BAKI, 16 avqust — Sputnik. Azərbaycan manatı xarici ölkələrin valyutalarına nisbətən fərqli dinamika göstərib. Bu barədə Sputnik Azərbaycan Mərkəzi Banka istinadən məumat verir.
Manatın ABŞ dolları və avroya nisbətən məzənnəsi müvafiq olaraq 1,7008 və 1,9972-dir.
Azərbaycan valyutasının məzənnəsi ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
Valyuta |
Kod |
Kurs |
1 ABŞ dolları |
USD |
1.7008 |
1 Avro |
EUR |
1.9972 |
1 Avstraliya dolları |
AUD |
1.3328 |
1 Argentina pesosu |
ARS |
0.0996 |
1 Belarus rublu |
BYN |
0.8742 |
1 Braziliya rialı |
BRL |
0.5367 |
1 BƏƏ dirhəmi |
AED |
0.4631 |
1 Cənubi Afrika randı |
ZAR |
0.1278 |
100 Cənubi Korea vonu |
KRW |
0.1489 |
1 Çexiya kronu |
CZK |
0.0764 |
100 Çili pesosu |
CLP |
0.2622 |
1 Çin yuanı |
CNY |
0.2543 |
1 Danimarka kronu |
DKK |
0.2685 |
1 Gürcü larisi |
GEL |
0.7078 |
1 Honq Konq dolları |
HKD |
0.2174 |
1 Hindistan rupisi |
INR |
0.0265 |
1 İngilis funt sterlinqi |
GBP |
2.1893 |
100 İndoneziya rupiası |
IDR |
0.0127 |
100 İran rialı |
IRR |
0.0045 |
1 İsveç kronu |
SEK |
0.2106 |
1 İsveçrə frankı |
CHF |
1.7483 |
1 İsrail şekeli |
ILS |
0.4705 |
1 Kanada dolları |
CAD |
1.3333 |
1 Küveyt dinarı |
KWD |
5.6309 |
1 Qazaxıstan tengəsi |
KZT |
0.0051 |
1 Qırğız somu |
KGS |
0.0246 |
100 Livan funtu |
LBP |
0.1128 |
1 Malayziya rinqqiti |
MYR |
0.3957 |
1 Meksika pesosu |
MXN |
0.0955 |
1 Moldova leyi |
MDL |
0.0954 |
1 Misir funtu |
EGP |
0.0958 |
1 Norveç kronu |
NOK |
0.2139 |
100 Özbək somu |
UZS |
0.0409 |
1 Polşa zlotası |
PLN |
0.4653 |
1 Rusiya rublu |
RUB |
0.0284 |
1 Sinqapur dolları |
SGD |
1.2435 |
1 Səudiyyə Ərəbistanı rialı |
SAR |
0.4535 |
1 SDR (BVF-nun xüsusi borcalma hüquqları) |
SDR |
2.3936 |
1 Türk lirəsi |
TRY |
0.4808 |
1 Tayvan dolları |
TWD |
0.056 |
1 Tacik somonisi |
TJS |
0.193 |
1 Yeni türkmən manatı |
TMT |
0.4866 |
1 Ukrayna qrivnası |
UAH |
0.0665 |
100 Yapon yeni |
JPY |
1.5368 |
1 Yeni Zelandiya dolları |
NZD |
1.2306 |
BAKI, 25 yanvar — Sputnik. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) indiyədək dövlət büdcəsinə 112 milyard 140,3 milyon manat köçürüb.
Sputnik Azərbaycan ARDNF-ə istinadla xəbər verir ki, ötən il isə fond 12 milyard 200 milyon manat vəsaiti dövlət büdcəsinə transfert edib.
Neft Fondunun indiyədək Azərbaycan Respublikasının Mərkəzi Bankına transfertləri 3 milyard 949,5 milyon manat olub.
Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 25 yanvar — Sputnik. Son günlərdə dünya bazarlarında neftin qiymətlərində artım müşahidə edilir. Hazırda “Brent” markalı neftin qiyməti 56 dollar ətrafındadır.
Beynəlxalq Enerji Agentliyinə görə, COVID-19-a yoluxmanın artması iqtisadi fəaliyyəti ləngitsə də, peyvədləmə prosesinin yayılması və iqtisadi canlanmanın ilin ikinci yarısında neft tələbatında artımı stimullaşdıracağı gözlənilir. Bəs, dünya bazarlarında neftin qiyməti 60-70 dollara qalxa bilərmi?Xəzər Universitetinin professoru Fuat Rəsulov məsələni Sputnik Azərbaycan-a şərh edib.
Professor neftin qiymətinin yüksəlməsinə pessimist baxır:
"Neftin bahalaşması mümkün deyil və qiymətin qalxması müvəqqəti xarakter daşıyır. Dünyada baş verən siyasi proseslər ilə bağlı müvəqqəti, qısamüddətli qiymət artımları ola bilər. Sonra yenə qiymət aşağı düşəcək. Səudiyyə Ərəbistanında yeni neft yataqları aşkar edilib. ABŞ və İran arasında danışıqlar davam edəcək və çox güman ki, İrana qarşı sanksiyalar yumşalacaq. İran da öz neftini bazara çıxarmağa başlayacaq. Müvəqqəti hadisələr fonunda il ərzində neftin qiyməti 45-55 dollar arasında qalacaq. Neftin qiyməti 70 dollara qalxa bilməz".
Onun sözlərinə görə, vaksinasiyadan sonra bir sıra ölkələrdə iqtisadiyyatın bir az dirçələcəyi və yanacağa, enerjiyə tələbatın artacağı ilə bağlı gözləntilər var: "Ancaq burada paralel proseslər gedir. Kifayət qədər çox ölkə elektriklə işləyən avtomobillər almağa, hibrid avtomobillər istehsal etməyə başlayıb.
Digər tərəfdən, məsələn, Avropa kömürdən imtina etmək istəyir. Bu, o deməkdir ki, qaza, neftə tələbat artacaq. Ancaq neft və neft məhsularının 70 faizi yanacaq kimi istifadə olunur. Bundan başqa, bütün ölkələrdə kifayət qədər neft ehtiyatları da var. Ona görə də pandemiyanın azalmasının bu sahəyə böyük təsiri olmayacaq".Qazın qiymətinə gəlincə, professor deyib ki, qazın qiyməti qısa müddətdə xeyli bahalaşıb: "Çünki bizim əsas bazar Avropadır və sərt şaxtalar və s. ilə bağlı tələbat artıb. Ona görə də qazın qiyməti qalxıb. Biz Çinə, Asiya ölkələrinə qaz satmırıq. Lakin bu yaxınlarda Türkiyə və Yunanıstan Qara dənizdə öz ərazi sularında yataqlar aşkar ediblər. İndi bu ölkələr həmin yataqları işlətmək istəyirlər".
"Neftin mövcud qiymətləri Azərbaycan üçün çox sərfəlidir. Təklif və tələbdən çox şey asılıdır", - deyə o əlavə edib.
BAKI, 26 yanvar - Sputnik. Xırdalanda partlayışda həlak olan qadının nəşi dağıntılar altından çıxardılıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Xırdalanda baş verən partlayışda 1988-ci il təvəllüdlü Aytən Tacəddin qızı Musayeva faciəli şəkildə dünyasını dəyişib. Bu barədə Sputnik Abşeron MRX-nın direktoru Mehriban Qaralova məlumat verib. O, bildirib ki, Xırdalanda baş vermiş hadisə nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, onlardan biri uşaqdır.
Partlayış zamanı xəsarət alanlardan biri Musayev Vüsal Firuddin oğlunun həyat yoldaşı Aytən Musayeva dağıntılar altından ölü tapılıb. Onun azyaşlı qızının axtarışları davam edir. Oğlu 10 yaşlı Musayev Firuddin Vüsal oğlu və həyat yoldaşı xəstəxanada müalicə alırlar.
Partlayış zamanı xəsarət alanlar 1983-cü il təvəllüdlü Musayev Vüsal Firuddin oğlu, onun 10 yaşlı oğlu, 2009-cu il təvəllüdlü Musayev Firuddin Vüsal oğlu, 8 yaşlı qızı, 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızı, Musayeva Ziyafət Qafar qızı və Gözəl Səmədovadır.
Dağıntılar altından çıxarılan digər şəxslər 1968-ci il təvəllüdlü Ələzova Simayə Mövlud qızı, 2006-cı il təvəllüdlü Şükürzadə Xədicə Bəxtiyar qızı, 1989-cu il təvəllüdlü Əliyev Emil Arif oğlu və 1988-ci il təvəllüdlü Hüseynov Arif Əbülfəz oğludur.
Qeyd edək ki, 25 yanvar 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə uçqunla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
FHN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal əraziyə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, uçqun ikimərtəbəli fərdi yaşayış evində baş verib.
Partlayış dalğasının təsirindən yaxınlıqdakı binaların şüşələri sınıb. FHN-in əməkdaşları tərəfindən operativ axtarış-xilasetmə əməliyyatı davam edir.