Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu

Türkiyə Azərbaycanla ticarət dövriyyəsindən razı deyil

39
(Yenilənib 15:25 19.07.2017)
Türkmənistanın xarici işlər naziri Rəşid Meredov, tərəflərin Türkmənistanda keçiriləcək sammitlə bağlı hazırlıq işlərini müzakirə etdiyini deyib

BAKI, 19 iyul — Sputnik. “Türkiyə, Azərbaycan və Türkmənistan arasındakı ticari əməkdaşlıqda azalma müşahidə olunur”. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan-Türkmənistan-Türkiyə xarici işlər nazirlərinin IV üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, vəziyyəti müsbətə doğru düzəltmək üçün potensial var.

Çavuşoğlu deyib ki, Türkmənistanda keçiriləcək prezidentlərin zirvə görüşündə enerji məsələləri ilə yanaşı digər sahələrdə əməkdaşlıq müzakirə olunacaq. 

Türkiyəli nazir həmçinin, erməni əsgərlərin açdığı atəş nəticəsində dünyasını dəyişən 2 yaşlı azərbaycanlı körpə haqqında da danışıb:

"Körpə Zəhra balamızın vəhşicəsinə qətlə yetirilməsinə görə Azərbaycan xalqına və dövlətinə başsağlığı diləyirəm. Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və Ermənistan silahlı qüvvələrinin işğala son qoyacağından sonra mümkündür. Bu məsələdə Türkiyə hər zaman Azərbaycanın yanında olacaq".

"2018-ci ildə Azərbaycanın 6 milyard kubmetr qazı Türkiyə bazarına çıxarılacaq". Bunu isə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çıxışı zamanı deyib.

"Çox maraqlı müzakirələr apardıq. Üçtərəfli görüş zamanı həm siyasi, həm də iqtisadi məsələlərə toxunduq. Hazırda 2018-2020-ci illəri əhatə edən Azərbaycan-Türkmənistan-Türkiyə əməkdaşlığına dair “Yol xəritəsi” üzərində çalışırıq. Qarşıdakı ildə Azərbaycanın 6 milyard kubmetr qazı Türkiyə bazarına çıxarılacaq. Oradan da İtaliya bazarına ixrac ediləcək. Türkmənistan da cənub qaz layihəsinə marağı olduğunu açıqlayıb. Türkmənistan Azərbaycan və Türkiyə tərəfindən reallaşdırılan layihələrə maraq göstərir. Ələt və Türkmənbaşı limanlarının imkanları üst-üstə düşür. Gələn ildən 25 milyon tonadək yükdaşıma imkanlarından istifadə etmək olar" — Məmmədyarov bildirib.

Daha sonra söz alan Türkmənistanın xarici işlər naziri Rəşid Meredov, tərəflərin Türkmənistanda keçiriləcək sammitlə bağlı hazırlıq işlərini müzakirə etdiyini deyib. 

Türkiyədə 15 iyul şəhidlərinin xatirəsinə abidə
© REUTERS / Kayhan Ozer/Presidential Palace/Handout

“Biz iqtisadi, siyasi və energetika sahələrində münasibətləri genişləndirmək niyyətindəyik. bu il ölkələr diplomatik münasibətlərin 25 illiyini qeyd edir və onlar bu münasibətlərin inkişaf etdirilməsində israrlıdır" — o, əlavə edib.

Sonda, Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin dördüncü üçtərəfli görüşünün yekunlarına dair bəyanat qəbul olunub.

39
Teqlər:
Azərbaycan-Türkmənistan-Türkiyə xarici işlər nazirlərinin IV üçtərəfli görüşü, Elmar Məmmədyarov, Türkmənistan, Türkiyə, Azərbaycan
Əlaqədar
Azərbaycan, Türkiyə və Türkmənistan XİN rəhbərləri birgə bəyanat veriblər
Türk ordusu havadan və qurudan əməliyyata başladı
Türkiyədə azərbaycanlı və erməni qadınlar tutulub
Bakının ən böyük ticarət mərkəzində həyəcan: insanlar təxliyyə olundu
Moskvada ticarət mərkəzində yanğın nəticəsində 18 nəfər xəsarət alıb
Pul qabı, arxiv şəkli

Beş yüz manatlıq əsginasın sirri çözüldü

2
(Yenilənib 18:36 22.01.2021)
Milli pul nişanlarının dizaynının hazırlanması və tədavülə buraxılması yalnız Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilir

BAKI, 22 yanvar — Sputnik. Sosial şəbəkələrdə üzərində Xarı Bülbül, Şuşa qalası, at və s. əks olunan 500 manatlıq "kağız pul nişanı"nın təsvirləri yayılıb.

Mərkəzi Bankdan Sputnik Azərbaycan-a məlumat verilib ki, Azərbaycan Respublikasının Konstitusiyasının və "Mərkəzi Bank Haqqında" Qanunun tələblərinə uyğun olaraq milli pul nişanlarının dizaynının hazırlanması və tədavülə buraxılması yalnız Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilir.

Bildiririk ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 500 manatlıq pul nişanı tədavülə buraxılmamış və sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Vətəndaşlarımızı bu məsələlərdə ehtiyatlı olmağa və milli pul nişanlarımıza dair məlumatları Azərbaycan Respublikasının Mərkəzi Bankından və onun rəsmi internet səhifəsindən əldə etməyə çağırırıq.

2
Pomidor məhsulunun yüklənməsi

Xaric qadağa qoyur, sahibkarlar isə dövlət qurumundan narazılıq edirlər

21
(Yenilənib 16:09 22.01.2021)
Sahibkarlar uzun illərdir istixanada məhsul becərsələr də, builki kimi çətinliklə üzləşmədiklərini deyirlər.

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 22 yanvar — Sputnik. Ötən ilin sonlarında Rusiya ölkəmizdən pomidor idxalına qadağa qoydu. Hazırda qadağanın bir hissəsi götürülsə də, məhsulun ixracı ilə məşğul olan sahibkarlar maliyyə itkisi ilə üzləşdilər. Bu günlərdə isə Qazaxıstan Azərbaycandan pomidor idxalını dayandırdığını bildirdi. Sputnik Azərbaycan-ın bölgə müxbiri pomidorun əsas istehsalçısı sayılan qərb bölgəsinin sahibkarları ilə görüşərək qadağaların onlara təsiri barədə söhbətləşib.

Söhbət zamanı məlum olub ki, nəinki Qazaxıstanın qadağası, Rusiya Azərbaycan pomidoruna yaşıl işıq yandırandan sonra belə, Şəmkirdən Rusiyaya tərəvəz vurulmayıb. Bu haqda danışan Tovuz rayon Düz Qırıqlı kəndindən olan sahibkar Rasim Hümbətov dekabrın 5-də yola saldıqları məhsulun geri qaytarılmasından sonra Rusiya bazarlarına tərəvəz aparılmadığını söyləyib.

© Sputnik / Ilham Mustafa
Şəmkirdə yeşikdə pomidor məhsulu

“10 ildir istixanada məhsul becəririk, builki qədər ziyanımız olmamışdı. Dekabrın 5-dən bu günə xaricə malımız çıxmayıb. Məhsulumuzda da heç bir xəstəlik, problem yoxdur. 60 ton mal üstümüzə qaytarıldı. Yerli bazarlarda da tələbat olmadığından xarab oldu”, - deyə məlumat verib.

Sahibkarlar məhsullarında heç bir xəstəliyin olmadığını bildiriblər. Ədalət Zeynalovun sözlərinə görə, Tuta qurdu deyilən xəstəlik qış mövsümündə Şəmkir istixanalarının heç birində olmur. İndiyədək yerli bazarlara verilən mallarda da bu qurda rast gəlinməyib. Lakin yerli bazarlarda qiymətin maya dəyərindən 2-3 dəfə ucuz olması onları müflisləşməklə üz-üzə qoyub:

“Rusiya qadağanı götürdü ki, xəstəlik olmayan pomidor getsin. Buna görə AQTA (Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi) istixanalarda monitorinq aparıb rəy verməlidir ki, malımız bazara çıxsın. Yanvarın 6-dan AQTA tərəfindən istixanada baxış keçirilərək nümunələr götürülüb. Lakin aradan yarım aydan çox vaxt keçməsinə baxmayaraq heç bir cavab verilməyib. Proses ləng getdiyindən məhsul yetişib xarab olur”.

Fermerlərin sözlərinə görə, yetişmiş məhsul 10 gün ərzində xarab olur. Bu səbəbdən pomidorlar soyuduculara vurularaq saxlanılır ki, bunun özü də əlavə xərc tələb edir. Onlar bildirirlər ki, hər kiloqram üçün pomidorun maya dəyəri 1 manat civarında hesablanır. Yerli bazarlara isə pomidorun cüzi bir hissəsi çıxarılaraq 20-30 qəpiyə satılır.

  • Şəmkirdə yeşiklərdə pomidorlar
    © Sputnik / Ilham Mustafa
  • Sahibkar Ədalət Zeynalov
    © Sputnik / Ilham Mustafa
  • Sahibkar Rasim Hümbətov
    © Sputnik / Ilham Mustafa
  • Sahibkar Sadəddin Rzayev
    © Sputnik / Ilham Mustafa
  • Şəmkirdə sahibkarlar dövlət qurumundan narazılıq edir
    © Sputnik / Ilham Mustafa
  • Şəmkirdə pomidor əkin sahəsində şitil
    © Sputnik / Ilham Mustafa
  • Şəmkirdə pomidor əkin sahəsi
    © Sputnik / Ilham Mustafa
1 / 7
© Sputnik / Ilham Mustafa
Şəmkirdə yeşiklərdə pomidorlar

12 ildir təsərrüfatla məşğul olan Səlahəddin Rzayev isə bir başqa məqama toxunub. Onun fikrincə, Qida Təhlükəsizliyi Agentliyi yalnız iri sahibkarların məhsularına rəy verərək ayrı-seçkiliyə yol verir. Fermer 3 hektardan aşağı torpaq sahəsi olan sahibkarlara agentliyin sertifikat vermək istəmədiyini söyləyib: “Təəssüf ki, tovuzlu və şəmkirli fermerlərin heç birinə icazə verilmir. Yalnız Samux və Abşeron yarımadasında olan böyük istixanalar icazə ala bilirlər. Belə başa düşürük ki, onlar daha böyük sahibkarlardır. AQTA bəyan edir ki, 3 hektardan aşağı torpaq sahəsi olan təsərrüfat sahibləri xaricə mal ixrac edə bilməzlər. Bu hansı məntiqə uyğundur - biz dərk edə bilmirik”.

Şəmkirli sahibkarlar üzləşdikləri problemlərlə əlaqədar aidiyyəti qurumlardan kömək istəyirlər.

21
Teqlər:
Şəmkir, Tovuz, sahibkar, qadağa, ixrac, pomidor