Строительство трубопровода, фото из архива

Yeni neft boru kəməri inşa ediləcək

20
Donald Tramp yeni neft boru kəmərinin Meksika sərhədinə hörülməsi planlaşdırılan divarın tam altından keçəcəyini söyləyib

BAKI, 30 iyun — Sputnik. ABŞ prezidenti Donald Tramp ölkəsi ilə Meksika arasında yeni neft boru kəmərinin inşa edilməsini təsdiqləyib.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Ağ Evdən verilən açıqlamaya görə, ABŞ-Meksika arasında inşa edilməsi planlaşdırılan neft boru kəməri üçün prezident icazə verib.

Açıqlamada Texas ştatının Penitas şəhərindən keçəcək boru kəmərinin gündə 108 min barrel neft daşıma tutumuna sahib olacağı deyilib. Bundan əlavə, "Dos Laredos" və "Burgos" adlı mövcud iki neft boru kəmərinin daha çox neft məhsulu daşımasına icazə verildiyi bildirilib.

Donald Tramp yeni neft boru kəmərinin Meksika sərhədinə hörülməsi planlaşdırılan divarın tam altından keçəcəyini söyləyib.

Yeni kəmərin ABŞ-ın enerji ixracatını artıracağını deyən Tramp, sələfi Barak Obama tərəfindən əngəl törədilən enerji layihələrini həyata keçirməyə davam edəcəyini qeyd edib.

20
Teqlər:
Boru kəmərinin tikintisi, Donald Tramp, Barak Obama, Penitas şəhəri, Texas ştatı, Meksika, ABŞ
Əlaqədar
Bu proqnoz neft ölkələrinin qanını qaraldacaq
Bakıda neft borularını doğrayıblar — böyük qalmaqal
Ekspert: “İlin sonuna kimi neft hasilatının azaldılması gündəmdə qalacaq”
Üç ay ərzində 265 milyon dollarlıq qeyri-neft məhsulları ixrac etmişik