Pul və kalkulyator, arxiv şəkli

Bankların verdiyi kreditlərin həcmi niyə azalıb?

558
Ekspert: "Banklar əvvəlki illərdə verdikləri kreditlərin bir qismini geri ala bilmədikləri üçün kreditlərin verilmə şərtlərini ağırlaşdırıblar"

BAKI, 9 avqust — Sputnik. Bu ilin iyununda ölkədəki bankların müştərilərə verdiyi kreditlərin həcmi azalıb.

"APA-Economics" Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya əsasən xəbər verir ki, iyul ayının 1-nə bankların müştərilərə verdiyi kreditlərin məbləği 13 mlrd. 462,1 mln. manat təşkil edib. Bu da may ayı ilə müqayisədə 916,5 mln. manat və ya 6,37% azalma deməkdir.

Ümumiyyətlə, ilin əvvəlindən bankların müştərilərə verdiyi kreditlərin həcmi 2 mlrd. 476,2 mln. manat və ya 15,54% azalıb.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında bu azalmanın gözlənilən olduğunu deyib: "Çünki bir tərəfdən bankların problemli kreditlərin həcmində artımlar var. "Fitch" beynəlxalq reytinq agentliyinin qiymətləndirməsinə görə, problemli kreditlər bankların ümumi kredit portfelinin 24 faizini təşkil edir. Bu kifayət qədər böyük rəqəmdir. Banklar əvvəlki dövrlərdə yüksək faizlə verdikləri kreditləri geri almaqda çətinlik çəkirlər. Bankların problemli kreditlərin həcmi artdığı üçün bu, birbaşa kreditləşməyə təsir göstərir. O baxımdan kredit portfelində də azalmanın olması əslində gözlənilən idi". 

Onun fikrincə, digər tərəfdən, banklar əvvəlki illərdə verdikləri kreditlərin bir qismini geri ala bilmədikləri üçün kreditlərin verilmə şərtlərini ağırlaşdırıblar və bu da kreditlərə əlçatanlığa təsir göstərir: "Əvvəlki dövrlərlə müqayisədə banklar kredit almaq üçün daha ağır şərtlər müəyyənləşdiriblər. Bu da nəticədə kreditləşməyə təsir göstərir. Eyni zamanda, bankların cəlb etdiyi vəsaitlərin həcmində də azalmalar var. Banklar həm daxili, həm xarici mənbələrdən daha az vəsait cəlb edə bildikləri üçün daha az kredit təklif ediblər".

İqtisadçının sözlərinə görə, kreditləşmənin azalması arzuolunan deyil: "Çünki kreditləşmənin azalması birbaşa həm real sektora, həm də xərcləmələrə təsir göstərir. Kreditləşmə həm də ev təsərrüfatların xərcləmələri baxımından vacibdir. Nəticə etibarı ilə kredit portfelinin kiçilməsi real sektora, eləcə də ev təsərrüfatlarının xərcləmələrinə mənfi təsir göstərir. O baxımdan həm MBNP, həm Mərkəzi Bank kreditləşmənin artırılmasına çalışmalıdır".

Ekspertin qənaətincə, kredit portfelinin həcminin artırılması bank sektoru üçün prioritet olmalıdır: "Bunun süni şəkildə və inzibati yolla həyata keçirilməsi mümkün deyil. Mərkəzi Bank və Palata daha çox təşviqedici metodlar ilə, eləcə də, bankların likvidliyini artırmaqla onların kredit portfelinin artırılmasına nail olmağa çalışmalıdır". 

İqtisadçı-ekspert Sabit Bağırov isə Sputnik Azərbaycan-a açıqlamasında kreditlərin həcminin azalmasının səbəblərini belə açıqlayıb: "Birincisi, banklarda kifayət qədər manat resursları çatışmır. İkincisi, hazırda vətəndaşlarımız kredit almağa daha az meyillidir. Üçüncüsü, mövsümi xarakter daşıyan məsələlər var, yaydır və əhali istirahətdədir və s. Müəyyən problemlər də sahibkarlıq ilə əlaqəlidir. O da öz təsirini göstərir. Fikrimcə, bu səbəblər ola bilər".

Ekspertin sözlərinə görə, ümumiyyətlə, kreditləşmənin azalması yaxşı hal deyil və bütün iqtisadiyyata, iqtisadiyyatın subyektlərinə təsir edir.

558
Teqlər:
problemli kreditlər, Kredit, MBNP, Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası, Sabit Bağırov, Vüqar Bayramov
Əlaqədar
Külli miqdarda qanunsuz kredit götürənlərin cəzası yüngülləşdi
Əflatun Amaşov: “Banklar jurnalistlərə kredit verməlidir”
Kredit almaq daha da çətinləşəcək
Azərbaycandakı məşhur türk bankı: "Süpürgəçiyə kredit verərik, jurnalistə yox"
Azərbaycan manatı, arxiv şəkli

Qonşularımız pullarını "öldürürlər", biz - vergini. Malı kimə satmalı?

307
(Yenilənib 22:02 27.11.2020)
Ekspert: "Dünyada gedən valyuta müharibələrini də nəzərə alsaq, görürük ki, bütün ölkələr, əsasən də ixracatçı ölkələr, milli valyutalarını bir qədər ucuzlaşdırmağa çalışır. Yəni bunun hesabına ixracatı artıra bilsinlər deyə"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 27 noyabr — Sputnik. Nazirlər Kabineti "Malların ixrac qeydi ilə satışı Qaydası"nı təsdiq edib. Sputnik Azərbaycan xəbər verir ki, bu Qayda Azərbaycanda istehsal olunmuş və ixrac üçün nəzərdə tutulan məhsulların istehsalçısı ilə qeyri-neft məhsullarının ixracatı sahəsində təcrübəsi olan ixracatçılar arasında əməkdaşlığın şərtlərini müəyyən edir və işgüzar münasibətlərini tənzimləyir.

İstehsalçı ixrac üçün nəzərdə tutulan məhsulu ixracatçıya təqdim edərkən ƏDV-yə sıfır dərəcə ilə cəlb olunur.

Bəs bu addım Azərbaycanda ixracın və yerli istehsalın artmasına, sahibkarlara dəstək verəcəkmi?

İqtisadçı, "Respublikaçı Alternativ" Partiyasının icra katibi Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, bu addım ixracın stimullaşdırılması üçün atılıb: "Amma bununla yanaşı, bir sıra paralel addımlar da atılmalıdır ki, ixracın stimullaşdırılması üçün qarşıya qoyulan hədəflərə çatmaq mümkün olsun. Burada bir neçə problem mövcuddur.

Problemlərdən biri odur ki, son bir il ərzində qonşu ölkələrin milli valyutalarında kifayət qədər ciddi ucuzlaşma prosesi baş verib. Əsasən də bizim əsas ticarət tərəfdaşımız olan Türkiyə ilə Rusiyada lirə və rubl kifayət qədər ciddi şəkildə dəyərdən düşüb. Gürcüstanda da lari il ərzində 15-18 faiz ucuzlaşıb. Bu da idxalı stimullaşdırır, yerli istehsal və ixracat ilə bağlı müəyyən əngəllər yaradır".

"Dünyada gedən valyuta müharibələrini də nəzərə alsaq, görürük ki, bütün ölkələr, əsasən də ixracatçı ölkələr, milli valyutalarını bir qədər ucuzlaşdırmağa çalışır. Yəni bunun hesabına ixracatı artıra bilsinlər deyə. Digər bir institusional problem odur ki, bizim qeyri-neft ixracımız hələlik çoxşaxəli modelə keçməyib. Son dövrlərdə qeyri-neft məhsulları ixrac etdiyimiz ölkələrin sırasında Rusiya öndədir. Burada çoxşaxəli modelə keçməliyik, yəni yeni bazarlara çıxış imkanları kifayət qədər məhduddur", - deyə ekspert qeyd edib.

O bildirib ki, həmişə ixracda hədəf kimi biz qonşu ölkələri götürmüşük: "Amma yeni bazarlara çıxış əldə etsək, Azərbaycanın əsasən də aqrar sektorda olan məhsullarını daha baha qiymətə sata bilərik. Bununla bağlı da işlər görülməlidir. Düzdür, müəyyən işlər aparılıb, Azərbaycanın xaricdə ticarət nümayəndəlikləri açılıb, amma yetərli deyil. Nazirlər Kabinetinin bu addımı təqdirəlayiqdir, stimullaşdırıcı addımdır. Lakin paralel olaraq bir çox problemlər də aradan qaldırılmalıdır ki, ixracın stimullaşdırılması ilə bağlı addımlar effekt verə bilsin".

"Bəzi ixracatçılar var idi ki, daxili bazardan topladıqları məhsulları xarici bazara çıxardırdı və daxili bazar amilinə görə şəxs ƏDV ödəməyə məhkum idi. İndi daxili sənədləşmədə 18 faizlik ƏDV ödənilməyəndə bunun ixracat ilə bağlı müəyyən stimullaşdırıcı təsiri olacaq", - deyə ekspert əlavə edib.

Dövlət Vergi Xidmətinin şöbə rəisi Elnur Yusifov bu qərar ilə bağlı şərhində deyib ki, "Malların ixrac qeydi ilə satışı Qaydası"nda ixrac qeydi ilə satış həyata keçirən şəxsə (istehsalçıya) və ixrac qeydi ilə alınan malların ixracını həyata keçirən şəxsə (ixracatçıya) dair tələblər, malların ixrac qeydi ilə satışına aid edilməyən şəxslər və əməliyyatlara nəzarət, ixrac qeydi ilə malların ixracının həyata keçirilməsi prosesinə nəzarət tədbirləri öz əksini tapır:

"Bu imkandan yararlanmaq üçün istehsalçı və ixrac qeydi ilə alınan malların ixracını həyata keçirən şəxs (ixracatçı) Qaydada onlar üçün müəyyən edilmiş tələblərə cavab verməlidirlər. Qaydanın 3-cü hissəsində müəyyən edilmiş şəxslər və əməliyyatlar istisna olmaqla, Qayda ölkə ərazisində qeyri-neft məhsulları istehsal edən bütün istehsalçılara və ixracatçılara şamil olunur. İstehsalçı ixrac üçün nəzərdə tutulan məhsulu ixracatçıya təqdim edərkən Vergi Məcəlləsinin 165.1.9-cu maddəsinə müvafiq olaraq ƏDV-yə 0 dərəcə ilə cəlb olunur".

Şöbə rəisi qeyd edib ki, bu mexanizm ixracatçının ixrac edəcəyi malların alışına görə ödəməli olduğu ƏDV-nin məbləği qədər dövriyyə vəsaitinə qənaət etməsinə şərait yaradır və inzibatçılıq yükünü azaldır.

Qeyd edək ki, bu Qayda Nazirlər Kabinetinin 2020-ci il 14 noyabr tarixli qərarı ilə təsdiq edilib. İxrac qeydi ilə satılan mallara Azərbaycan ərazisində istehsal olunan qeyri-neft məhsulları aid edilir.

"Malların ixrac qeydi ilə satış qaiməsi"ndə satışı həyata keçirilən malların kodu, adı, ölçü vahidi və miqdarı əks olunur. "Malların ixrac qeydi ilə satış qaiməsi"ndə istehsalçı tərəfindən satılmış malların 3 ay müddətində ixrac edilməsi şərti qeyd edilir.

Bu Qaydanın tələblərinə əməl olunmasına nəzarət Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir.

307
Teqlər:
ekspertlər, Elnur Yusifov, Natiq Cəfərli, stimul, sıfır dərəcə, ƏDV, ixracatçı, ixracat, ixrac
Edvgerial saytın istifadəçisi

ƏDV-nin geri alınmasında çətinliklə üzləşənlər etməli?

24
(Yenilənib 21:08 27.11.2020)
Vətəndaşlar digər yaradılmış müxtəlif tətbiqlərdən istifadədə diqqətli olmalı, həmin tətbiqləri telefonlara yükləyərkən onların yaradılma məqsəd və şərtləri ilə tanış olmalıdırlar.

BAKI, 27 noyabr — Sputnik. Son günlər vətəndaşlar tərəfindən "ƏDV geri al" layihəsi ilə bağlı müxtəlif tətbiqlər və həmin tətbiqlərdən istifadə edilən zaman ƏDV-nin geri alınmasında çətinliklərlə üzləşmələri barədə müraciətlər daxil olur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Sputnik Azərbaycan-a bildiriblər ki, vətəndaşlar ticarət və ictimai iaşə obyektlərində ödəmələr zamanı hesablanmış ƏDV məbləğinin qaytarılması üçün www.edvgerial.az saytı və "BirBank" tətbiqindən istifadə edə bilərlər. Rəsmi elan edilmiş bu sayt və "Birbank" tətbiqi ilə bağlı hər hansı çətinliklər mövcud deyildir və ödənilmiş ƏDV-nin geri alınması üçün qeyd edilən sayt və tətbiqdən istifadə edilməsi tövsiyə edilir.

Vətəndaşlar digər yaradılmış müxtəlif tətbiqlərdən istifadədə diqqətli olmalı, həmin tətbiqləri telefonlara yükləyərkən onların yaradılma məqsəd və şərtləri ilə tanış olmalıdırlar.

24
Teqlər:
Dövlət Vergi Xidməti, İqtisadiyyat Nazirliyi, problemlər, tətbiq, ƏDV geri al, ƏDV
Azərbaycan hərbçiləri Kəlbəcərdə, arxiv şəkli

İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb - VİDEO

9
(Yenilənib 09:51 28.11.2020)
Azərbaycanın Kəlbəcər rayonu üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq, noyabrın 25-də erməni işğalından azad edilib.

BAKI, 28 noyabr - Sputnik. İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Həmin möhtəşəm kadrları təqdim edirik.

9
Teqlər:
Azərbaycan bayrağı, Müdafiə Nazirliyi, Üçtərəfli bəyanat, Kəlbəcərin azad olunması