Bakıda “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanması mərasimi keçirilib

Dünyanın diqqəti Bakıda: tarixi sazişə imza atıldı

388
(Yenilənib 12:01 15.09.2017)
AÇG-nin 2050-ci ilədək işlənməsinə dair saziş imzalanıb, iştirakçıların pay bölgüsü bəlli olub

BAKI, 14 sentyabr — Sputnik. Bu gün "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsünün düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişi (PSA) imzalanıb. Sputnik Azərbaycan xəbər verir ki, sazişi BP, SOCAR, "Chevron", "Inpex, "Statoil", "ExxonMobil", TPAO, "Itochu" və "ONGC Videsh Ltd." OVL şirkətlərinin rəhbərləri imzalayıblar.

Mərasimdə çıxış edən prezident İlham Əliyev bildirib ki, bu gün Azərbaycan üçün əlamətdar və tarixi bir gündür: "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsində yeni dövr başlayır. Bu gün imzalanan müqavilənin ölkəmiz üçün böyük əhəmiyyəti var".

"Bu yataqların işlənməsi 2050-ci ilə qədər uzadılır. Bu kontrakt Azərbaycan üçün daha əlverişli, daha yaxşı şərtlərlə imzalanır. Kontrakt imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar bonus ödəniləcək. SOCAR-ın payı 25%-ə qaldırılır. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75% təşkil edəcək" — dövlət başçısı bildirib.

O, qeyd edib ki, "Əsrin müqaviləsi" imzalanan zaman AÇG-də 511 milyon ton neft olduğu ehtimal edilirdi. Ancaq ehtiyatlar proqnozları üstələdi: "Hazırda "Azəri-Çıraq-Günəşli"də hasil edilməmiş 500 milyon ton neft var".

"2012-ci ildə Türkiyədə TANAP layihəsinə imza atıldı. 2013-cü ildə isə TAP layihəsi qaz kəməri kimi seçilib. "Səngəçal" dünyada ən böyük neft-qaz terminalıdır. Azərbaycanda neft platformaları tikilir. Bunlar "Əsrin müqaviləsi"nin Azərbaycana verdiyi faydalardır. Dövlət Neft Fondu bizim üçün böyük bir amildir. Neftin qiymətinin düşməsi də bizi yolumuzdan döndərə bilmədi. Biz valyuta ehtiyatlarımızı artırırıq. "Şahdəniz", Cənub Qaz Dəhlizi layihəsinin həyata keçməsi ilə valyuta ehtiyatlarımız daha da artacaq" — İlham Əliyev vurğulayıb.

Dünyada ilk dəfə quruda sənaye üsulu ilə Azərbaycanda neft quyusu qazıldığını, dənizdə ilk dəfə neft çıxarıldığını nəzərə çatdıran prezident, uğurların əldə olunmasında Azərbaycan neftçilərinin böyük xidmətləri olduğunu söyləyib. ARDNŞ-də 9 il çalışmış şəxs kimi həm də özünü neftçi hesab etdiyini bildirən dövlət başçısı qarşıdan gələn peşə bayramı münasibəti ilə neftçiləri təbrik edib.

Mərasimdə çıxış edən BP prezidenti Robert Dadli bildirib ki, "Əsrin müqaviləsi" Heydər Əliyevin əməyinin bəhrəsidir: "Yeni həyat məhz o dövrdən başladı".

"Bu saziş tərəfdaşlığın yeni səhifəsini açacaq. Biz saziş çərçivəsində 40 milyard dollardan çox sərmayə qoyaraq əməkdaşlığımıza davam edəcəyik. Biz bu günlərdə böyük əhəmiyyət daşıyan "Xankəndi" gəmisini istismara verdik. Bizim Azərbaycan qarşısındakı öhdəliklərimiz nəhəng platformalarla, gəmilərlə bitmir. Biz təhsilə də dəstək verir, bu sahədə layihələr həyata keçiririk. Eyni zamanda regionlarda biznesə dəstək verməklə icmaların inkişafını dəstəkləyirik. Biz Azərbaycan Milli Olimpiya və Paralimpiya komitələrinə dəstək verir. Bizim əməkdaşlıq uğurla davam edəcək" — Dadli vurğulayıb.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, bu gün Azərbaycan üçün əlamətdar bir gündür: "Bu gün bizə "Əsrin Müqaviləsi"nin imzalandığı vaxtı xatırladır. O dövrün çətin siyasi və iqtisadi şəraitinə baxmayaraq, ulu öndərimiz Heydər Əliyevin gərgin səyləri nəticəsində AÇG üzrə ilk müqavilənin imzalanması ilə Azərbaycanın sonrakı iqtisadi inkişafının təməli qoyulub. 1994-cü ildə ilk müqavilə imzalanandan bəri AÇG-yə 33 mlrd. dollar sərmayə qoyulub və 440 mln. ton neft hasil edilməklə ölkəmiz 125 mlrd. dollardan çox birbaşa mənfəət əldə edib".

"Bu gün SOCAR ilə tərəfdaş şirkətlər arasında aparılan danışıqlara yekun vuraraq, razılaşdırılmış şərtlər əsasında AÇQ layihəsi üzrə 2049-cu ilin sonunadək davam edəcək yeni müqaviləni imzaladıq. Yeni müqavilənin şərtləri Milli Məclis tərəfindən təsdiqlənəndən sonra qüvvəyə minir ki, bununla da növbəti 32 il ərzində AÇG-nin ölkəmizə gətirdiyi iqtisadi mənfəətləri maksimuma çatdıracağıq. Yeni müqavilənin şərtləri ölkəmizin və şirkətimizin 1994-cü ildən bəri artan maliyyə və texnoloji potensialını əks etdirməklə yanaşı, xarici tərəfdaş şirkətlərin Azərbaycan iqtisadiyyatına olan inamını da göstərir və artıq reallıq olan tərəfdaşlığımızı yeni müstəviyə qaldırır" — Abdullayev diqqətə çatdırıb.

Qeyd edək ki, hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişə əsasən BP layihənin operatoru olaraq qalacaq. Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65%-dən 25%-ə qaldırılacaq və beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Dövlət Neft Fonduna 3,6 mlrd. dollar bonus ödəyəcəklər. Növbəti 32 il müddətində AÇG-yə 40 mlrd. artıq sərmayə qoyulması potensialı var.

Saziş təsdiqləndikdən sonra AÇG-də tərəfdaşların yeni iştirak payları bu nisbətdə olacaq: BP- 30,37%; AzACG (SOCAR)- 25%; Chevron- 9,57%; "Inpex" — 9,31%; "Statoil" — 7,27%; "ExxonMobil" — 6,79%; TPAO — 5,73%; "Itochu" — 3,65% və "ONGC Videsh Limited (OVL)" — 2,31%.

Bu sazişin ardınca, SOCAR və tərəfdaşları arasında AÇG müqavilə ərazisi üçün əlavə bir hasilat platformasının qiymətləndirməsi məqsədi ilə mühəndis-layihə işlərinin irəli aparılması haqqında razılaşma əldə olunub.

388
Teqlər:
pay bölgüsü, "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku, prezident İlham Əliyev, saziş, hasilat, neft
Əlaqədar
Bakıda yeni neft sazişi imzalanır
Neft qiymətlərindən gözlənilməz yüksəliş
OPEC-dən ümidverici neft proqnozu
Neftin qiyməti yenidən kəskin düşə bilər
İlham Əliyevdən neft barədə vacib açıqlama

Evlər "Suqovuşan"ın işığı ilə aydınlanacaq - VİDEO

24
(Yenilənib 14:24 05.12.2020)
"Hazırda KSES-lərə dəymiş ziyan hesablanıb və bərpa edilməsi üçün layihələndirmə işləri həyata keçirilib. Layihəyə əsasən, işlər 3 ay müddətində həyata keçirilərək elektrik stansiyaları istismara veriləcək" - "Azərenerji" ASC

BAKI, 5 dekabr — Sputnik. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə yararlı və yararsız bir çox enerji obyektləri mövcuddur. Onlardan biri də Suqovuşanda yerləşən ümumi gücü 7,8 Meqavat olan "Suqovuşan-1" və "Suqovuşan-2" Kiçik Su Elektrik Stansiyalarıdır (KSES).

"Azərenerji" Açıq Səhmdar Cəmiyyətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, onlardan birinin gücü 4,8, digərinin gücü isə 3 Meqavatdır: "Erməni qəsbkarları bir çox sahələrdə olduğu kimi, bu KSES-lərə də zərər vurmağa, yararlı ehtiyat hissələrini söküb daşımağa, apara bilmədiklərini dağıtmağa macal tapsalar da, onların təmir və bərpa edilməsi mümkünsüz deyil. Belə ki, işğaldan azad edilən Suqovuşandakı su elektrik stansiyalarının maşın zalı, aqreqatları, generatorları, o cümlədən idarəetmə mərkəzinin binası, panellər, avadanlıqlar, yarımstansiyasının gərginlik və cərəyan transformatorları, açarlar, ayırıcılar zədələnib və ya sıradan çıxıb".

"Hazırda KSES-lərə dəymiş ziyan hesablanıb və bərpa edilməsi üçün layihələndirmə işləri həyata keçirilib. Layihəyə əsasən, işlər 3 ay müddətində həyata keçirilərək elektrik stansiyaları istismara veriləcək", - deyə məlumatda bildirilib.

"Suqovuşan" KSES-lərin mövcud vəziyyətini göstərən videonu təqdim edirik.

24
Teqlər:
"Azərenerji" ASC, SES, Suqovuşan
Neft buruğu, arxiv şəkli

Dünyada neft bahalaşır

14
(Yenilənib 13:42 05.12.2020)
Azərbaycan neftinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub

 

BAKI, 5 dekabr — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,20 dollar artaraq 49,68 dollar təşkil edib.

“Brent” markalı neftin bir barelinin qiyməti 0,54 dollar artaraq 49,25 dollar, “Light” markalı neftin bir barelinin qiyməti isə 0,62 dollar bahalaşaraq 46,26 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

14
Teqlər:
"AzeriLight" markalı neft, "Brent" markalı neft, bahalaşma, neft
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj
Sarımsaq, arxiv şəkli

Təbii antibiotik zərərli imiş

0
(Yenilənib 23:40 05.12.2020)
Məlum olub ki, sarımsaq xəstəliyin simptomlarını ağırlaşdıran mədə və öd şirəsinin ifraz edilməsini stimullaşdırır.

BAKI, 5 dekabr — Sputnik. Çoxsaylı faydalı təsirləri olmasına baxmayaraq, sarımsaq aqressiv məhsul hesab edilir.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə danışan həkim-dietoloq İnna Zaykina bildirib ki, çox sarımsaq yemək olmaz.

Mədə xorası xəstəliyi, pankreatit və digər xəstəliyi olan insanlar sarımsaq yeməməlidirlər. Çünki sarımsaq xəstəliyin simptomlarını ağırlaşdıran mədə və öd şirəsinin ifraz edilməsini stimullaşdırır.

Bir müddət əvvəl isə endokrinoloq Yelena Qubkina kartof bişirmə və yemək üsulları barədə danışarkən bildirmişdi ki, kartof torpaqdan və havadan zərərli maddələr yığdığı üçün onu istehlak edərkən diqqətli olmaq lazımdır. Belə ki, kartofu soyulmuş qaynatmaq və buxarda bişirmək daha faydalıdır. Belə ki, bu zaman tərəvəz maksimum miqdarda qida - kalium, natrium, B6 vitamini verir.

0
Teqlər:
allergiya, mədə-bağırsaq xəstəlikləri, simptom, xəstəlik, təbii antibiotik, zərər, sarımsaq