Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Prezident yeni işçi qrup yaratdı

335
Azad iqtisadi zonaların yaradılmasının sürətləndirilməsi məqsədi ilə İşçi qrup yaradılıb

BAKI, 31 may — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsinə dair sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, son illərdə aparılan davamlı islahatlar siyasəti ölkəmizin iqtisadi qüdrətinin daha da güclənməsinə imkan yaradıb, dinamik sosial-iqtisadi inkişafa təkan verib. Transmilli enerji infrastrukturu və beynəlxalq nəqliyyat layihələrinin Azərbaycanda reallaşdırılması investorların ölkəmizə marağını xeyli artırıb. Xarici investisiyaların cəlb edilməsi əlverişli coğrafi mövqeyi ilə seçilən ərazilərin logistik və sənaye potensialından tam istifadə olunmasına, iqtisadiyyatımızın daha da möhkəmlənməsinə, büdcə gəlirlərinin diversifikasiyasına və əhalinin məşğulluğuna böyük töhfə verə bilər.

Məhz buna görə də "Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 17 mart tarixli 1912 nömrəli Sərəncamının icrası ilə əlaqədar hazırlanmış normativ hüquqi aktlarının layihələri "azad iqtisadi zona" elan ediləcək ərazilərdə həyata keçiriləcək iqtisadi fəaliyyət üçün əlverişli hüquqi rejiminin müəyyənləşdirilməsini nəzərdə tutur.

Fərmana əsasən, Azad iqtisadi zonaların yaradılmasının sürətləndirilməsi məqsədi ilə aşağıdakı tərkibdə İşçi qrup yaradılıb:

İşçi qrupun rəhbəri:

Valeh Ələsgərov — Azərbaycan Respublikasının Milli Məclisi sədrinin müavini

İşçi qrupun üzvləri:

İnam Kərimov — Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri

Emin Hüseynov — Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Niyazi Səfərov — Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azər Cəfərov — Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Sahib Ələkbərov — Azərbaycan Respublikası vergilər nazirinin müavini

İlqar Rəhimov — Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Şahin Bağırov — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Pərviz Musayev — Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini

Əfqan Nağıyev — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi

Şahmar Mövsümov — Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru

Taleh Ziyadov — "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru.

İşçi qrupa üç ay müddətində azad iqtisadi zonaların yaradılması ilə bağlı hazırlanmış qanun layihəsinin ekspertizasını keçirməklə, dövlətin mənafelərinin və investorların qanuni maraqlarının tarazlı şəkildə nəzərə alınmasını təmin edən sənədin yekun variantını hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək, azad iqtisadi zonaların inkişaf etdirilməsi məqsədi ilə bu sahədə təcrübəsi olan xarici investor (developer) şirkətləri ilə bağlanılacaq müqavilələrin əsas şərtlərinə dair təkliflər vermək tapşırılıb.

335
Mal əti satışı, arxiv şəkli

Azərbaycana mal əti dərman idxalı artıb

17
(Yenilənib 23:00 22.10.2020)
Təzə meyvə idxalı 15,1%, bitki yağları 2,9%, kərə yağı, digər süd yağları və pastaları 38,9%, çay 5,9%, kartof 1,2%, təzə tərəvəz 29,9%, minik avtomobilləri 28,8% və s. artıb.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 22 oktyabr — Sputnik. 2019-cu ilin yanvar-avqust ayları ilə müqayisədə 2020-ci ilin yanvar-avqust aylarında ölkəmizə təzə meyvə idxalı 15,1%, bitki yağları 2,9%, kərə yağı, digər süd yağları və pastaları 38,9%, çay 5,9%, mal əti 18,4%, kartof 1,2%, təzə tərəvəz 29,9%, minik avtomobilləri 28,8%, dərman vasitələri 1,7 dəfə, hesablama maşınları, blok və qurğuları 14,8%, qara metallardan çubuqlar 1,8 dəfə, məişət soyuducuları 3,1% artıb.

Sputnik Azərbaycan bu barədə Dövlət Statistika Komitəsinə istinadla məlumat verir.

Bu ilin 8 ayında buğda idxalı 20,1%, xam şəkər və şəkər 0,4%, quş əti və onun əlavə məhsulları 9,9%, siqaretlər 78,9%, qara metallardan borular 12,7%, polad prokatı 7,7%, mineral gübrələr 5,7%, rezin şinlər 20,2%, məişət kondisionerləri 30,9%, mebellər 23,6%, yük avtomobilləri 13,4%, polietilen 27,5%, paltaryuyan maşınlar 11,1%, qara metallardan künclüklər 8%, avtobuslar 56,1%, sement və sement klinkerləri 27,1% azalıb.

17
Neft buruğu, arxiv şəkli

Dünyada neft ucuzlaşır

9
(Yenilənib 11:00 22.10.2020)
Neftin qiyməti qlobal neft tələbatının bərpa prosesinin ləngidiyinə dair narahatlıqlar fonunda ucuzlaşır.

BAKI, 22 oktyabr — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşır.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,52 dollar ucuzlaşaraq 41,49 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,16 dollar geriləyərək 41,57 dollar, "Light" markalı neftin qiyməti isə 0,19 dollar ucuzlaşaraq 39,84 dollar olub.

Qeyd edək ki, neftin qiyməti qlobal neft tələbatının bərpa prosesinin ləngidiyinə dair narahatlıqlar fonunda ucuzlaşır.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

9
Армянская военная форма

Ermənistan son günlərdə hərbi əməliyyatlarda ölən hərbçilərinin siyahısını açıqlayıb

0
(Yenilənib 00:18 23.10.2020)
Ermənistan hökuməti oktyabrın 22-də Dağlıq Qarabağ münaqişəsində həlak olan hərbi qulluqçularının növbəti siyahısını açıqlayıb.

BAKI, 22 oktyabr - Sputnik. Ermənistan hökuməti oktyabrın 22-də Dağlıq Qarabağ münaqişəsində həlak olan hərbi qulluqçularının yeni siyahısını açıqlayıb.

Sputnik Azərbaycan Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bugünkü siyahıda 26 nəfərin adı yer alıb.

Bu günədək Ermənistan tərəfinin açıqladığı itkilərin sayı 900 nəfərə çatıb.

Qeyd edək ki, qarşı tərəf itkilərinin sayını məqsədyönlü şəkildə gizlədir.

0
Əlaqədar
MN: Ermənistan rəhbərliyi cəbhədə verdiyi ağır itkiləri yaddan çıxarıb
Madagiz-Ağdərə istiqamətində ermənilərin itkiləri açıqlandı
Ermənistan ordusu ağır itkilər verməyə davam edir - VİDEO
İtkilər üzə çıxır? Ermənistan ordusunun əsgəri ölüb
"Ermənistanın verdiyi itkilər arasında xaricdən gətirilən muzdlular çoxluq təşkil edir"