 ABŞ dolları səviyyəsində olacağını proqnozlaşdırır.

124
Hirkan Milli Parkında ayı

Heyvanları qəfəsdə saxlayan restoran sahibi cəzalanıb

0
(Yenilənib 23:56 07.08.2020)
R.Bağırov onu da qeyd edib ki, aparılan araşdırma zamanı heyvanların vaxtlı-vaxtında qidalandığı, onlara baytar nəzarətinin həyata keçirildiyi və saxlanıldığı yerlərin təmizləndiyi müəyyən olunub.

BAKI, 8 avqust — Sputnik. İsmayıllı rayonu "Günəş Park" restoranında heyvanların qəfəsdə saxlanılması ilə bağlı şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə xidmətin rəis müavini Ramal Bağırov danışıb.

O bildirib ki, aparılan araşdırma zamanı sözügedən istirahət mərkəzində qəfəslərdə saxlanılan zebra, dovşan, dəvə, meymun, maral, tovuzquşu, qırqovul və dəvəquşunun xaricdən gətirilməsinə dair rəsmi təsdiqedici sənədlərinin olduğu, lakin saxlanılması üçün müvafiq icazə sənədinin olmadığı məlum olub.

"Faktla bağlı istirahət mərkəzinin rəhbəri Sərxan İsgəndərov barəsində akt, protokol tərtib olunub və o, 2000 manat məbləğində cərimə edilib.

Zooloji kolleksiyanın yaradılması məqsədilə icazə sənədinin alınması üçün restoran sahibinə icrası məcburi olan "məcburi göstəriş" verilib".

R.Bağırov onu da qeyd edib ki, aparılan araşdırma zamanı heyvanların vaxtlı-vaxtında qidalandığı, onlara baytar nəzarətinin həyata keçirildiyi və saxlanıldığı yerlərin təmizləndiyi müəyyən olunub.

0