Maliyyə naziri Samir Şərifov

Xarici borcumuz artacaq, amma reytinqimizə xələl gəlməyəcək

499
Maliyyə naziri: "Beynəlxalq Bankın borcunun restrukturizasiyası Azərbaycanın kredit reytinqinə mənfi təsir etməyəcək"

BAKI, 30 iyun — Sputnik. "Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin könüllü restrukturizasiyası ilə bağlı proqramın qəbulundan sonra, xarici kredtorların xeyrinə 2,4 mlrd. dollar dəyərində orta və uzunmüddətli dövlət istiqrazları buraxılacaq. Bu, xarici borcu artırsa da, Azərbaycanın beynəlxalq kredit reytinqinə mənfi təsir göstərməyəcək".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov parlamentdə 2017-ci il dövlət büdcəsinə dəyişikliyin müzakirəsi zamanı deyib. Nazir əlavə edib ki, ABB-nin öhdəliklərinin restrukturizasiya proqramı gələcəkdə bankın özəlləşdirilməsinə də mühüm töhfə verəcək.

499
Teqlər:
kredtor, restrukturizasiya, xarici öhdəlik, istiqraz, reytinq, maliyyə naziri, Samir Şərifov, Azərbaycan Beynəlxalq Bankı
Əlaqədar
Rüfət Aslanlı Beynəlxalq Bankın taleyinə aydınlıq gətirdi
Reytinq agentliyindən Beynəlxalq Banka zərbə
Beynəlxalq Bankın reytinqləri aşağı salına bilər
Beynəlxalq Bankın özəlləşdiriləcəyi tarix məlum oldu
"Beynəlxalq Bank işi"nə görə ölkədən çıxışına qadağa qoyulan şəxs Azərbaycanı tərk edib
Toy

Toy etmək istəyənlər bu tələblərə riayət etməlidirlər - Vergilər Xidmətindən şərh

16
(Yenilənib 22:24 22.06.2021)
Müvafiq qərarla şənlik mərasimlərinin təşkil olunduğu məkanlarda qonaq qismində iştirak edəcək şəxslərin sayı ilə bağlı tələblər müəyyən edilib. İlkin mərhələdə 150 nəfərə qədər iştirakçı olan toy məclislərinin keçirilməsinə icazə verilir.

BAKI, 22 iyun — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Baş İdarə rəisinin müavini Namiq Dərgahov toylara icazə verilməsi ilə bağlı DVX-nin üzərinə düşən məsələləri şərh edib.

Sputnik Azərbaycan xəbər verir ki, Nazirlər Kabinetinin 22 iyun 2021-ci il tarixli 177 nömrəli Qərarına əsasən, 2021-ci il 1 iyul tarixindən həmin Qərarla müəyyən edilmiş tələblərə riayət etməklə şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilir və həmin tarixdən etibarən bu fəaliyyət üzrə işçilərin və müvəqqəti işə cəlb edilmiş şəxslərin azı 80%-nin COVID-19-a qarşı birinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olması, 2021-ci il 1 avqust tarixindən etibarən isə COVID-19 pasportunun olması tələb olunur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisinin müavini Namiq Dərgahov bildirib ki, bundan başqa, müvafiq qərarla şənlik mərasimlərinin təşkil olunduğu məkanlarda qonaq qismində iştirak edəcək şəxslərin sayı ilə bağlı tələblər müəyyən edilib. İlkin mərhələdə 150 nəfərə qədər iştirakçı olan toy məclislərinin keçirilməsinə icazə verilir.

"50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənliklərdə yaşı 18-dən yuxarı olan bütün şəxslərin iştirakına yalnız COVID-19 pasportu olduğu halda icazə veriləcək. 50 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak üçün COVİD-19 pasportunun təqdim olunması tələb olunmur, lakin tibbi maskadan istifadə məcburidir. Bütün hallarda şənlik mərasimində xidmət göstərən heyətin isə (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etməlidirlər", - deyə N. Dərgahov qeyd edib.

O, həmçinin, əlavə edib ki, qərara əsasən, şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan heyət barədə, şənlik mərasiminin keçirilmə tarixi, başlama və bitmə vaxtı, qonaq sayı haqqında məlumatları "icaze.e-gov.az" portalına daxil etməlidir.

"Həmçinin xüsusi karantin rejiminin tələblərinə əməl edilməsi ilə bağlı şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə müəyyən olunmuş forma üzrə iltizamnamə imzalanmalı və şənlik mərasiminin keçirildiyi məkanın sahibi tərəfindən "icaze.e-gov.az" portalına daxil edilməlidir", - deyə N. Dərgahov əlavə edib.

Xidmət rəsmisinin sözlərinə görə, ictimai iaşə obyektlərində monitorinqlər, habelə 50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində koronavirus (COVID-19) infeksiyasının idarə olunması ilə bağlı nəzarət tədbirləri Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata keçiriləcək.

"Vergi ödəyicilərinin və onların uçot vahidlərinin aktuallığı daim diqqətdə saxlanılır. Faktiki fəaliyyət növü şənlik mərasimlərinin təşkili sahəsinə aid olan obyektlər üzrə təqdim edilmiş ərizə məlumatlarının vergi ödəyiciləri tərəfindən bir daha nəzərdən keçirilməsi, obyekt qeydiyyatına və obyekt məlumatlarında dəyişiklik edilməsinə zərurət yaranarsa, müvafiq ərizə ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etmələri xahiş olunur", - deyə N. Dərgahov qeyd edib.

Eləcə də oxuyun:

16
Teqlər:
icazə, qayda, şərh, vergi, toy
Mövzu:
Azərbaycanda toylar
Şuşa şəhərindən görüntü

Milyonluq idarə: vergiləri ödəyəndən sonra qalan pulu istifadə etməkdə sərbəstdir

881
(Yenilənib 18:20 22.06.2021)
İdarənin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.

 

BAKI, 22 iyun — Sputnik. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin nizamnamə fondunun məbləği açıqlanıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İdarənin nizamnaməsində qeyd olunub. Beləliklə, nizamnamə fondunun məbləği 1 000 000 manat təşkil edir.

İdarənin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.

İdarə öz əmlakından yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir, balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini "Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.

İdarə qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra İdarənin, onun nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

İdarənin mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Azərbaycan Prezidentinin qərarı ilə dövlət büdcəsinə köçürülür.

İdarə "Dövlət rüsumu haqqında" qanununda nəzərdə tutulmuş xidmətləri göstərdiyinə (hüquqi hərəkətləri həyata keçirdiyinə) görə həmin Qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu, habelə qanunla müəyyən edildiyi hallarda digər ödənişlər tutur. İdarənin tutduğu dövlət rüsumunun "Dövlət rüsumu haqqında" qanunu ilə müəyyən edilən hissəsi İdarənin fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə onun hesabına köçürülür. "Reklam haqqında" qanunun 26.2-3-cü maddəsinə müvafiq olaraq İdarənin açıq məkanda reklam yayımına görə tutduğu haqqın məbləği dövlət tərəfindən tənzimlənən qiymətlərə (tariflərə) aiddir.

Eləcə də oxuyun:

  • Şuşa şəhərində yaradılacaq dövlət qoruğu belə olacaq

  • Azərbaycan UNESCO-nun missiyasının Ağdam, Füzuli və Şuşaya səfər etməsini təklif edib

  • Azərbaycanda fəaliyyət göstərən icmalar Şuşa Bəyannaməsinə münasibət bildirdi

881
Teqlər:
fond, Nizamnamə, qoruq, Şuşa
Avtobusda ödəniş terminalı, arxiv şəkli

Paytaxtda daha bir avtobus "BakıKart"a keçir

0
(Yenilənib 00:35 23.06.2021)
Hazırda gündəlik olaraq 780 min nəfərə yaxın sərnişin (ümumi sərnişinlərin 42%) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir. Bu gündən daha bir marşrut xətti üzrə avtobusda gediş haqqı "BakıKart" vasitəsilə ödəniləcək.

 

BAKI, 23 iyun — Sputnik. SabBu gündən paytaxtda 204 nömrəli marşrut xətti üzrə ("Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzindən Bakının Sabunçu rayonunun Ramana qəsəbəsinin "Sovxoz" adlanan ərazisinə qədər) hərəkət edən avtobuslarda gediş haqqı "BakıKart" vasitəsilə ödəniləcək. Sputnik Azərbaycan-ın xəbərinə görə, bununla bağlı Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, iş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

Xatırladaq ki, mayın 25-dən 184 nömrəli marşrut xətti ("Ulduz" m/s – Suraxanı qəs.) üzrə hərəkət edən avtobuslarda da gediş haqqının"BakıKart" vasitəsilə ödənilməsinə başlanılıb. İndiyədək paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 58%-i nağdsız ödəniş sisteminə inteqrasiya edilib. Hazırda gündəlik olaraq 780 min nəfərə yaxın sərnişin (ümumi sərnişinlərin 42%) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir. Nağdsız ödəniş sisteminin tətbiqi dövriyyənin şəffaflaşdırılması, vergi ödəmələrinin artırılması, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sürücülərin və digər çalışanların sosial rifahının yaxşılaşdırılması baxımından olduqca faydalıdır.

Eləcə də oxuyun:

  • Bakıda yeni mövsüm başlayır: dəyişikliklər var

  • Neqativi başqasına ötürənlər: onlardan adi halda ağır söz, təhqir eşidə bilərsən

0
Teqlər:
Ramana qəsəbəsi, Bakı, "BakıKart", avtobus