Neft nasosları

Bu tapıntı neftin "bazarını öldürəcək"

2078
(Yenilənib 13:22 21.05.2017)
Dünyada ilk dəfə olaraq çinli neftçilər Cənubi-Çin dənizinin dibindən "yanacaq buzu" çıxarıblar

BAKI, 22 may — Sputnik. Çində yeni inqilab baş verdiyi elan olunub. İnqilab karbohidratlar sahəsində baş verib. Belə ki, dünyada ilk dəfə olaraq çinli neftçilər Cənubi-Çin dənizinin dibindən "yanacaq buzu" çıxarıblar. Söhbət su və təbii qazın qarışığından gedir. Bu qarışıq müxtəlif temperaturda bərk maddəyə çevrilir.

Məsələ ondadır ki, "yanacaq buzu" nadir karbohidrat deyil və dünyanın bir çox yerlərində mövcuddur. Sadəcə, maliyyə və texnoloji səbəblərdən onun hasilatı həyata keçirilmir. Çin isə texnologiya sahəsində irəliləyiş edərək bu maddənin hasilatını rentabelli edə bilib. Çin rəsmiləri bu hadisəni ABŞ-dakı "şist inqilabı" ilə bərabər tuturlar.

Yuxarıda sözügedən maddə Honkonqdan 285 km məsafədə 1,2 km dərinlikdə aşkar edilib. 100 litr "yanacaq buzu" ilə avtomobil 50 min kilometr yol qət edə bilər. "Yanacaq buzu"nun 1 kub metri 160 kubmetr təbii qaza bərabərdir. Əgər Çin hasilatı sənaye miqyasına çatdırsa, dünyada neft və qaz qiymətlərini tamamilə "öldürə" bilər.

2078
Mal əti satışı, arxiv şəkli

Azərbaycana mal əti dərman idxalı artıb

14
(Yenilənib 23:00 22.10.2020)
Təzə meyvə idxalı 15,1%, bitki yağları 2,9%, kərə yağı, digər süd yağları və pastaları 38,9%, çay 5,9%, kartof 1,2%, təzə tərəvəz 29,9%, minik avtomobilləri 28,8% və s. artıb.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 22 oktyabr — Sputnik. 2019-cu ilin yanvar-avqust ayları ilə müqayisədə 2020-ci ilin yanvar-avqust aylarında ölkəmizə təzə meyvə idxalı 15,1%, bitki yağları 2,9%, kərə yağı, digər süd yağları və pastaları 38,9%, çay 5,9%, mal əti 18,4%, kartof 1,2%, təzə tərəvəz 29,9%, minik avtomobilləri 28,8%, dərman vasitələri 1,7 dəfə, hesablama maşınları, blok və qurğuları 14,8%, qara metallardan çubuqlar 1,8 dəfə, məişət soyuducuları 3,1% artıb.

Sputnik Azərbaycan bu barədə Dövlət Statistika Komitəsinə istinadla məlumat verir.

Bu ilin 8 ayında buğda idxalı 20,1%, xam şəkər və şəkər 0,4%, quş əti və onun əlavə məhsulları 9,9%, siqaretlər 78,9%, qara metallardan borular 12,7%, polad prokatı 7,7%, mineral gübrələr 5,7%, rezin şinlər 20,2%, məişət kondisionerləri 30,9%, mebellər 23,6%, yük avtomobilləri 13,4%, polietilen 27,5%, paltaryuyan maşınlar 11,1%, qara metallardan künclüklər 8%, avtobuslar 56,1%, sement və sement klinkerləri 27,1% azalıb.

14
Neft buruğu, arxiv şəkli

Dünyada neft ucuzlaşır

9
(Yenilənib 11:00 22.10.2020)
Neftin qiyməti qlobal neft tələbatının bərpa prosesinin ləngidiyinə dair narahatlıqlar fonunda ucuzlaşır.

BAKI, 22 oktyabr — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşır.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,52 dollar ucuzlaşaraq 41,49 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,16 dollar geriləyərək 41,57 dollar, "Light" markalı neftin qiyməti isə 0,19 dollar ucuzlaşaraq 39,84 dollar olub.

Qeyd edək ki, neftin qiyməti qlobal neft tələbatının bərpa prosesinin ləngidiyinə dair narahatlıqlar fonunda ucuzlaşır.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

9
Армянская военная форма

Ermənistan son günlərdə hərbi əməliyyatlarda ölən hərbçilərinin siyahısını açıqlayıb

0
(Yenilənib 00:18 23.10.2020)
Ermənistan hökuməti oktyabrın 22-də Dağlıq Qarabağ münaqişəsində həlak olan hərbi qulluqçularının növbəti siyahısını açıqlayıb.

BAKI, 22 oktyabr - Sputnik. Ermənistan hökuməti oktyabrın 22-də Dağlıq Qarabağ münaqişəsində həlak olan hərbi qulluqçularının yeni siyahısını açıqlayıb.

Sputnik Azərbaycan Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bugünkü siyahıda 26 nəfərin adı yer alıb.

Bu günədək Ermənistan tərəfinin açıqladığı itkilərin sayı 900 nəfərə çatıb.

Qeyd edək ki, qarşı tərəf itkilərinin sayını məqsədyönlü şəkildə gizlədir.

0
Əlaqədar
MN: Ermənistan rəhbərliyi cəbhədə verdiyi ağır itkiləri yaddan çıxarıb
Madagiz-Ağdərə istiqamətində ermənilərin itkiləri açıqlandı
Ermənistan ordusu ağır itkilər verməyə davam edir - VİDEO
İtkilər üzə çıxır? Ermənistan ordusunun əsgəri ölüb
"Ermənistanın verdiyi itkilər arasında xaricdən gətirilən muzdlular çoxluq təşkil edir"