ABŞ dollarları, arxiv şəkli

Dünyanın ən varlı adamı dəyişdi

148
O, "Microsoft" şirkətinin qurucusu Bill Geytsi 200 milyon dollar qabaqlayaraq dünyanın ən varlı insanı olub

BAKI, 27 iyul — Sputnik. "Amazon" şirkətinin səhmlərinin bahalaşması Ceff Bezosu dünyanın ən varlı insanları siyahısında birinci yerə çıxarıb.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, 53 yaşlı biznesmen "Microsoft" şirkətinin qurucusu Bill Geytsi 200 milyon dollar qabaqlayaraq dünyanın ən varlı insanı olub.

Hazırda onun varidatı ümumilikdə 90,9 milyard dollar, Bill Geytsin varidatı isə 90,7 milyard dollar həcmində qiymətləndirilir. Sonuncu 2013-cü ildən bəri dünyanın ən varlı adamı statusunu daşıyırdı.

Səhmləri mart ayından başlayaraq 16,5 milyard dollar bahalaşan "Amazon" şirkətinin son həftə ərzində daha 2 faiz dəyər qazanması Ceff Bezosun sərvətinin də 2,2 milyard dollar artmasına səbəb olub.

İlin əvvəlindən varidatı sürətlə artan Bezos dörd ay əvvəl ispaniyalı Amansio Orteqanı ötərək reytinqdə ikinci yerə yüksəlmişdi.

148
Müslüm İbrahimov

Professor: “TAP Cənubi Avropanı vacib geosiyasi məkana çevirir”

88
(Yenilənib 10:09 27.09.2020)
Almaniyanın Zigen Universitetinin professoru Müslüm İbrahimov deyir ki, layihəyə daxil olan region ölkələri iqtisadi və enerji müstəqilliyinə nail olurlar
Müslüm İbrahimov: “İri dövlətlər bu layihəyə xüsusi maraq göstərirlər”

Trans-Adriatik boru kəmərinin (TAP) istismara verilməsinə hazırlıq, eləcə də sınaqlar çərçivəsində boru kəməri Türkiyə-Yunanıstan sərhədindən Albaniyanın Fiere şəhərindəki kompressor stansiyasınadək təbii qazla doldurulub. Bunu TAP konsorsiumunun xarici əlaqələr üzrə rəhbəri Vüqar Veysəlov deyib.

Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, TAP-ın reallaşması Trans-Adriatik regionuna diqqəti arıtırıb: “Bu layihə Cənubi Avropanı vacib geosiyasi məkana çevirə bilər. Artıq iri dövlətlər bu layihəyə xüsusi maraq göstərirlər. Bunun nəticəsi olaraq regionda müəyyən problemlər ortaya çıxa bilər. Layihəyə daxil olan region ölkələri iqtisadi və enerji müstəqilliyinə nail olurlar. Bu da onları Avropa Birliyindən yardım qəbul edənlər siyahısından çıxaracaq”.

Müslüm İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz 

88
Neft, arxiv şəkli

Dünyada neftin qiymətləri ucuzlaşır

7
(Yenilənib 14:37 26.09.2020)
"Brent" markalı neftin qiyməti 0,02 dollar geriləyərək 41,92 dollar, "Light" markalı neftin qiyməti isə 0,06 dollar ucuzlaşaraq 40,25 dollar olub.

BAKI, 26 sentyabr — Sputnik. Azərbaycan neftinin qiyməti cüzi bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,23 dollar artaraq 41,76 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,02 dollar geriləyərək 41,92 dollar, "Light" markalı neftin qiyməti isə 0,06 dollar ucuzlaşaraq 40,25 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

7
ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli

Tramp: “Regionda yaxşı münasibətlərimiz var, baxacağıq”

0
Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi intensiv atəşə tutub

BAKI, 28 sentyabr - Sputnik. ABŞ Dağlıq Qarabağdakı vəziyyəti diqqətlə izləyir. Baxacağıq görək, zorakılığı dayandıra biləcəyikmi.

Sputnik Azərbaycan bildirir ki, bunu bazar ertəsi jurnalistlərə ABŞ Prezidenti Donald Tramp deyib.

“Biz bunu çox diqqətlə izləyirik. Bizim həmin regionda yaxşı münasibətlərimiz var. Baxacağıq görək, onu (gərginliyi) azalda bilirikmi”, - Tramp bildirib.

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Co Bayden, arxiv şəkli
© REUTERS / Kevin Lamarque / File Photo

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov isə açıqlamasında qeyd edib ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz azad edilib. A.Eyvazov bildirib ki, hazırkı məlumata görə, Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Şərvənj, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb.

0
Teqlər:
Donald Tramp, Ermənistan, Azərbaycan, cəbhə, erməni təxribatı, Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Azərbaycan XİN: Ermənistan rəsmisinin irqçi və şovinist açıqlamasını pisləməyə çağırırıq
Azərbaycanın mülki əhalisi hədəfdə: Ermənistan ordusunun atdığı mərmi Ağdamda evi dağıtdı
Vaşinqtondan Ceyhun Bayramova zəng: Qarabağda son vəziyyəti soruşdular
Cənub qonşumuz bölgədə gərginliyin artmasından narahat oldu
Azərbaycan MN Ermənistanın itkilərini açıqladı: 550 nəfərdən çoxdur