ABŞ dolları

Dollar qəflətən bahalaşdı

4155
(Yenilənib 21:55 31.08.2017)
Xərclərin artması inflyasiyanın sürətlənməsi və Fed-in dekabrda faiz artırmasına səbəb ola bilər

BAKI, 31 avqust — Sputnik. ABŞ Ticarət Nazirliyinin məlumatlarına görə, istehlakçı xərcləri iyul ayında təkan götürüb. İyulda şəxsi gəlirlər 0.4%, xərclər isə 0.3% artıb.

Sputnik Azərbaycan "Marja"ya istinadən xəbər verir ki, gözlənti şəxsi gəlirlərin 0.3 faiz, xərclərin isə 0.4 faiz artması istiqamətində idi.

Xərclərin artması inflyasiyanın sürətlənməsi və Fed-in dekabrda faiz artırmasına səbəb ola bilər.

Məlumatın açıqlanmasından sonra, dollar avro qarşısında bahalaşıb. Saat 17:15-ə olan məlumata görə, avro/dollar məzənnəsi 1.1840 səviyyəsinə düşüb.

4155
Teqlər:
ABŞ Ticarət Nazirliyi, bahalaşma, FED, avro, dollar
Əlaqədar
Banklar dollarla bağlı qərarlarını açıqlayıb
Dolların rəsmi məzənnəsi açıqlanıb
Manat dolları bazardan sıxışdırır
Dolların yeni qiyməti açıqlandı
Dollar sürprizinə hazır olun