TANAP

İsrail TANAP-a qoşulur

56
Aralıq dənizində yerləşən Leviafan qaz yatağından Türkiyə sahillərinədək, oradan isə TANAP kəmərinədək borunun tikintisi aparılacaq

BAKI, 17 iyul — Sputnik. 2017-ci ilin sonunadək Türkiyə və İsrail Avropaya qaz nəqlini nəzərdə tutan boru kəmərinin tikintisində dair hökumətlərarası sazişi imzalamağı planlaşdırır. "APA" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə İsrailin milli infrastruktur, energetika və su təchizatı naziri Yuval Ştaynits bildirib.

İlham Əliyevin Müdafiə Nazirliyinin “N” hərbi hissəsinin yeni hərbi şəhərciyinin açılışındakı çıxışı
© Official website of President of Azerbaijan Republic

Onun sözlərinə görə, kəmərin tikintisinə dair qərar tərəflər arasında aparılan dörd mərhələdən ibarət danışıqlardan sonra qəbul olunub. Qəbul olunan qərara əsasən, Aralıq dənizində yerləşən Leviafan qaz yatağından Türkiyə sahillərinədək, oradan isə TANAP kəmərinədək borunun tikintisi aparılacaq.

Nazir qeyd edib ki, İsrail həmçinin Kipr və Yunanıstan üzərindən İtaliyaya ikinci qaz kəmərinin tikintisini də planlaşdırır. Y. Ştaynits iddia edir ki, ölkəsi hər iki kəməri qazla təmin etmək iqtidarındadır.

"Cənub Qaz Dəhlizi" layihəsi regionun ən aktual layihələrindən biridir. "Şahdəniz-2" layihəsi üzrə hasil edilən qaz sualtı boru kəməri ilə Səngəçal Terminalına və daha sonra Cənubi Qafqaz Boru Kəməri (CQBK), TANAP və TAP vasitəsilə Türkiyə və Avropa bazarlarına çatdırılacaq. Layihə Gürcüstan və Türkiyə ilə birlikdə Avropa ölkələrinin davamlı enerji təhlükəsizliyi ilə əlaqədar strateji maraqlarına xidmət edəcək.

Türkiyəyə ilk qaz ixracı 2018-ci ildə, Avropaya isə 2020-ci ildə planlaşdırılır. TANAP-ın reallaşdırılmasına dair Anlaşma Memorandumu 24 dekabr 2011-ci il tarixində imzalanıb. TANAP-ın inşası Cənub Qaz Dəhlizinin əsas tərkib hissələrindən biridir. Kəmərin uzunluğu 1,802 km təşkil edir. Boru 2018-ci ildə fəaliyyətə başlayacaq. TANAP-ın ilkin illik ötürücülük qabiliyyəti 16 mlrd. kubmetrdir (illik 31 mlrd. kubmetrədək artırıla bilər).

İlham Əliyev “Şahdəniz Mərhələ 2” üçün inşa olunan iki platformadan birinin üst tikililərinin dənizə yolasalma mərasimində
© Official website of President of Azerbaijan Republic

TANAP Türkiyə-Yunanıstan sərhədində TAP sisteminə qoşulacaq ki, bu da təbii qazın Avropaya çatdırılmasına xidmət edəcək. TANAPlayihəsi nəinki Şahdəniz yatağından, eyni zamanda Azərbaycan ərazisindəki digər qaz yataqlarından da hasil ediləcək təbii qazın nəqli potensialına görə əhəmiyyətli siyasi və iqtisadi dəyərə sahibdir.

2016-cı ilin qiymətləri ilə ümumi kapital xərcləri 9,2 mlrd. dollar təşkil edir. 2014-2020-ci illər üzrə Azərbaycan tərəflərinin payına düşən hissə inflyasiya nəzərə alınmaqla 6,1 mlrd. dollardır. Bu məbləğə 100% pay üzrə alqı-satqı qiyməti, 100% pay üzrə maliyyələşdirmə və 30% payın BOTAŞ-a, 12% payın isə BP şirkətinə satılmasından sonra 58%+5% payın maliyyələşdirməsi daxildir.

Layihənin səhmdarları: SOCAR (58%), BOTAŞ (30%) və BP (12%) şirkətləridir.

TAP Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyasına görə strateji məqsədlərində əsas rolu oynayır. Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu TAP təşkil edir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında "Hökumətlərarası Saziş" 2013-cü ilin fevral ayında imzalanıb. Borunun uzunluğu 878 km təşkil edir. Onun fəaliyyətə başlama tarixi kimi 2020-ci ilin yanvar ayı göstərilir.

TAP-ın ilkin illik daşıma qabiliyyəti 10 mlrd. kubmetrdir (illik 20 mlrd. kubmetrədək artırıla bilər).

Layihə üzrə hazırkı pay bölgüsü: "Cənub Qaz Dəhlizi" QSC — 20%, BP — 20%, "Snam" — 20%, "Fluxys" — 19%, "Enagás" — 16%, "Axpo" — 5%.

İsrailin Hayfa şəhərindən 130 km aralıqda Aralıq dənizinin şelfində yerləşən Leviafan yatağı 2010-cu ildə kəşf olunub. Yatağın ehtiyatları 500-600 mlrd. kubmetr həcmində qiymətləndirilir.

56
Teqlər:
boru, TANAP, qaz, İsrail, Türkiyə
Əlaqədar
TANAP-ın keçdiyi ərazidə tarixi abidə tapıldı
SOCAR TANAP və Star layihələrindən gələcək gəlirlərin məbləğini açıqlayıb
TANAP layihəsi vaxtından əvvəl reallaşa bilər
TANAP daha ucuz başa gələ bilər
İran 2020-ci ildən sonra TANAP-dan istifadə edə bilər
Neft konteynerləri, arxiv şəkli

Azərbaycan neftinin qiyməti qalxdı

18
(Yenilənib 14:00 25.11.2020)
Azərbaycan neftinin 1 barelinin qiyməti 1,79 ABŞ dolları və ya 3,87% artaraq 48,07 dollar təşkil edib.

BAKI, 25 noyabr - Sputnik. Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan neftinin 1 barelinin qiyməti 1,79 ABŞ dolları və ya 3,87% artaraq 48,07 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

18
Teqlər:
barel, neft
Kuryer, arxiv şəkli

Bunu heç kim etməzdi, amma siz etdiniz... - Bakıda yeni qadağaya etiraz

109
(Yenilənib 22:03 24.11.2020)
Həftəsonu ictimai iaşə sektoruna çatdırma və “takeaway” xidmətlərinin göstərilməsinə icazə verilmir, niyəsi də sual doğurur

BAKI, 24 noyabr — Sputnik. Bu gün Hotellər və Restoranlar Assosiasiyası ictimai iaşə sektorundan daxil olan çox saylı müraciətəri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət ünvanlayıb. Sputik Azərbaycan-ın məlumatına görə, müraciətdə deyilir:

“Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 Noyabr, 2020-ci il tarixli, 450 saylı Qərarında göstərildiyi kimi, “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında bir sıra dəyişikliklər edilib.

Dəyişikliklərdən biri, Qərarın 2.4. bəndində qeyd edilmiş “2020-ci il 21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək, 28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək, 5 dekabr saat 00:00-dan 7 dekabr saat 06:00-dək, 12 dekabr saat 00:00-dan 14 dekabr saat 06:00-dək, 19 dekabr saat 00:00-dan 21 dekabr saat 06:00-dək, 26 dekabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək bu Qərarın 1 nömrəli əlavəsində nəzərdə tutulan sahələr istisna olmaqla, digər sahələrdə və istiqamətlərdə fəaliyyətin dayandırılmasıdır”.

Həmin Qərarın “Fəaliyyətinə icazə verilən sahələr” adlanan 1 nömrəli Əlavəsinin 5-ci bəndində “fasiləsiz fəaliyyət göstərən müəssisələrin, həmçinin qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələrinin fəaliyyəti” qeyd edilmişdir.

Bildiyimiz kimi, ictimai iaşə müəsissələri qeyd edilən sahələrə aiddirlər, bilavasitə qida məhsullarının istehsalı, tədarükü və təchizatı ilə məşqul olurlar.

Onu da qeyd etməliyik ki, ictimai iaşə müəsissələri pandemiya dövründə uzun müddət boşdayanmaya məruz qalmış və bir çoxu fəaliyyətlərini tam dayandırmamaq məqsədilə çatdırma və “takeaway” xidmətlərinə keçmiş, yəni yerində xidmət göstərməklə yanaşı, əhaliyə qida məhsullarının tədarükü və təchizatı ilə bilavasitə məşğuldurlar.

Yalnız son iki gün ərzində bir sıra ictimai iaşə müəsissələrindən daxil olan müraciətlər onu göstərir ki, istirahət günləri onlara yerində xidmətin dayandırılması ilə yanaşı, onlayn sifarişlər əsasında çatdırılma və “takeaway” xidmətlərinin göstərilməsinə də qadağa qoyulmuşdur.

Müşahidələrimiz onu göstərir ki, “catering” üsulu ilə iaşə xidmətləri göstərən, şirniyyat, qəlyanaltı, yarımfabrikat, təndir yeməkləri və digər ərzaq və qida məhsullarının istehsalı və satışı ilə məşğul olan müəsissələr həftə sonu günlərində heç bir məhdudiyyətsiz çalışırlar.

Bunları nəzərə alaraq sual çıxır ki, çatdırma və “takeaway” xidmətləri göstərən ictimai iaşə müəsissələrinə (restoran və kafelər) hansı məntiqlə həftə sonu günlərində fəaliyyət göstərməyə icazə verilmir. Onu da nəzərə alsaq ki, restoran biznesı pandemiya dövründə ən çox zərər çəkmiş sahələr sırasında olmuş, uzun müddət məcburi boşdayanma yaşamış, sonradan yalnız çatdırma xidmətilə fəaliyyət göstərmişdirlər və hazırda çətinliklə biznesı yaşadırlar, onların vəziyyətinin nə qədər ağır olduğu məlum olar.

Bunu da qeyd etmək istərdik ki, ictimai iaşə sahəsində, xüsusilə bu sahənin kiçik və orta biznes seqmentində, təkçə Bakı şəhərində on minlərlə insan çalışır, məvacib alırlar və ailə dolandırırlar. Həftə sonu fəaliyyətlərinin dayandırılması çox saylı ixtisarlara gətirib çıxara bilər və bunun qarşısının alınması xüsusilə önəmli hesab edilir.

Digər tərəfdən restoran və kafelərin fəaliyyətinin həftə sonu tam dayandırılması tədarük olunmuş ərzaq və qida məhsullarının xarab olması, ay ərzində 7-8 gün boşdayanma, bununla yanaşı icarə, kommunal və digər xərclərin ödənilməsində yeni problemlərin yaranması ilə nəticələnə bilər. Bu isə biznesın itkilərə getməsi, bir çox hallarda kiçik və orta biznesın müflüsləşməsi kimi fəsadlara gətirib çıxarır.

Məlum olduğu kimi pandemiya dövründə içtimai iaşə müəsissələrinin işini tənzimləyən bir sıra metodik göstərişlər və xüsusi nəzarət mexanizmları tətbiq ediliblər. Əminliklə demək olar ki, restoranlar, kafelər və digər ictimai iaşə obyektləri, o cümlədən onların müştəriləri metodik göstərişlərin qaydalarına ciddi şəkildə əməl edirlər və bu məsələyə hamı məsuliyyətlə yanaşır.

Qeyd olunanları nəzərə alaraq xahiş edirik, ictimai iaşə müəsissələrinin həftə sonu çatdırma və “takeaway” xidmətlərinin göstərilməsinə icazə verilməsi mümkünlüyünə bir daha baxılsın. Müsbət qərarın verilməsi restoran biznesının hazırkı vəziyyətində fəaliyyətinə yardımçı olar, onların çətin günlərdə ayağ üstə qalmalarına, iş yerlərinin saxlanmasına və daimi məvaciblərin verilməsinə, icarə, kommunal və digər cari xərclərin ödənilməsinə böyük köməklik göstərmiş olar".

109
Teqlər:
Nazirlər Kabineti, müraciət, takeaway, çatdırılma xidməti, kafe, restoran, mehmanxana, otel
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda son sutkada 3469 nəfər COVID-19-a yoluxub

5
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 057, ötən müddət ərzində isə ümumilikdə 1 646 654 test aparılıb. 

BAKI, 25 noyabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3469 yeni yoluxma faktı qeydə alınıb, 1229 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 102 396 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 66 963 nəfər müalicə olunaraq sağalıb, 1 224 nəfər vəfat edib, aktiv xəstə sayı 34 209 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 057, ötən müddət ərzində isə ümumilikdə 1 646 654 test aparılıb. 

5
Teqlər:
Azərbaycan, test, Koronavirus, COVID-19, yoluxma