Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Robert Dadli "Dostluq" ordeni ilə təltif olunub

© Official website of President of Azerbaijan Republicİlham Əliyev BP şirkətinin baş icraçı direktoru ilə görüşüb
İlham Əliyev BP şirkətinin baş icraçı direktoru ilə görüşüb - Sputnik Azərbaycan
Abunə olmaq
Söhbət zamanı ölkəmizin müəllifi olduğu irimiqyaslı enerji layihələrinin reallaşdırılmasında BP-nin fəal tərəfdaş kimi çıxış etdiyi vurğulanıb

BAKI, 14 sentyabr — Sputnik. Prezident İlham Əliyev BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.

Görüşdə bu gün Bakıda imzalanan Sazişin önəmi vurğulandı, yeni əsrin müqaviləsinin ikitərəfli əməkdaşlıqda mühüm əhəmiyyət daşıdığı bildirilib. Qeyd olunub ki, Azərbaycan ilə BP şirkəti arasında uzun illərdir davam edən səmərəli əməkdaşlıq qarşılıqlı etimada söykənir.

Söhbət zamanı ölkəmizin müəllifi olduğu irimiqyaslı enerji layihələrinin reallaşdırılmasında BP-nin fəal tərəfdaş kimi çıxış etdiyi vurğulanıb.

Prezident İlham Əliyev Azərbaycan ilə BP şirkəti arasında səmərəli əməkdaşlığın inkişafındakı xidmətlərinə görə Robert Dadlinin Azərbaycan Respublikasının "Dostluq" ordeni ilə təltif olunduğunu bildirib və ordeni ona təqdim edib.

Sonda xatirə şəkli çəkdirilib.

Xəbər lenti
0