Manat və dollar

Dollar bahalaşdı

103
Bu gün rəsmi məzənnə 1.7009 manatdır

BAKI, 29 avqust — Sputnik. Azərbaycan Respublikası Mərkəzi Bankı manatın məzənnəsinə dair məlumat yayıb.

MB-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, 30.08.2017-ci il tarixindən etibarən Mərkəzi Bankın rəsmi məzənnəsi 1 ABŞ dolları 1,7010 manat səviyyəsində müəyyən olunub.

Qeyd edək ki, bu gün rəsmi məzənnə 1.7009 manatdır.

Xəbər verdiyimiz kimi, 29 avqust 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7010 səviyyəsində formalaşıb.

103
Teqlər:
rəsmi məzənnə, dollar, manat, Mərkəzi Bank
Əlaqədar
Banklar dolları bu qiymətə satır
Dolların qiyməti açıqlandı
Manat dolları bazardan sıxışdırır
Dolların rəsmi məzənnəsi açıqlanıb
Banklar dollarla bağlı qərarlarını açıqlayıb