Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Neftdən gözlənilməz bahalaşma

© AFP 2023 / GENT SHKULLAKUСтроительство трубопровода, фото из архива
Строительство трубопровода, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İyunun əvvəlindən neftin qiyməti ilk dəfə 50 dolları ötüb

BAKI, 20 iyul — Sputnik. Dünya birjalarında neft bahalaşıb.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,43 dollar və ya 0,91% artaraq 47,55 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,45 dollar və ya 0,91% artaraq 50,15 dollar olub.

Beləliklə, Brent markalı neftin 1 barelinin qiyməti iyunun 7-dən etibarən psixoloji hədd olan 50 dolları ötüb.

Neftin bahalaşdıran amilə gəlincə, ABŞ-da ehtiyatların azalması "qara qızıl"ın qiymətinə dəstək verib. ABŞ-ın Enerji İnformasiyası üzrə İdarəsinin açıqlamasına əsasən, iyulun 14-də başa çatan həftə ərzində ölkədə xam neft ehtiyatlarının həcmi 4,7 mln. barel azalıb. Analitiklər isə həftə ərzində ehtiyatların 3,2 mln. barel azalacağını proqnozlaşdırıb.

Buna baxmayaraq, ekspertlər hesab edir ki, Brent markalı neftin qiyməti 50 dollardan aşağı enəcək. Buna səbəb kimi ABŞ, Liviya və Nigeriyada hasilatın artması göstərilir. Qeyd edək ki, bu ölkələr hasilatın azaldılması ilə OPEC və kartelə daxil olmayan ölkələrin razılaşmasına qoşulmayıblar.

Xəbər lenti
0