Mərkəzi Bankın sədri Elman Rüstəmov

Elman Rüstəmov manatla bağlı gözləntiləri açıqladı

6221
(Yenilənib 16:01 20.09.2017)
Elman Rüstəmov: "Valyuta bazarı tarazlaşıb, manat sabitləşib"

BAKI, 19 sentyabr — Sputnik. "Bu gün ölkə qarşısında duran ortamüddətli prioritetlər makroiqtisadi sabitliyin dayanıqlığının təmin edilməsi, iqtisadi şaxələndirməni hərtərəfli dəstəkləyən institusional çərçivənin tamamlanması, insan kapitalının və innovasiyaların inkişafı, maliyyə sektorunun restrukturizasiya proseslərinin tamamlanması və maliyyə-pul bazarlarının inkişafı və bu əsasda iqtisadi artımın sürətləndirilməsi, ölkə əhalisinin yaşayış standartlarının daha da yaxşılaşdırılmasından ibarətdir".

Manat və dollar
© Sputnik / Anar Mustafayev

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycanla Dünya Bankı arasında əməkdaşlığın 25 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov belə açıqlama verib. "Bu gün Azərbaycan iqtisadiyyatı yeni çağırışlarla üzləşib. Prezident İlham Əliyev tərəfindən irəlin sürülən yeni iqtisadi inkişaf strategiyası və islahatlar proqramı dünyada baş vermiş maliyyə böhranından sonra formalaşan yeni situasiyaya uyğunlaşmağa və yeni iqtisadi artım və inkişaf modelinin formalaşmasına yönəlib" — o bildirib.

Rüstəmov əlavə edib ki, yeni dövrün çağırışlarına uyğunlaşma siyasətinin həyata keçirilməsi artıq özünün ilkin müsbət nəticələrini verməkdədir: "2017-ci ilin ötən dövründə makroiqtisadi sabitlik trendlərinin güclənməsi, bu əsasda iqtisadi artımın bərpa edilməsi müşahidə olunub. İqtisadiyyatın yeni neft qiymətlərinə uyğunlaşması istiqamətində həyata keçirilmiş tədbirlər və şaxələndirmə istiqamətində verilən qərarların təsiri də ölkənin tədiyyə balansının yaxşılaşdırıb".

"2017-ci ilin I yarısında tədiyyə balansının cari əməliyyatlar hesabında ÜDM-in 2,5%-i səviyyəsində profisit qeydə alınıb. Bu ilin 8 ayında ölkənin strateji valyuta ehtiyatları 12%-dək artıb və ÜDM-in həcmini üstələyib. Valyuta bazarı tarazlaşıb, milli valyutanın məzənnəsi sabitləşib. İqtisadi subyektlərdə nikbinlik və müsbət gözləntilər yaranıb" — baş bankir vurğulayıb.

6221
Teqlər:
makroiqtisadi sabitlik, milli valyuta, Dünya Bankı, Elman Rüstəmov, Azərbaycan Mərkəzi Bankı, Azərbaycan
Əlaqədar
Elman Rüstəmov iqtisadiyyatın əsas məqsədini açıqladı
Elman Rüstəmov Azərbaycanın bu vaxta kimi itirdiklərindən danışdı
Elman Rüstəmov: “Heç bir vəd vermək istəmirəm”
Elman Rüstəmov: Şahmatçılarımızın uğur qazanması federasiya hər şeyi edib
Elman Rüstəmov maliyyə siyasətinin prioritetlərindən danışdı
Müslüm İbrahimov

Professor: "Bu ölkə neft bazarında defisit yaratmağa çalışır"

22
(Yenilənib 00:10 17.01.2021)
Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov deyir ki, neft bazarındakı vəziyyətə 3 vacib faktor təsir edir
Müslüm İbrahimov: “Neft ilə bağlı OPEC proqnozları çətinləşir”

ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) OPEC-in gündəlik neft hasilatına dair proqnozunu açıqlayıb. Cari ildə OPEC-in neft hasilatının sutkada orta hesabla 27,2 milyon barrel olacağı gözlənilir. 2020-ci ildə bu göstərici 25,6 milyon barrel olub.

OPEC proqnozlarını Sputnik Azərbaycan-a şərh edən Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov deyir ki, neft ilə bağlı OPEC proqnozları çətinləşir:

“Bunun bir neçə səbəbi var. ABŞ-da yeni administrasiyanın fəaliyyətə başlaması dövlət xərclərinin artması ilə nəticələnəcək. Bu proseslə paralel olaraq digər ölkələrdə də iqtisadi canlanma qeydə alınacaq. Hazırda ölkələr ucuz neftin alınmasında maraqlıdır. Digər faktor Səudiyyə Ərəbistanının makro-iqtisadi vəziyyəti ilə bağlıdır. Bu ölkə hasilatı azaltmaqla bazarda defisit yaratmağa çalışır. Ən mühüm təsiredici amillərdən biri də dünya miqyasında vaksinasiya prosesinin intensivləşməsidir”.

Müslüm İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

22
Teqlər:
OPEC, ABŞ, Səudiyyə Ərəbistanı, defisit, bazar, neft
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj
Bankada dollarlar, arxiv şəkli

Financial Times: "Dolları taxtdan salacaqlar"

21
(Yenilənib 22:13 16.01.2021)
"Trampın hakimiyyət illəri bizim zəif yerlərimizi üzə çıxardı və hətta o gedəndən sonra da biz bu zəiflikləri aradan qaldırmalıyıq" - Avrokomissiyadakı mənbə

BAKI, 16 yanvar - Sputnik. Avropa Şurası dünya bazarında "dolların ağalığının" həddi aşdığını bəyan edəcək. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Financial Times Avropa Komissiyasındakı mənbələrinə istinadən yazıb. 

Qəzetin məlumatına görə, AŞ bu məsələni ABŞ-ın yeni prezidenti Co Baydenin yanvarın 20-də planlaşdırılan inauqurasiyasından əvvəl qaldırmaq istəyir. Avropa Komissiyasının layihəsinin yanvarın 19-da qəbul ediləcəyi gözlənilir, həmçinin ona əlavələrin ediləcəyi də istisna olunmur. 

FT əlavə edir ki, layihədə ABŞ Prezidenti Donald Trampın İrana qarşı tətbiq etdiyi məhdudlaşdırma tədbirlərindən sonra Avropa ölkələrinin müəyyən çətinlik çəkdiyi qeyd olunur. Sənəddə bazarların "qeyri-qanuni eksterritorial tətbiqin nəticələrindən" qorunmasının vacibliyi vurğulanır. 

"Trampın hakimiyyət illəri bizim zəif yerlərimizi üzə çıxardı və hətta o gedəndən sonra da biz bu zəiflikləri aradan qaldırmalıyıq. Söhbət AŞ-nın dünyadakı yerindən, ölçülərimizə müvafiq olan iqtisadi və maliyyə dövlətinin imkanlarından gedir", - mənbələrdən biri deyib.

21
Teqlər:
"The Financial Times", Avropa Komissiyası, Avropa Şurası, dollar
İsraildə epdimioloji vəziyyət

İsraildə “Pfizer” vaksini vurulan 13 nəfər üz iflici olub

0
Ötən ilin 20 dekabr tarixində İsraildə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb.

BAKI, 17 yanvar - Sputnik. İsraildə yeni növ koronavirus infeksiyasına qarşı “Pfizer” vaksini ilə peyvənd olunan 13 nəfər üz iflici olub.

“Report”un məlumatına görə, bu barədə “The Jerusalem Post” İsrail Səhiyyə Nazirliyinin hesabatına istinadən xəbər verib.

Nazirlik bildirib ki, üz iflici olanların sayı daha çox ola bilər.

Qeyd edək ki, ötən ilin 20 dekabr tarixində İsraildə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb. İlk olaraq İsrailin Baş naziri Binyamin Netanyahu peyvənd olunub.

0