Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Vitse-prezident: "Azərbaycana 66 milyard dollar yatırdıq"

© REUTERS / Luke MacGregor/File PhotoЭмблема BP на автозаправочной станции в Лондоне. Архивное фото
Эмблема BP на автозаправочной станции в Лондоне. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
"Ötən 12 il ərzində biz AÇG yatağından təxminən 30 mlrd. kubmetrdən artıq səmt qazı hasil edib Azərbaycana təhvil verdik"

BAKI, 2 iyun — Sputnik. BP şirkətinin əməliyyatçısı olduğu layihələr vasitəsilə BP və tərəfdaşları tərəfindən Azərbaycana təxminən 66 mlrd. ABŞ dolları investisiya qoyulub. Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bu gün Bakıda keçirilən 24-cü Beynəlxalq Xəzər Neft-Qaz — "Caspian Oil&Gas" konfransının ikinci günündə "BP-Azerbaycan" şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

Сотрудники bp на глубоководной платформе Гюнешли, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanlıların BP-dən çıxarılmaları ilə bağlı məhkəmə başlayacaq

Onun sözlərinə görə, "Azəri-Çıraq-Günəşli" yatağından bu günə qədər 3 mlrd. bareldən artıq neft hasil edilib: "Ötən 12 il ərzində biz AÇG yatağından təxminən 30 mlrd. kubmetrdən artıq səmt qazı hasil edib Azərbaycana təhvil verdik".

Aslanbəyli bildirib ki, 2006-cı ilin sonundan etibarən "Şahdəniz" layihəsi regional bazarlara 80 mlrd. kubmetrdən artıq qaz nəql edib: "Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə 360 mln. tondan artıq, yəni 2,7 mlrd. barreldən çox xam neft nəql edilərək 3550-dən artıq tankerə yüklənib və neft bazalarına göndərilib".

BP şirkəti bu vaxta qədər Azərbaycandakı sosial layihələrə 72 mln. dollara yaxın vəsait ayırıb.

Xəbər lenti
0