Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Qiymətlərlə bağlı risklər yaranarsa, bazara ciddi müdaxilə edilə bilər"

© AP Photo / TefkenBakı-Tbilisi-Ceyhan neft kəməri
Bakı-Tbilisi-Ceyhan neft kəməri - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Neftin qiyməti bu ilin 2-ci yarısında 55-60 ABŞ dolları arasında qərarlaşa bilər"

BAKI, 1 iyun — Sputnik. "OPEC-in hasilatın azaldılması ilə bağlı anlaşmanın müddətinin daha 9 ay, yəni 2018-ci ilin birinci rübünədək uzatması qərarı neftin qiymətinin kəskin ucuzlaşmasına gətirib çıxardıb. Halbuki neftin qiymətinin bahalaşması ehtimalı daha yüksək idi. OPEC-in qərarı bazarda müsbət dinamikanın müşahidə edilməsinə gətirib çıxarmalı idi".

Нефтяной насос в Баку, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Neftlə bağlı nəhəng anlaşma

Bunu iqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a açıqlamasında deyib. Onun sözlərinə görə, bir neçə gündür ki, Çinlə bağlı ciddi narahatlıqların yaranması da bazara təsirini göstərir: "Çünki ən böyük idxalçı, istehlakçılardan biri Çindir. Çin iqtisadiyyatında risklərin yaranması növbəti dövrlərdə tələbin kəskin azalmasına gətirib çıxardar".

"Amma düşünürəm ki, hazırda faktiki olaraq neftin ucuzlaşması qısamüddətli dövrü əhatə edir. Bazar OPEC-in qərarını qiymətləndirməyə başlayacaq. Neftin bahalaşması müşahidə olunacaq. Neftin qiyməti bu ilin 2-ci yarısında 55-60 ABŞ dolları arasında qərarlaşa bilər" — Həsənov bildirib.

İqtisadçı düşünür ki, ilin 2-ci yarısında bir barel üçün neftin orta qiyməti 55 dollardan yuxarı olacaq: "Əsas narahatlıq, ötən dövrdə OPEC-ə üzv ölkələrin və müttəfiqlərin öhdəlikləri 100 faizdən artıq yerinə yetirməsinə baxmayaraq, ümumiyyətlə dünya neft ehtiyatlarının həcmində azalma trendinin zəif olması ilə bağlıdır. Burada ABŞ neft istehsalının mühüm əhəmiyyəti var. Həmin dövr ərzində ABŞ-da neft istehsalı sürətlə artmaqda davam edib".

"Baxmayaraq ki, ötən 6 həftədə ABŞ-da neft rezervlərinin ümumi həcmində azalma baş verib, amma gündəlik neft hasilatında artımın olması investorlarda müəyyən narahatlıq yaradır. Onlar düşünürlər ki, növbəti 1 ildə ABŞ neft istehsalçılarının dünya bazarlarına əlavə olaraq 1 milyon barel də neft təklif etmək imkanı var" — ekspert əlavə edib.

Neft - Sputnik Azərbaycan
İQTİSADİYYAT
"Qara qızıl" üçün "qara gün" gözləntisi

Onun sözlərinə görə, eyni zamanda, OPEC-in qərarının növbəti dövrlərdə müzakirə ediləcəyinə dair qənaət güclüdür: "Əgər qiymətlər üçün risklər formalaşarsa, ola bilsin, hasilatın azaldılması, qiymətlərin tarazlaşması ilə bağlı bazara ciddi müdaxilə olsun".

İqtisadçı-ekspert Sabit Bağırov isə Sputnik Azərbaycan-a açıqlamasında, ilin 2-ci yarısı üçün neftin qiymətlərini proqnozlaşdırmağın çətin olduğunu deyib: "Neftin qiymətləri hansısa amilin təsiri altında gah qalxır, gah düşür. Prinsipcə, düşünmürəm ki, ilin sonunadək neftin qiyməti 60 dolları keçsin".

"Neftin qiymətinin aşağı düşməsi gözlənilir. Yaxın zamanda ABŞ neft ehtiyatlarının bir qismini satışa çıxaracaq. Çox güman ki, onun qiymətə təsiri olacaq" — Bağırov bildirib.

İqtisadçı-ekspert Qubad İbadoğlu da Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, OPEC-in qərarının mövsümi amillərlə əlaqədar olaraq neftin qiymətinə ciddi təsir edəcəyini düşünmür: "Yəqin yenə əvvəlki səviyyədə qiymətlər qərarlaşacaq. İnanmıram ki, indiki halda qiymətlərin bahalaşmasını müşahidə edək".

Xəbər lenti
0