Azərbaycan prezidenti İlham Əliyev Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda

Prezidentdən irimiqyaslı layihə ilə bağlı müjdə

4013
(Yenilənib 15:01 10.07.2017)
Prezident: "Şahdəniz-2" layihəsinin icrası yaxında tam başa çatacaq"

BAKI, 10 iyul — Sputnik. "Dünya miqyasında ən böyük qaz yataqlarından biri olan və Azərbaycana məxsus "Şahdəniz" 1-1,2 trln. kubmetr ehtiyata malikdir". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev İstanbulda keçirilən XXII Dünya Neft Konqresində çıxışı zamanı bildirib. Dövlət başçısı deyib ki, yataq bu gün "Cənub Qaz Dəhlizi" layihəsinin resurs bazasının əsasını təşkil edir. Prezidentin sözlərinə görə, bu gün Azərbaycan neft-qaz hasil və ixrac edən ölkəyə çevrilib.

Azərbaycan və Qazaxıstan prezidentlərinin geniş tərkibdə görüşü
© Official website of President of Azerbaijan Republic

"Azərbaycan dünya bazarlarına çıxış əldə etmək üçün neft-qaz kəmərləri tikməli idi, çünki dünya bazarlarına birbaşa çıxışı yoxdur. Bu məqsədlə 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri inşa edilib. Ondan bir neçə il əvvəl Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəməri tikilib. Beləliklə, Azərbaycanın təbii ehtiyatlarını dünya bazarına çıxarmaq üçün kifayət qədər böyük şəbəkə yaradılıb. 2006-cı ildə Ceyhanda Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışında qardaşım Rəcəb Tayyib Ərdoğanla bir yerdə iştirak edirdik. O vaxt da biz gələcək planlar barədə düşünür, fikir mübadiləsi aparırdıq. O vaxtdan bu günə qədər bizim bütün planlarımız reallığa çevrildi. Bu gün "Cənub Qaz Dəhlizi" kimi nəhəng layihənin üzərində çalışırıq. Onun da təməli İstanbulda qoyulub. 2012-ci ildə qardaşım Ərdoğanla TANAP layihəsi barədə anlaşma imzaladıq. TANAP layihəsi "Cənub Qaz Dəhlizi" layihəsinin özəyidir. Bu gün "Cənub Qaz Dəhlizi" layihəsi uğurla icra edilir" — deyə ölkə başçısı qeyd edib. 

Prezident nəzərə çatdırıb ki, bu layihə 4 hissədən ibarətdir: "Birinci hissə "Şahdəniz" qaz yatağıdır. "Şahdəniz-2" layihəsinin icrası 93 faizə çatıb, yaxın aylarda tam başa çatacaq. İkinci hissə Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz qaz kəməridir. Burada da işlər 87 faiz səviyyədə tamamlanıb. Üçüncü, ən əsas olan TANAP-da tamamlanma səviyyəsi 77 faizdir. Gələn il bu layihənin icrasını qeyd edəcəyik. Nəhayət, dördüncü hissə TAP layihəsidir, burada da icra səviyyəsi 44 faiz səviyyəsindədir. Bütün bu dörd önəmli layihə Cənub Qaz Dəhlizini təşkil edir. Bu layihənin icrası üçün 40 milyard dollar sərmayə tələb olunur, artıq bu sərmayənin böyük hissəsi qoyulub".

Dövlət başçısı qeyd edib ki, Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir: "Gələcək on illiklər ərzində Azərbaycan qazı həm region, həm də Avropa ölkələrinin tələbatını ödəyəcək. Cənub Qaz Dəhlizin icrasında 7 ölkə – Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya iştirak edir. 3 Balkan ölkəsi də gələcəkdə bu layihəyə qoşula bilər. Gələcəkdə bu layihənin coğrafiyasını genişləndirəcəyik, çünki bu layihə hər bir ölkəyə fayda gətirən təşəbbüsdür. Layihənin icrası göstərir ki, burada iştirak edən bütün şirkətlər və ölkələr qazanc əldə edir. Biz elə bir gözəl əməkdaşlıq formatı yaratdıq ki, həm hasilatçı ölkə — Azərbaycan, həm tranzit, həm də istehlakçı ölkələr burada ortaq maraqlar əsasında çalışır. Məhz maraqlar balansı bu böyük layihənin uğurlu icrasına gətirib çıxarıb. Texniki, iqtisadi, maliyyə, siyasi məsələlər kifayət qədər çoxdur. Artıq bu gün demək olar ki, Cənub Qaz Dəhlizi layihəsi uğurla icra ediləcək, Azərbaycan bundan sonra uzun illər həm bölgə, həm də Avropa ölkələrini qazla təmin edəcək. Bu gün qaz amili dünyada enerji təhlükəsizliyini təmin edən əsas şərtdir. Bu baxımdan Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verməkdədir. Eyni zamanda Azərbaycan qazı Avropaya nəql ediləcək yeganə yeni qaz mənbəyidir. Çünki bütün qalan qaz mənbələri fəaliyyətdədir. Yeni mənbə yeni xətlə Avropa bazarlarına çıxarılacaq. Bu da enerji şaxələndirilməsi istiqamətində ciddi addımdır".

4013
Teqlər:
"Şahdəniz-2" layihəsi, "Cənub Qaz Dəhlizi" layihəsi, TANAP layihəsi, XXII Dünya Neft Konqresi, Azərbaycan prezidenti İlham Əliyev, Ceyhan, İstanbul, Azərbaycan
Əlaqədar
Azərbaycanda milli mənəvi dəyərlərin qorunması üçün yeni layihəyə start verilib
Ekspert: “NETTY” Azərbaycanda İT sahəsində ən yaxşı layihələri qiymətləndirir”
“2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirə edilib
Birləşmiş Ştatların 1.1 trilyon dollarlıq büdcə layihəsi qəbul edildi
Prezidentin qərarının icrasına başlandı — paytaxtda yeni layihə

Politoloq: “Dəhlizin açılması Naxçıvanın regional əhəmiyyətini artıracaq”

9
(Yenilənib 09:56 03.12.2020)
Politoloq İlqar Vəlizadə deyir ki, nəqliyyat əlaqələrinin qurulması tək region ölkələri üçün deyil, həm də digər maraqlı ölkələr üçün perspektiv vəd edir
İlqar Vəlizadə: “Bu dəhliz Naxçıvanın inkişafına müsbət təsir edəcək”

“Burada konkret göstərildi ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında dəhliz yaradılır və bu dəhlizin təhlükəsizliyini Ermənistan yox, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla birləşir. Azərbaycan Türkiyə ilə birləşir”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Naxçıvanla Azərbaycan arasında nəqliyyat əlaqələrinin qurulması çox vacibdir:

“Bu nəqliyyat qovşağı bir neçə ölkə üçün əlverişli imkanlar yaradır. Nəqliyyat əlaqələrinin qurulması tək region ölkələri üçün deyil, həm də digər maraqlı ölkələr üçün perspektiv vəd edir. Dəhlizin açılması təbii ki, illərdir blokada şəraitində yaşayan Naxçıvanın inkişafına müsbət təsir edəcək. Bununla Naxçıvanın regionda payı əhəmiyyətli dərəcədə artacaq”.

İlqar Vəlizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

9
Bağlamalarla dolu torbalar, axiv şəkli

Azərbaycandan ən çox mal Rusiyaya ixrac edilib

7
(Yenilənib 23:30 02.12.2020)
2020-ci ilin oktyabr ayında qeyri-neft sektoru üzrə ixracda xurma (19.7 milyon) birinci, qabığı təmizlənmiş meşə fındığı (17 milyon ABŞ dolları) ikinci, sair təzə meyvələr – (13,6 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.

BAKI, 2 dekabr — Sputnik. 2020-ci ilin oktyabr ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 162,8 milyon ABŞ dolları təşkil edib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin noyabr sayında deyilir.

2020-ci ilin oktyabr ayında qeyri-neft sektorunda yeyinti məhsullarının payı 48,8 faiz, qeyri-yeyinti sektoru üzrə isə 51,2 faiz təşkil edib.

Bu ilin oktyabr ayında qeyri-neft-qaz məhsulları üzrə ən çox mal Rusiyaya (64,7 milyon ABŞ dolları), Türkiyəyə (33,5 milyon ABŞ dolları), İsveçrəyə (10,7 milyon ABŞ dolları), Gürcüstana (9,5 milyon ABŞ dolları) və ABŞ-a (5,4 milyon ABŞ dolları) ixrac edilib.

2020-ci ilin oktyabr ayında qeyri-neft sektoru üzrə ixracda xurma ( 19.7 milyon) birinci, qabığı təmizlənmiş meşə fındığı ( 17 milyon ABŞ dolları) ikinci, sair təzə meyvələr – (13,6 milyon ABŞ dolları ) üçüncü yerdə qərarlaşıb.

7
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov ilə görüşüb

Zakir Həsənov Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşüb

3
(Yenilənib 12:25 03.12.2020)
Üçtərəfli bəyanata əsasən, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

BAKI, 3 dekabr — Sputnik. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyi xəbər yayıb.

Görüşdə Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin birgə Bəyanatının müddəalarının icrası məsələləri müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi (Laçın şəhəri də bu dəhlizə daxildir) boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

 

3