Qaçaqmal siqaret

Azərbaycandakı bu problemin səbəbi qonşu ölkəyə gedib çıxır

416
Son aylarda yaşanan tendensiyanın səbəbi Gürcüstanda axtarılır

BAKI, 14 iyun — Sputnik. Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 10 692 min manat həcmində tütün məmulatları istehsal olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 49% azdır. Bu barədə Dövlət Statistika Komitəsindən açıqlama verilib.

Rəsmi statistikaya əsasən, ölkədə bu ilin ilk dörd ayı ərzində 193,5 mln. ədəd papiros və siqaret, 940,5 ton fermentləşdirilmiş tütün istehsal olunub. İllik müqayisədə fermentləşdirilmiş tütün istehsalında 14,7% artım, papiros və siqaret istehsalında isə 77,7% azalma qeydə alınıb. Qeyd edək ki, cari il mayın 1-nə ölkədə 2,1 mln. ədəd hazır məhsul ehtiyatı yaranıb.

Məsələ ilə bağlı Sputnik Azərbaycan-a açıqlama verən iqtisadçı-ekspert Qubad İbadoğlu, bu ilin ilk 4 ayında hər iki siqaret çəkəndən birinin bu zərərli vərdişi tərgitdiyini hesab etmir: "Yeganə variant odur ki, siqaret istehsalı azalıbsa, burada olan tələbat idxal ilə əvəz edilib. 2017-ci ilin ilk 4 ayında 2016-cı ilin ilk 4 ayı ilə müqayisədə tütün idxalında, təxminən 11 faiz artım var. İstehsalda 49 faiz azalma varsa, deməli, burada idxal ilə istehsal birlikdə istehlaka bərabər olmalıdır".

"Əgər anbar qalığı yoxdursa, bu halda yenə də qalıq yaranır. Bu qalıq onu deməyə əsas verir ki, ya istehsalda qeydiyyatsız dövriyyə var, ya da idxalda qeydiyyatsız dövriyyə. Yəni, qeyri-rəsmi ya istehsal, ya da idxal dövriyyəsi artıb" — İbadoğlu bildirib.

İqtisadçı-ekspert Natiq Cəfərli isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, Azərbaycanda tütün istehsalı o qədər də böyük həcmdə deyildi: "Siqaret istehsalı üçün istifadə olunan tütünün böyük bir hissəsi xaricdən gətirilirdi və Azərbaycanda qablaşdırılırdı. Devalvasiyalardan sonra xaricdən xammalın gətirilməsi və burada istehsal olunması o qədər də sərfəli olmadı və ciddi şəkildə bununla bağlı problemlər yaşanmağa başladı".

Mütəxəssisin dediyinə görə, yerli tütün istehsalının az olması və yerli tütünün tamamının siqaret istehsalında istifadə olunmamasına görə istehsalda ciddi azalmalar müşahidə olunmağa başlayırdı: "Keçən ilin sonundan bu tendensiya var idi və bu ilin ilk aylarında artıq çox ciddi şəkildə hiss olunmağa başladı. Əsas məsələ bununla bağlıdır. Yəni, xammal xaricdən gətirilir deyə burada istehsal olunması sərfəli olmur".

N. Cəfərlinin sözlərinə görə, Azərbaycanda siqaretin ətraf ölkələrə nisbətən baha olması bazarın həssaslığını artırır: "Kifayət qədər böyük həcmdə qaçaqmalçılıq yolu ilə siqaret məhsullarının Gürcüstandan və Rusiyadan keçirilməsinə cəhd göstərilir. Bunun da səbəbi Azərbaycanda qiymətlərin baha olmasıdır".

"Yəni, həm Gürcüstanda, həm Rusiyada aşağı qiymət seqmentində, yəni, keyfiyyəti yuxarı olmayan, aşağı qiymət seqmentində olan siqaretlərin qiymətində ciddi fərq var. Bu da Azərbaycan bazarını cazibəli hala gətirir. Buna görə də, Azərbaycan bazarına Rusiyadan, əsasən də Gürcüstandan böyük həcmdə siqaret keçirməyə başladılar. Bu da daxili satışlara ciddi təsir göstərib" — ekspert qeyd edib.

O, hesab edir ki, bu iki faktor — həm xammalın xaricdən gətirilməsi, həm də kifayət qədər böyük həcmdə qonşu ölkələrdən qeyri-qanuni yollarla Azərbaycan bazarına daxil olan siqaret məmulatları ölkəmizdə siqaret istehsalının kəskin azalmasına səbəb olan əsas faktordur".

416
Teqlər:
tütün məmulatları, azalma, statistika, Sputnik Azərbaycan, istehsal, Natiq Cəfərli, iqtisadçı-ekspert, faiz, idxal, Gürcüstan, siqaret, Qubad İbadoğlu, Rusiya, Azərbaycan, manat
Əlaqədar
"Mənim övladımın siqaret çəkməsindən kimə nə?"
Siqaret çəkilməsinə gizli şərait yaradan müəssisələri nə gözləyir?
Milli Məclis siqaret müzakirələrini yekunlaşdırdı
"İndi gəl, sərxoş müştəriyə başa sal ki, burada siqaret çəkmək olmaz!"
Siqaret qutularının üzərindəki qeydlər də narazılığa səbəb oldu
Öncə siqaret çəkənlərin hüquqları, yoxsa ondan zərər çəkənlərin?
Cəmiyyətdən siqaretlə bağlı sərt tələb
Xəzər dənizindən Bakıya mənzərə, arxiv şəkli

"Xəzəryanı dövlətlər arasında anlaşılmayan məqamların sayı azalır"

22
(Yenilənib 22:26 23.01.2021)
Professor Azərbaycan və Türkmənistan arasında Xəzər dənizində "Dostluq" yatağının birgə istismarı məsələsini şərh edib, bölgənin iqtisadi inteqrasiyasından danışıb.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 23 yanvar — Sputnik. Dünən Azərbaycan və Türkmənistan arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen ehtiyatlarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalanıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında sənədin əhəmiyyətini şərh edib.

Professor bildirib ki, 2018-ci ildə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın Xəzəryanı dövlətlərin başçıları tərəfindən imzalanması bölgədə sabitlik, əmin-amanlıq və inkişaf baxımdan olduqca münbit şərait yaratmış oldu: "Bu gün Xəzəryanı dövlətlər həmin şəraitdən istifadə edərək illər ərzində yaranan problemlərin həlli istiqamətində irəliləyişə nail olurlar. Bu, olduqca mühüm məsələdir, çünki Xəzər faktiki olaraq son illərdə sabitlik, əmin-amanlıq və inkişaf hövzəsi kimi tanınmaqdadır".

Onun sözlərinə görə, "Dostluq" yatağının Azərbaycan və Türkmənistan arasında birgə istismarı ilk növbədə siyasi məna daşıyır: "Çünki iqtisadi baxımdan həmin yataqdan əldə edilən karbohidrogen ehtiyatlar nə Azərbaycanın, nə də Türkmənistanın enerji sektoru üçün o qədər də böyük xüsusi çəkiyə malik deyil. Burada əsas məsələ ondan ibarətdir ki, faktiki olaraq ölkələr arasında problemlərin həll edilməsinin şahidi oluruq. Eyni zamanda, tədricən Xəzəryanı dövlətlər arasında anlaşılmayan məqamların sayı azalmaqdadır. Bu da onu deməyə əsas verir ki, faktiki olaraq Xəzəryanı dövlətlər Xəzərdən uzaq olan ölkələrin müdaxilələri olmadan öz problemlərini daha rahat şəkildə həll edə bilirlər".

Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

"Xəzəryanı dövlətlər bundan sonra da öz problemlərini Xəzərin ümumi maraqları çərçivəsində həll edərlərsə, bu bölgənin sabitlik, əmin-amanlıq və inkişaf bölgəsi kimi mövqe tutmasının şahidi ola bilərik. Bununla yanaşı, tədricən Xəzəryanı dövlətlərin, o cümlədən Azərbaycan ilə Türkmənistanın kapital qoyuluşlarını xammal ixracatına deyil, emal sektoruna yerləşdirməsinə ciddi ehtiyac var. Əgər buna nail olunsa, Xəzəryanı dövlətlər dünya ticarəti çərçivəsində xeyli dərəcədə daha ekvivalent mübadiləyə çıxa bilər", - deyə o qeyd edib.

O diqqətə çatıdırıb ki, Qarabağ münaqişəsinin həlli, Xəzəryanı dövlətlər tərəfindən Xəzərin statusu ilə bağlı müəyyən konsensusun əldə olunması bütövlükdə bölgədə yeni geosiyasi və iqtisadi reallıqların formalaşması üçün çox yaxşı şərait yaradır: "Bu kontekstdə bölgədə iqtisadi inteqrasiyanın dərinləşməsi məqsədəuyğundur. Bu, artıq zamanın çağırışı kimi görünür. Yaxın illərdə, aylarda biz bölgədə texnoloji korporasiyanın, regional iqtisadi inteqrasiyanın və əməkdaşlığın dərinləşməsinin şahidi ola bilərik".

22
Azərbaycan manatı, arxiv şəkli

Azərbaycanın valyuta ehtiyatları artıb

10
(Yenilənib 21:41 23.01.2021)
Valyuta ehtiyatlarının 87,2%-i Dövlət Neft Fondunun, 12,8 %-i isə Azərbaycan Mərkəzi Bankının payına düşüb.

BAKI, 23 yanvar — Sputnik. Azərbaycanın valyuta ehtiyatları bu il yanvarın 1-nə 49 mlrd 933,7 mln ABŞ dolları təşkil edib.

Sputnik Azərbaycan xəbər verir ki, bunun 87,2%-i və yaxud 43 mlrd 564,3 mln ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 12,8 %-i və yaxud 6 mlrd 369,4 mln ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Son 1 ildə ölkənin valyuta ehtiyatları 352,4 milyon ABŞ dolları və yaxud 0,7 % artıb.

10
Dəniz quldurlarının bayrağı, arxiv şəkli

Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, azərbaycanlı mühəndis öldürülüb

0
(Yenilənib 00:29 24.01.2021)
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər: "Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.

“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.

Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:

"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

0