Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Külli miqdarda maliyyənin xaricə axınının qarşısı alınacaq

CC0 / webyourlife / TobaccoСаженцы табака, фото из архива
Саженцы табака, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hər il yarım milyard dollara yaxın vəsaitə qənaət edə bilərik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 21 avqust — Sputnik. Azərbaycanda tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramının qəbul edilməsi həm xammal formasında tütün istehsalının artırılması, həm də bütövlükdə ixracın stimullaşdırılması və dəstəklənməsi baxımından olduqca vacibdir. Çünki Dövlət Proqramı çərçivəsində Azərbaycanda müasir zavodun qurulması nəzərdə tutulur. Bu da istehsal olunan tütünün emal edilərək bazara çıxarılmasına imkan verəcək.

© Photo : Social media page of Vugar BayramovVüqar Bayramov
Vüqar Bayramov - Sputnik Azərbaycan
Vüqar Bayramov

Bunu iqtisadçı-ekspert Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında deyib. Onun sözlərinə görə, bütövlükdə, tütün istehsalı üzrə qlobal bazarın həcmi, təxminən 500 milyard dollardır: "Şirkətlərin illik qlobal gəliri, təxminən 40 milyard dollardır. Bu, onu göstərir ki, bazar kifayət qədər böyükdür".

"Qonşu ölkələr də tütün istehlak edən ölkələrdir. Azərbaycan daxil olmaqla, MDB-nin bir sıra ölkələri adambaşına tütün istehlakına görə dünyada aparıcı yerləri tutur. Məsələn, Belarus adambaşına tütün istehlakına görə dünyada 2-ci, Rusiya 5-ci, Qazaxıstan 12-ci, Azərbaycan isə 13-cü yeri tutur" — Bayramov bildirib.

Onun sözlərinə görə, bu amil onu göstərir ki, bölgəmiz, xüsusən də MDB regionu adambaşına siqaret istehlakına görə öndə gedən regionlardan birdir: "Bu da nəticə etibarı ilə ixrac imkanları baxımından vacibdir. Düşünürəm ki, birmənalı şəkildə ixrac imkanları var. Dövlət Proqramının icrası nəticədə Azərbaycan üçün yeni imkanlar yarada bilər".

Ekspertin fikrincə, tütünçülük Azərbaycan üçün ənənəvi sahələrdən biridir: "Hətta, sovet dövründə 18 min hektar ərazidə tütün sahələri olub. Ölkəmizdə tütün sahələri 2014-cü ildə min hektara qədər azalıb. 2017-ci ildə bu rəqəm 2,4 min hektara qədər yüksəlsə də, yenə sovet dövründəki göstəricilərlə müqayisədə Azərbaycanda tütün əkini sahələrinin həcmi geri qalmaqdadır".

V. Bayramovun qənaətincə, Azərbaycanda tütünçülüyün inkişafı həm də ona görə vacibdir ki, ölkəmizdə tütün məhsullarına olan tələbatın ödənilməsi idxaldan asılıdır: "İl ərzində 9 milyard qutu siqaret istehlak olunur. Onun 1,6 milyardı Azərbaycan daxilində istehsal olunur. 8,4 milyardı isə idxal olunur. Azərbaycan siqaret məhsullarının idxalı üçün il ərzində 450 milyon dollar vəsait xərcləyir".

"Yəni, ölkədə siqaret və tütün məhsullarının istehlakında idxaldan asılılıq yüksəkdir. Bu baxımdan yerli istehsalı inkişaf etdirmək çox vacibdir ki, tütün idxalından asılılığı aradan qaldırmaq mümkün olsun" — iqtisadçı vurğulayıb.

Tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı bu sahənin inkişafının sürətlənməsinə xidmət edəcək. Bunu isə Trend-ə Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib.

Milli Məclis - Sputnik Azərbaycan
CƏMİYYƏT
Tütün məhsulları ilə bağlı növbəti qadağa və cərimələr gəlir

Onun sözlərinə görə, dövlət proqramı bu sahənin inkişaf planını konkretləşdirəcək və çatışmayan infrastrukturu yaratmağa imkan verəcək: "Sektor qarşısında 2021-ci ilədək tütün istehsalını ildə 12 min tona çatdırmaq məqsədi qoyulub. Bu göstərici ölkədə tütün məhsullarına olan tələbatı təmin etməkdən əlavə, həm də tütünü ixrac etməyə də imkan verəcək".

Deputat qeyd edib ki, dövlət proqramında bu sahənin inkişafı üçün bütün amillər nəzərə alınıb – toxumların keyfiyyətinə nəzarət və fitosanitariya: "Bu onu göstərir ki, dövlət tütünçülüyün inkişafı üçün hər cür şəraitin yaradılmasına və dəstək göstərməyə hazırdır. Burada həmçinin, tütün sənayesinin inkişafının sosial aspektləri də vacibdir. Bu gün daxili istehsal tələbatın 16-17 faizini təmin etmək gücündədir. Dövlət proqramının icrası isə bu göstəricini 60-65 faiz, bəlkə də 70 faizədək artıra bilər".

R.Quliyev əlavə edib ki, tütünün yetişdirilməsi üçün daha əlverişli ərazilər Azərbaycanın şimal-qərb rayonlarıdır: "Bu rayonlarda tütünçülüyün inkişafı üçün əlverişli iqlim şərtləri var. Bundan başqa, bu rayonlarda fermerlərin tütünçülük sahəsində müəyyən təcrübələri var. Bu sahənin inkişafı və məhsulun keyfiyyətinin artırılması üçün xarici mütəxəssislərə də ehtiyac var".

Xəbər lenti
0