BAKI, 13 iyul — Sputnik. 2017-ci ilin yanvar-iyun aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,9 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,1 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,4 faiz bahalaşıb. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, cari ilin iyun ayında may ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 1,0 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,5 faiz ucuzlaşmış, qeyri-ərzaq məhsulları və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz bahalaşıb.
Ay ərzində unun, qarabaşaq və manna yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, günəbaxan və qarğıdalı yağlarının, pasterizə olunmamış üzlü südün, çay və qəhvənin, mineral sular və bulaq suyunun, şəkər və şəkər tozunun, kartofun, şirin bibərin, pomidorun, xiyarın, çiyələyin, əriyin, alçanın, gilasın, tütün məmulatlarının qiymətlərində ucuzlaşma, kərə və zeytun yağlarının, kolbasa məmulatlarının, yumurtanın, almanın, limonun, soğanın, çuğundurun, göyərtinin qiymətlərində isə bahalaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
İyun ayında may ayı ilə müqayisədə qeyri-ərzaq mallarından parçaların, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, minik avtomobilləri üçün ehtiyat hissələrinin, zərgərlik məmulatlarının, fərdi və planşet tipli kompüterlərin qiymətlərində bahalaşma, kitabların, telefon aparatlarının, soyuducu və paltaryuyan maşınların, kondisionerlərin, ventilyatorların, şirəsıxanların, elektrik çaydanlarının qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
İyun ayında əvvəlki aya nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətinin, ev və məişət xidmətlərinin, məişət cihazları, zinət əşyaları və saatların təmiri, respublikadan kənara istirahət turlarının qiymətlərində bahalaşma, mebel, ev əşyaları və döşəmə örtüklərinin təmiri xidmətlərinin, kafelər tərəfindən yeməklə təmin edilmə xidmətlərinin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ankarada keçirilən Azərbaycan, Türkiyə, Türkmənistan Xarici İşlər Nazirlərinin toplantısında bundan əvvəlki görüşlərdə qəbul edilmiş bəyanatlar təsdiqlənib.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, bu üç ölkənin əməkdaşlığının böyük perspektivi mövcuddur:
“SSRİ dağıldıqdan sonra Azərbaycan-Türkmənistan münasibətlərində soyuqluq mövcud idi. Xəzərin statusu, mübahisəli yataq kimi məsələlər münasibətlərə təsir edirdi. Ancaq nəhayət ki, iki ölkə arasında soyuqluq yaradan bu məsələlər həllini tapdı. Türkiyə də münasibətlərin inkişafında maraqlıdır. Hətta Xəzərin dibi ilə boru xəttinin çəkilməsi hər kəsin xeyrinədir”.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
BAKI, 25 fevral — Sputnik. Yanvarda Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı Körfəz ölkələri sırasında ilk üçlükdə İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) qərarlaşıb.
Sputnik Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, ay ərzində ölkəmizin İranla ticarət dövriyyəsinin dəyəri 30 milyon ABŞ dolları, Səudiyyə Ərəbistanı ilə 1,8 milyon dollar, BƏƏ ilə 1 milyon dollar olub. İran və Səudiyyə Ərəbistanı ilə ticarət dövriyyəsi 2020-ci ilin müvafiq ayına nisbətən artıb, BƏƏ ilə azalıb.
Bu ölkələr, eyni zamanda Azərbaycanın ən çox məhsul idxal etdiyi Körfəz ölkələri sırasında da ilk üçlükdədir. İrandan idxalın dəyəri 28,3 milyon dollar, Səudiyyə Ərəbistanından 1,7 milyon dollar, BƏƏ-dən isə 885 min dollar təşkil edib. İran və Səudiyyə Ərəbistanı ilə idxal əməliyyatları artıb, BƏƏ ilə isə azalıb.
BAKI, 26 fevral — Sputnik. "Xalqımızın yaddaşında dərin izlər buraxmış faciədən 29 il ötür. Xocalı soyqırımı erməni işğalçılarının iki yüz ildən artıq tətbiq etdikləri məkrli siyasətin ən qanlı səhifəsidir".
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Təhsil naziri Emin Əmrullayev bildirib.
"Bu gün qələbə qazanmış Vətənin qəhrəman övladları illər boyu məruz qaldığımız soyqırımların gətirdiyi dəhşətin təsirlərini qəlblərinə köçürüblər. Hər il 26 fevral tarixində bütün təhsil müəssisələrimizdə ilk dərs Xocalıya həsr olunur. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş hər bir həmvətənimizin xatirəsini uca tuturuq. Soyqırım qurbanlarını dərin hörmətlə anırıq. Allah rəhmət eləsin!", - nazir əlavə edib.