100 manatlıq əskinazlar

Azərbaycan milli valyutası ilə bağlı mühüm qərar verilə bilər

5242
(Yenilənib 18:06 21.09.2017)
AMB rəsmisi Azərbaycanda manat qıtlığının olması ilə bağlı məlumatlara aydınlıq gətirib

BAKI, 19 sentyabr — Sputnik. "Ola bilsin yüksək nominallı əsginasın buraxılmasına ehtiyac olsun. Amma bu, gələcəyin işidir". Bunu banker.az-a Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini Alim Quliyev deyib.

Quliyevin sözlərinə görə, 500 manatlıq əsginasın buraxılması ilə bağlı yayılan məlumatlar yanlışdır: "Bu, 200 manatlıq əsginas ola bilər. Amma bu barədə danışıqlar getmir".

AMB rəsmisi Azərbaycanda manat qıtlığının olması ilə bağlı məlumatlara da aydınlıq gətirib: "Tədavüldə olan pul kütləsinin 50%-i qədər həmişə Mərkəzi Bankın strateji ehtiyatı var. Tədavüldəki nağd vəsait nə qədər qurtarsa da, ehtiyatlar növbəti sifarişə qədər kifayət edir".

5242
Teqlər:
Azərbaycan Mərkəzi Bankı, Alim Quliyev, Azərbaycan
Əlaqədar
Benzinin qiyməti 1.40 manat olacaq
Manat üçün növbəti qeyri-bərabər döyüş yaxınlaşır
Diqqət: fərqində olmadığınız bu əmələ görə 800 manat cərimə olunacaqsınız
Manat bahalaşdı, dollar bu həddə düşdü