Bakıda “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanması mərasimi keçirilib

Hökumətin büdcə öhdəliklərini yerinə yetirməsinə böyük təkan

745
(Yenilənib 18:22 18.09.2017)
"Əsrin müqaviləsi"nin müddətinin uzadılması o deməkdir ki...

BAKI, 18 sentyabr — Sputnik. "Əsrin müqaviləsi"nin ("Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişi — red.) 2050-ci ilə qədər uzadılması o deməkdir ki, layihə hələ də öz əhəmiyyətini itirməyib. Yəni, kommersiya cəhətdən rentabelli layihədir".

Bakıda “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanması mərasimi keçirilib
© Official website of President of Azerbaijan Republic

Bunu enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev Sputnik Azərbaycan-a açıqlamasında deyib. Onun sözlərin görə, 2010-cu ildən sonra Xəzərin Azərbaycan sektorunda neft hasilatında ilbəil geriləmələr olur, hasilat həcmləri aşağı düşür: "Amma "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil olunan neftin ixracı üçün nəzərdə tutulmuş əsas ixrac boru kəməri olan Bakı-Tbilisi-Ceyhan kəməri yaxın 20-30 ildə də öz əhəmiyyətini itirməyəcək. Çünki geosiyasi vəziyyətdən asılı olaraq qarşıdakı illərdə Qazaxıstan, Türkmənistan daha böyük həcmdə neft ehtiyatlarını məhz bu kəmərdən dünya bazarlarına çıxardacaq".

Ekspertin sözlərinə görə, indiyədək bu layihəyə çox böyük həcmdə investisiya yönəldilib: "İnvestisiya həcmləri 1995-ci ildən 2017-ci ilədək 40 milyard dollardan çoxdur. Bu layihənin icrasından sonra Azərbaycanda yeni iş yerləri açılıb. Bu, Azərbaycan hökumətinin büdcə öhdəliklərinin vaxtlı-vaxtında icrasına çox güclü təkan verib. Eyni zamanda, ölkəmizdə müasir texnologiyalar ilə işləməyi bacaran minlərlə neft üzrə kadrlar hazırlanıb, formalaşıb. Düzdür, 2024-cü ildən sonra dünya bazarlarında neftin qiyməti elə də yüksək səviyyədə olmayacaq. Amma layihə bütün hallarda öz əhəmiyyətini 2050-ci ilədək itirəsi deyil".

Z. Vəliyevin fikrincə, "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılması mümkün olan neft həcmləri 900 milyon ton civarındadır: "Layihənin icra müddətinin 2024-cü ildən 2050-ci ilədək uzadılması o deməkdir ki, AÇG yataqlar bloku hələ ki xarici tərəfdaşlar üçün kommersiya cəhətdən rentabellidir. 1997-ci ildən indiyədək "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan 431 milyon ton xam neft hasil edilib. Sazişə görə, "Azəri-Çıraq-Günəşli" yataqlarından hasil edilmiş ümumi neft həcmlərindən Azərbaycanın payına mənfəət nefti şəklində 271 milyon ton neft düşüb".

"Bunun satışından əldə edilən gəlirlər Azərbaycan Dövlət Neft Fonduna daxil edilib. 1997-ci ildən indiyədək mənfəət neftindən əldə edilən ümumi gəlir 125 milyard dollardan yuxarıdır. Bu, böyük rəqəmdir" — ekspert bildirib.

Onun qənaətincə, 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri istismara verildikdən sonra Xəzər regionunun digər dövlətlərinin hasil etdiyi karbohidrogen ehtiyatları məhz bu kəmər vasitəsilə dünya bazarlarına çıxarılıb: "Yəni, digər dövlətlər də Bakı-Tbilisi-Ceyhan kəmərinin ixrac imkanlarından istifadə edirlər. Türkmənistan, Qazaxıstan kimi dövlətlər Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin imkanlarından geniş istifadə edirlər. Bu kəmər vasitəsilə Avropa bazarlarına öz xam neftlərini ixrac edirlər".

Qeyd edək ki, sentyabrın 14-də "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsünün düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişi imzalanıb. Sazişi BP, SOCAR, "Chevron", "Inpex, "Statoil", "ExxonMobil", TPAO, "Itochu" və "ONGC Videsh Ltd." OVL şirkətlərinin rəhbərləri imzalayıblar.

Hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişə əsasən BP layihənin operatoru olaraq qalacaq. Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65%-dən 25%-ə qaldırılacaq və beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Dövlət Neft Fonduna 3,6 mlrd. dollar bonus ödəyəcəklər. Növbəti 32 il müddətində AÇG-yə 40 mlrd. artıq sərmayə qoyulması potensialı var.

Saziş təsdiqləndikdən sonra AÇG-də tərəfdaşların yeni iştirak payları bu nisbətdə olacaq: BP- 30,37%; AzACG (SOCAR)- 25%; Chevron- 9,57%; "Inpex" — 9,31%; "Statoil" — 7,27%; "ExxonMobil" — 6,79%; TPAO — 5,73%; "Itochu" — 3,65% və "ONGC Videsh Limited (OVL)" — 2,31%.

745
Teqlər:
"Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku, Zəfər Vəliyev, "Əsrin müqaviləsi", saziş, hasilat, neft
Əlaqədar
Dünyanın diqqəti Bakıda: tarixi sazişə imza atıldı
Bakıda yeni neft sazişi imzalanır
Rusiya-Türkiyə arasında Qərbi narahat edən tarixi saziş imzalandı
ABŞ bu sazişi də tərk edir
Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov

Ekspert: “Əmlak bazarında ciddi dəyişikliklərin olacağı gözlənilmir”

10
(Yenilənib 14:24 27.11.2020)
Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov deyir ki, rəqabət müşahidə edilən ərazilərdə endirimləri görmək olar
Elnur Azadov: “Kirayə bazarında 20% endirim müşahidə edilir”

“Pandemiya ilə əlaqədar olaraq iqtisadi proseslərin dayanması daşınmaz əmlak bazarındakı qiymətlərə ciddi təsir etməyib”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov deyib.

O bildirib ki, bəzi tikinti şirkətləri inşaat prosesini davam etdirə bilmək üçün endirim aksiyalarına başlamışdılar:

“Bu ümumi bazara təsir göstərməsə də, rəqabət müşahidə edilən ərazilərdə endirimləri görmək olar. Kirayə bazarında isə 20% endirim müşahidə edilir. Bu baxımdan ilin sonuna qədər əmlak bazarında ciddi dəyişikliklərin olacağı gözlənilmir. Məcburi köçkünlərin qayıdışından sonra əmlak bazarında hansı vəziyyətin yaranması isə dövlət proqramından asılı olacaq”.

Elnur Azadovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

10
Манаты и рубли разных номиналов, фото из архива

Rusiya rublu manat qarşısında geriləyib

10
Xatırladaq ki, 2020-ci ilin noyabrın 27-də ABŞ dollarının məzənnəsi 1,7000 manat təşkil edib, 1 avronun məzənnəsi 2,0271 manat, 1 Rusiya rublunun məzənnəsi 0,0225 manat, 1 türk lirəsi isə 0,2156 manat olub. 

BAKI, 30 noyabr - Sputnik. Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, 2020-ci ilin noyabrın 30-na ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib, 1 avronun məzənnəsi 2,0344 manata yüksəlib, 1 Rusiya rublunun məzənnəsi 0,0224 manata enib, 1 türk lirəsi isə 0,2164 manata yüksəlib.

Xatırladaq ki, 2020-ci ilin noyabrın 27-də ABŞ dollarının məzənnəsi 1,7000 manat təşkil edib, 1 avronun məzənnəsi 2,0271 manat, 1 Rusiya rublunun məzənnəsi 0,0225 manat, 1 türk lirəsi isə 0,2156 manat olub. 

10
Teqlər:
Azərbaycan Mərkəzi Bankı, dollar, avro, valyuta, Rəsmi məzənnə, manat, rubl
Здание парламента Азербайджанской Республики

"Təhsil haqqında" qanuna dəyişiklik edilir

0
(Yenilənib 15:41 30.11.2020)
Sənədə edilən dəyişikliklər qanundakı terminlərin dəqiqləşdirilməsi, təhsil haqqında dövlət sənədlərinin verilməsi sahəsində elektron informasiya sistemlərinin tətbiqini nəzərdə tutur

BAKI, 30 noyabr — Sputnik. Noyabrın 30-da Milli Məclisin Elm və təhsil komitəsinin onlayn formatda iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a bildiriblər ki, komitə sədri Bəxtiyar Əliyev əvvəlcə onlayn iclasa qatılanları torpaqlarımızın işğaldan azad edilməsi münasibətilə təbrik edib. O, sentyabrın 27-də Ermənistanın Azərbaycana hücumlarına qarşı əks-hücuma başlayan müzəffər Ordumuzun tarixi qələbəsindən söhbət açıb. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dövlətçilik siyasəti, güclü iradəsi və əzmi ilə Ermənistanın baş naziri Nikol Paşinyanın sonunda kapitulyasiyaya məcbur edilməsinin xalqımıza xüsusi qürur yaşatdığını deyib. Bəxtiyar Əliyev şəhidlərimizə Allahdan rəhmət, yaralı əsgər və zabitlərimizə şəfa diləyib.

Onlayn iclasda Fransa Senatının qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınması barədə qəbul etdiyi qətnamədən, bunun Azərbaycanın tarixi-mədəni irsinin, təbii resurslarının məhv edilməsinə görə Ermənistanı gözləyən ağır sanksiyalardan işğalçı dövləti qorumaq cəhdi olduğundan danışılıb.

Sonra komitədə "Təhsil haqqında" qanun layihəsinə dəyişiklik edilməsi barədə məsələ müzakirə edilib. Bəxtiyar Əliyev qanuna təklif olunan dəyişikliklər haqqında geniş məlumat verib. Komitə sədri bildirib ki, sənədə edilən dəyişikliklər texniki xarakter daşıyır, qanundakı terminlərin dəqiqləşdirilməsi, təhsil haqqında dövlət sənədlərinin verilməsi sahəsində elektron informasiya sistemlərinin tətbiqini nəzərdə tutur. Layihədə təhsil haqqında dövlət sənədlərinin "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi" üzərindən formalaşdırılmasının təklif edildiyi qeyd olunub.

Onlayn iclasda "Bədən tərbiyəsi və idman haqqında", "Peşə təhsili haqqında", "Ümumi təhsil haqqında" qanunlarda dəyişiklik edilməsi barədə sənəd də müzakirə edilib. Bəxtiyar Əliyev qanun layihələrinin qanunvericiliyin təkmilləşdirilməsi, peşə təhsili və ümumi təhsil haqqında dövlət sənədlərinin müvafiq qayda ilə "Təhsil Mərkəzləşdirilmiş İnformasiya sistemi" üzərindən formalaşdırılması məqsədilə hazırlandığını diqqətə çatdırıb.

İclasın sonunda qanun layihələrinin Milli Məclisin plenar iclasına tövsiyə edilməsi qərara alınıb.

0