İqtisadi artım

Yekdil fikir: Azərbaycanda sıxıntılı dönəm başa çatır

2209
(Yenilənib 18:09 29.08.2017)
Gələn il üçün Azərbaycan iqtisadiyyatında artım gözlənilir

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 29 avqust — Sputnik. Təkcə Dünya Bankı deyil, Beynəlxalq Valyuta Fondu və digər maliyyə qurumları da 2018-ci il üçün Azərbaycan iqtisadiyyatında artım proqnozlaşdırır. Bunu iqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a açıqlamasında deyib.

İqtisadçı-ekspert Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənov

Onun sözlərinə görə, birincisi, hazırda Azərbaycanda davam edən məzənnə sabitliyi fonunda növbəti dövrlərdə istehlak həcminin artması gözlənilir: "Daxili istehlakın həcminin artması öz növbəsində istehsal və xidmət sahəsində dövriyyəni genişləndirməklə yaradılan əlavə dəyərin həcminə müsbət təsir göstərə bilər. Yəni, bu, ehtimallardan biridir".

"İkincisi, hökumətin qeyri-neft iqtisadiyyatının müəyyən qədər şaxələndirilməsi və inkişafı ilə bağlı ortaya qoyduğu strategiyaların öhdəliklərinin yerinə yetirilməsindən gələn əlavə dəyərin yaradılmasıdır. Çünki hər bir öhdəliyin yerinə yetirilməsi, hər bir öhdəliyin bəndi üzrə prosesin icrası, ümumi daxili məhsulun həcminə də müəyyən qədər təsir göstərəcək. Bu da öz növbəsində yekun olaraq iqtisadi böyüməni şərtləndirən faktorlardan birinə çevrilə bilər. Əgər strategiyaların icrasında hər hansı bir problem ortaya çıxmazsa, hökumət nəzərdə tutulan fəaliyyətləri zamanında yerinə yetirməyə cəhd göstərərsə, bu, baş verəcək" — Həsənov bildirib.

Onun sözlərinə görə, digər bir məqam, artıq Azərbaycan iqtisadiyyatının son 3 ildə aşağı neft gəlirlərinə müəyyən qədər adaptasiya olunması ilə bağlıdır: "Çünki qısa müddətli dövr üçün həm biznes, həm hökumət, həm də vətəndaş neft qiymətlərinin kəskin azalması fonunda iqtisadi şokla üz-üzə qaldı və demək olar ki, prosesləri qısa müddətdə qavraya bilmirdi. Amma artıq bu proseslər üzərindən 3 ilə yaxın bir müddət keçib".

"Belə bir şəraitdə müəyyən qədər resessiya və durğunluq dövrünü yaşayan iqtisadi sektorların və iqtisadi subyektlərin fəaliyyətləri bu gün nisbətən tarazlıq dövrünə qədəm qoymaqdadır. Biz bunu müşahidə edirik. Artıq yeni çıxış yolları, yanaşmalar sahibkarlıqda, eyni zamanda, az da olsa, administrativ idarəetmədə müşahidə olunmaqdadır. Bu, öz növbəsində, böyük ehtimalla 2018-ci ilin iqtisadiyyatına öz töhfəsini verə bilər" — ekspert vurğulayıb.

İqtisadçının qənaətincə, ən pis halda 2018-ci ildə iqtisadi azalma, yəni, resessiya dayanacaq: "Amma mümkündür ki, neftin qiymətlərinin də dinamikasından asılı olaraq 2018-ci ildə müəyyən iqtisadi artım baş versin".

R. Həsənov deyib ki, ilin əvvəlindən 2017-ci il üçün Azərbaycan iqtisadiyyatında azalma proqnozlaşdırılmışdı: "2016-cı ildə Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun 2017-ci il üçün Azərbaycan iqtisadiyyatında proqnozları daha müsbət tonda idi, amma sonradan bu proqnozları dəyişdirərək azaltdılar. Biz isə əvvəlcədən 2017-ci il iqtisadiyyatının, təxminən 1,2 faiz azalacağını proqnozlaşdırmışdıq. Hazırda da cərəyan edən proseslər, haradasa bizim müəyyən etdiyimiz indikatorlara daha yaxın nəticənin alınması ehtimalını artırır".

Qubad İbadoğlu - İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri
facebook/ Qubad İbadoğlu
Qubad İbadoğlu - İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ilin yanvar-iyul aylarında Azərbaycanda əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1 faiz az ümumi daxili məhsul istehsal edilib.

İqtisadçı-ekspert Qubad İbadoğlu da Sputnik Azərbaycan-a açıqlamasında 2018-ci ildə Azərbaycan iqtisadiyyatında artımın mümkün ola biləcəyini deyib: "Çünki artıq 2 il davam edən tənəzzüldən sonra artım meylləri təbii amillərin nəticəsində də baş verib. Söhbət yüksək artımdan getmir, cəmi 1 faizə qədər artımdan gedir. O baxımdan Dünya Bankının proqnozunu real qəbul etmək olar. Düşünürəm ki, bu proqnoz Azərbaycanda islahatlar aparılarsa, strateji proqramlar tətbiq imkanı qazanarsa, o halda biz növbəti ildə Azərbaycan iqtisadiyyatında cüzi də olsa, artım gözləyə bilərik".

Qeyd edək ki, Dünya Bankı 2018-ci ildə Azərbaycan iqtisadiyyatının 0,5-1 faiz artacağını proqnozlaşdırır. Bunu Trend-ə özəl müsahibəsində bankın Bakı ofisinin rəhbəri Navid Hassan Naqvi deyib.

Onun sözlərinə görə, bu il bank ölkə iqtisadiyyatının 1-1,5 faiz azalacağını gözləyir: "Təəssüf ki, Azərbaycan iqtisadiyyatı neft sektorundan həddən çox asılıdır. Amma enerji resurslarının qiymətinin aşağı düşməsi və bunun ardınca milli valyutanın devalvasiyası digər sektorların inkişafı üçün imkan yaradıb. Hazırkı mübadilə məzənnəsi bir çox potensial aqroməhsul ixracatçılarına ixracatı müxtəlif bazarlarda daha rəqabət qabiliyyətli qiymətlərlə reallaşdırmağa imkan verəcək".

Naqvi bildirib ki, neftin qiymətinin düşməsi dövlətin gəlirlərinin azalması deməkdir və bu ölkə iqtisadiyyatını diversifikasiya etməyə imkan verəcək islahatlar barədə düşünməyə vadar edir: "Təbii ki, Azərbaycan hökuməti dünya iqtisadiyyatında vəziyyəti əsas tutaraq, müxtəlif islahatları üzərində işləməyə davam edir. Bu baxımdan, biz 2016-cı ilin sonunda — 2017-ci ilin əvvəlində dərc olunan strateji yol xəritələrinin qəbul olunmasını alqışlayırıq".

Navid Hassan Naqvi digər belə islahatlar arasında Maliyyə Sabitliyi Şurasının yaradılmasını qeyd edib. Lakin onun fikrincə, bütün islahatlar vaxt tələb edir, buna görə də, onların səmərəliliyi barədə danışmaq hələ tezdir. Bununla belə, agentliyin müsahibi əlavə edib ki, Azərbaycan hökuməti tərəfindən həyata keçirilən islahatlar ölkə iqtisadiyyatına çox yaxşı nəticə göstərmək üçün potensiala malikdir.

2209
Teqlər:
iqtisadçı-ekspert Qubad İbadoğlu, iqtisadçı-ekspert Rəşad Həsənov, Sputnik Azərbaycan, iqtisadi artım, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, qeyri-neft, Azərbaycan, iqtisadiyyat
Əlaqədar
"Rusiya iqtisadiyyatında baş verənlər Azərbaycana birbaşa təsir göstərir"
İqtisadçı: “Hamı çalışmalıdır ki, manat öz sabitliyini qorusun”
Elman Rüstəmov iqtisadiyyatın əsas məqsədini açıqladı
Onların iqtisadiyyatı yalnız inkişaf edir
Prezident ölkənin iqtisadi inkişafını necə gördüyünü açıqladı
UNEC-in professoru Elnur Sadıqov

Professor: “Banklar bu əməliyyatlardan uzaq olsalar yaxşıdır”

27
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov deyir ki, bankların yeganə problemi müştəri hesablarında təhlükəsizliyin təmin edilməsidir
Elnur Sadıqov: “Müştərilərin banklardan uzaqlaşacağı ilə bağlı nəzəriyyələr özünü doğrultmayıb”

Ənənəvi banklarla onlayn ödəmə platformları və elektron portmanatlarının rəqabəti getdikcə artaraq bankların müştəri cəlb etməsini çətinləşdirəcək. Bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyi tərəfindən “Qlobal rəqəmsallaşma pərakəndə ödəmələrdə ənənəvi bankların üstün mövqeyini sual altına qoyur” adlı hesabatda bildirilir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov Sputnik Azərbaycan-a deyir ki, banklar bu gün kifayət qədər geniş elektron xidmətlər yerinə yetirir:

“Pandemiya səbəbindən bankların müştərilərlə apardığı əməliyyatlar azalıb. Ancaq bu, müştərilərin bir dəfəlik banklardan kənarlaşması demək deyil. Müasir texnologiyaların inkişafı müştərilərin daha geniş şəkildə bank xidmətlərindən istifadəsini zəruri edir. Bu gün bankların yeganə problemi müştəri hesablarında təhlükəsizliyin təmin edilməsidir. Müasir dövrdə elə əməliyyatlar var ki, banklar onlardan uzaq olsalar yaxşıdır. Müştərilərin banklardan uzaqlaşacağı ilə bağlı nəzəriyyələr özünü doğrultmayıb”.

Elnur Sadıqovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

27
Neft, arxiv şəkli

Neft pandemiyanın ikinci dalğasına dair narahatlıqlar fonunda həftəni itkilərlə tamamlayır

35
(Yenilənib 20:47 24.10.2020)
ABŞ və Avropada artan koronavirusa yoluxma hallarının enerji tələbatına təsirsiz ötüşməyəcəyi ilə bağlı narahatlıqlar neftin qiymətində itkilərə səbəb olub. Nəticədə neft qiymətləri həftəni az da olsa itkilərlə tamamlamağa doğru irəliləyir.

BAKI, 24 oktyabr — Sputnik. Birjalarda neft qiymətləri koronavirusun ikinci dalğasına dair artan narahatlıqlar fonunda həftəni itkilərlə tamamlayır.

Sputnik Azərbaycan xəbər verir ki, ABŞ və Avropada artan koronavirusa yoluxma hallarının enerji tələbatına təsirsiz ötüşməyəcəyi ilə bağlı narahatlıqlar neftin qiymətində itkilərə səbəb olub. Nəticədə neft qiymətləri həftəni az da olsa itkilərlə tamamlamağa doğru irəliləyir.

Rusiya Prezidenti Vladimir Putinin ehtiyac duyulacağı təqdirdə hasilat məhdudiyyətlərini artıra biləcəklərini söyləməsi həftə ərzində neft qiymətlərinin yuxarı istiqamətli dəyişməsinə dəstək olub. V.Putinin şərhi "OPEC+" koalisiyasının yanvar ayında istehsal məhdudiyyətlərini azaltmaqla bağlı planını təxirə sala biləcəyinə işarə kimi qiymətləndirilir.

Lakin koronavirus epidemiyasındakı ikinci dalğanın Avropa və ABŞ-da enerji tələbatını alt-üst edəcəyinə dair narahatlıqlar durmadan artır. ABŞ-ın bəzi ştatlarında artan koronavirus hadisələri ölkədəki benzin ehtiyatlarında may ayından bəri ən böyük artıma səbəb olub.

Ekspertlərə görə, hazırda 40 dollar/barel civarında dəyişən neft qiymətləri Liviya kimi ölkələrdə artan hasilat fonunda bazarı daha təmkinli olmağa vadar edir. Bazar gözləntiləri isə "OPEC+"un planlaşdırdığı istehsal artımına getməyəcəyi istiqamətində dəyişir.

"Brent" neftinin bir bareli Londonun ICE birjasında 41,77 dollara, "Light" markalı neftin bir bareli isə Nyu-Yorkun NYMEX birjasında 39,85 dollara alıcı axtarır.

35
Artilleriya atəşi, arxiv şəkli

Ermənistan ordusunun atəş nöqtələri məhv edilib - VİDEO

0
(Yenilənib 18:01 25.10.2020)
Azərbaycan silahlı qüvvələri işğalçı ordunun bölmələrinin atəş nöqtələrini məhv etməkdə davam edirlər.

BAKI, 25 oktyabr — Sputnik. Cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri öz üstünlüyünü qoruyub. Sputnik Azərbaycan bu barədə Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Oktyabrın 25-də aparılan uğurlu döyüş əməliyyatları zamanı düşmənin 2 artilleriya qurğusu, 2 BM-21 “Qrad”, 1 komanda qərargah maşını, 1 komanda idarəetmə məntəqəsi, 2 yük maşını, 1tank və bir neçə atəş nöqtəsi məhv edilib.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə