Мост Harbour Bridge

Onların iqtisadiyyatı yalnız inkişaf edir

131
(Yenilənib 13:18 29.06.2017)
Bu baxımdan ölkə indiyə qədər yalnız Niderlanddan geri qalıb

BAKI, 23 iyun — Sputnik. Avstraliya iqtisadiyyatı 26 ardıcıl ildir iqtisadi tənəzzülə uğramadan inkişaf edir.

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, ötən il 2,4%-lik iqtisadi artıma imza atan bu ölkə tənəzzülsüz inkişaf dövrünün uzunluğuna görə yalnız Hollandiyadan geri qalırdı.

Bu ilin ilk rübündə isə Avstraliyada ümumi daxili məhsul 1,7% artıb və ölkə bunun nəticəsində Hollandiyanın əldə etdiyi göstəriciyə çatıb.

Qeyd edək ki, Hollandiya 1992-2008-ci illərdə 26 il ardıcıl iqtisadi artıma nail olub.

131
Teqlər:
tənəzzül, iqtisadi artım, ümumi daxili məhsul, İqtisadi inkişaf, Avstraliya, Hollandiya
Əlaqədar
Elman Rüstəmov iqtisadiyyatın əsas məqsədini açıqladı
Brexit — alman mərkəzli iqtisadi sistemdən ayrılma cəhdi
Azad iqtisadi zonaların bizə xeyri nədir?
Rusiyada Beynəlxalq İqtisadi forum işə başladı
UNEC-in professoru Elnur Sadıqov

Professor: “Banklar bu əməliyyatlardan uzaq olsalar yaxşıdır”

30
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov deyir ki, bankların yeganə problemi müştəri hesablarında təhlükəsizliyin təmin edilməsidir
Elnur Sadıqov: “Müştərilərin banklardan uzaqlaşacağı ilə bağlı nəzəriyyələr özünü doğrultmayıb”

Ənənəvi banklarla onlayn ödəmə platformları və elektron portmanatlarının rəqabəti getdikcə artaraq bankların müştəri cəlb etməsini çətinləşdirəcək. Bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyi tərəfindən “Qlobal rəqəmsallaşma pərakəndə ödəmələrdə ənənəvi bankların üstün mövqeyini sual altına qoyur” adlı hesabatda bildirilir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov Sputnik Azərbaycan-a deyir ki, banklar bu gün kifayət qədər geniş elektron xidmətlər yerinə yetirir:

“Pandemiya səbəbindən bankların müştərilərlə apardığı əməliyyatlar azalıb. Ancaq bu, müştərilərin bir dəfəlik banklardan kənarlaşması demək deyil. Müasir texnologiyaların inkişafı müştərilərin daha geniş şəkildə bank xidmətlərindən istifadəsini zəruri edir. Bu gün bankların yeganə problemi müştəri hesablarında təhlükəsizliyin təmin edilməsidir. Müasir dövrdə elə əməliyyatlar var ki, banklar onlardan uzaq olsalar yaxşıdır. Müştərilərin banklardan uzaqlaşacağı ilə bağlı nəzəriyyələr özünü doğrultmayıb”.

Elnur Sadıqovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

30
Neft, arxiv şəkli

Neft pandemiyanın ikinci dalğasına dair narahatlıqlar fonunda həftəni itkilərlə tamamlayır

35
(Yenilənib 20:47 24.10.2020)
ABŞ və Avropada artan koronavirusa yoluxma hallarının enerji tələbatına təsirsiz ötüşməyəcəyi ilə bağlı narahatlıqlar neftin qiymətində itkilərə səbəb olub. Nəticədə neft qiymətləri həftəni az da olsa itkilərlə tamamlamağa doğru irəliləyir.

BAKI, 24 oktyabr — Sputnik. Birjalarda neft qiymətləri koronavirusun ikinci dalğasına dair artan narahatlıqlar fonunda həftəni itkilərlə tamamlayır.

Sputnik Azərbaycan xəbər verir ki, ABŞ və Avropada artan koronavirusa yoluxma hallarının enerji tələbatına təsirsiz ötüşməyəcəyi ilə bağlı narahatlıqlar neftin qiymətində itkilərə səbəb olub. Nəticədə neft qiymətləri həftəni az da olsa itkilərlə tamamlamağa doğru irəliləyir.

Rusiya Prezidenti Vladimir Putinin ehtiyac duyulacağı təqdirdə hasilat məhdudiyyətlərini artıra biləcəklərini söyləməsi həftə ərzində neft qiymətlərinin yuxarı istiqamətli dəyişməsinə dəstək olub. V.Putinin şərhi "OPEC+" koalisiyasının yanvar ayında istehsal məhdudiyyətlərini azaltmaqla bağlı planını təxirə sala biləcəyinə işarə kimi qiymətləndirilir.

Lakin koronavirus epidemiyasındakı ikinci dalğanın Avropa və ABŞ-da enerji tələbatını alt-üst edəcəyinə dair narahatlıqlar durmadan artır. ABŞ-ın bəzi ştatlarında artan koronavirus hadisələri ölkədəki benzin ehtiyatlarında may ayından bəri ən böyük artıma səbəb olub.

Ekspertlərə görə, hazırda 40 dollar/barel civarında dəyişən neft qiymətləri Liviya kimi ölkələrdə artan hasilat fonunda bazarı daha təmkinli olmağa vadar edir. Bazar gözləntiləri isə "OPEC+"un planlaşdırdığı istehsal artımına getməyəcəyi istiqamətində dəyişir.

"Brent" neftinin bir bareli Londonun ICE birjasında 41,77 dollara, "Light" markalı neftin bir bareli isə Nyu-Yorkun NYMEX birjasında 39,85 dollara alıcı axtarır.

35
Yaşlı adam, arxiv şəkli

Koronavirusa yoluxma insanı 10 yaş qocaldır, həmçinin...

0
Koronavirusun ağır formaları mətnlərin və sözlərin mənasını dərk etmə qabiliyyətinə təsir edir. Buna baxmayaraq, xəstəliyə yoluxmuş insanlarda emosional sahə, məkan yaddaşı və rəqəmləri əzbərləmək qabiliyyəti dəyişməz qalıb.

BAKI, 25 oktyabr — Sputnik. Böyük Britaniya alimləri apardıqları araşdırma zamanı koronavirus xəstəliyinin insanların İQ səviyyəsini endirdiyini müəyyən edib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu intelektual bacarıqlar və yaddaşla əlaqələndirilib. Mütəxəssislərin sözlərinə görə, koronavirusa yoluxan şəxslər xəstəliyə yoluxmayan yaşıdları ilə müqayisədə məntiq testlərini həll etməkdə çətinlik çəkiblər. Bundan əlavə, şəxslərin İQ səviyyəsi xəstəliyi hansı ağırlıqda keçirmələri ilə də birbaşa əlaqəlidir. Tədqiqat zamanı alimlər 84 könüllünün məntiqi bacarıqlarını və yaddaşlarını araşdırıblar.

Müəyyən edilib ki, koronavirusa yoluxan insanlar sağlam insanlarla müqayisədə 65 faiz geri qalıb. Mütəxəssislərin fikrincə, bu xəstələrin 10 yaş yaşlanmasına bərabərdir.

Koronavirusun ağır formaları mətnlərin və sözlərin mənasını dərk etmə qabiliyyətinə təsir edir. Buna baxmayaraq, xəstəliyə yoluxmuş insanlarda emosional sahə, məkan yaddaşı və rəqəmləri əzbərləmək qabiliyyəti dəyişməz qalıb.

0