İlham Əliyev Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılışında iştirak edib

İlham Əliyevə sualtı əməliyyat aparatı barədə məlumat verilib

700
(Yenilənib 15:10 18.05.2017)
Dövlət başçısı Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılışında iştirak edib

BAKI, 18 may — Sputnik. Qaradağ rayonunda, SOCAR-ın "Caspian Drilling" Şirkətinin dəniz təchizat və logistika bazasında Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Dövlət Neft Şirkətinin Prezidenti Rövnəq Abdullayev və "Caspian Drilling" Şirkətinin baş direktoru Fərid Axundov dövlətimizin başçısına qurumun 1996-2016-cı illər ərzində fəaliyyəti, əməliyyatlar üzrə səmərəli vaxt cədvəlinin dünyanın digər qazma şirkətləri ilə müqayisəsi, həmçinin Heydər Əliyev adına yarımdalma qazma qurğusu barədə məlumat verdilər.

Qurğunun Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıması xüsusilə əhəmiyyətə malikdir. Ötən əsrin 70-ci illərindən başlayaraq ulu öndər Heydər Əliyev Xəzər dənizində qazma işlərinin sürətləndirilməsi məqsədi ilə müasir qurğulardan istifadə olunmasını daim diqqət mərkəzində saxlayıb. Ümummilli Liderin gərgin səyləri nəticəsində 1970-1980-ci illərdə ölkəyə "Şelf" tipli qazma qurğuları gətirilib, müstəqillik illərində onlar yenidən qurularaq "Dədə Qorqud" və "İstiqlal" kimi üzən qazma qurğuları yaradılıb.

  • İlham Əliyev Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılışında iştirak edib
    İlham Əliyev Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılışında iştirak edib
    © Official website of President of Azerbaijan Republic
  • İlham Əliyev Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılışında iştirak edib
    İlham Əliyev Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılışında iştirak edib
    © Official website of President of Azerbaijan Republic
  • İlham Əliyev Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılışında iştirak edib
    İlham Əliyev Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılışında iştirak edib
    © Official website of President of Azerbaijan Republic
  • İlham Əliyev Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılışında iştirak edib
    İlham Əliyev Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılışında iştirak edib
    © Official website of President of Azerbaijan Republic
  • İlham Əliyev Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılışında iştirak edib
    İlham Əliyev Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılışında iştirak edib
    © Official website of President of Azerbaijan Republic
1 / 5
© Official website of President of Azerbaijan Republic
İlham Əliyev Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılışında iştirak edib

Sonralar dənizin dərin hissələrində kəşfiyyat-qazma işlərinin həyata keçirilməsi məqsədilə "Dədə Qorqud" və "İstiqlal" yarımdalma qazma qurğularında yenidənqurma işləri aparılıb, dənizdə suyun dərinliyinin 700 metr olan hissəsində qazma işlərinin aparılması üçün imkan yaradılıb. 2000-ci ildə inşa edilmiş "Lider" qazma qurğusu isə dənizdə suyun dərinliyinin min metr olan hissələrində kəşfiyyat quyuları qazmağa imkan yaradıb.

Prezident İlham Əliyev SOCAR-ın və "Caspian Drilling" Şirkətinin rəhbərliyi, layihədə çalışanlar, həmçinin ölkədə pay bölgüsü sazişlərində iştirak edən xarici şirkətlərin nümayəndələri ilə görüşdü. Dövlət başçısı Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılışını bildirən düyməni basdı. Prezident İlham Əliyev tədbirin iştirakçıları ilə söhbət etdi. Sonra dövlətimizin başçısı qurğu ilə yaxından tanış oldu.

Prezident İlham Əliyevə burada quraşdırılacaq sualtı əməliyyat aparatı barədə məlumat verildi. Bu aparat sualtı görüntüləri əldə edəcək və baş verə biləcək qəza zamanı zəruri funksiyaları yerinə yetirəcək.

Prezident İlham Əliyev ölkəmizdə həyata keçirilən yeni neft-qaz layihələri ilə əlaqədar yaranmış tələbatı nəzərə alaraq Xəzər dənizində analoqu olmayan 6-cı nəsil qazma qurğusunun yaradılması haqqında göstəriş verib və bu layihənin icrasını daim dəstəkləyib. Azərbaycanın iqtisadi və sənaye potensialının daha da möhkəmləndirilməsində mühüm rol oynayacaq bu qurğunun tikintisi respublikamızda həyata keçirilən iri infrastruktur layihələrindən biridir.

Qurğunun tikintisi 2013-cü il iyunun 4-də "Caspian Driling" və Sinqapurun "Keppel FELS" şirkətləri arasında podrat müqaviləsi çərçivəsində aparılıb. Layihənin iqtisadi əhəmiyyəti nəzərə alınaraq, maliyyələşmənin 90 faizi Dövlət Neft Fondu və 10 faizi isə SOCAR tərəfindən icra edilib. Qurğunun inşaat işlərinin idarə edilməsi, dizayn-mühəndislik işlərinə nəzarət, müvafiq təchizatlar və alqı-satqıların təşkil edilməsi isə SOCAR-a məxsus "Caspian Drilling" Şirkəti tərəfindən həyata keçirilib. 2013-cü il sentyabrın 20-də — Neftçilər Günündə Prezident İlham Əliyevin iştirakı ilə Bakı gəmiqayırma zavodunda qurğunun aşağı üzən gövdəsinin – pantonlarının inşasına başlanması ilə bağlı mərasim olub.

Həmin ilin dekabrında isə Bibiheybət ərazisindəki tərsanədə qurğunun yuxarı gövdəsinin inşasına başlanılıb. Qurğunun tikintisi 2017-ci ilin mayında tam yekunlaşıb. İstismara verilən yeni qurğunun imkanları əvvəlkilərlə müqayisədə daha genişdir. Dünyada öz texnoloji keyfiyyətləri və qazma xüsusiyyətlərinə görə unikallığı ilə fərqlənən bu qurğu qazma əməliyyatları üçün ən müasir avadanlıqla, o cümlədən böyük həcmdə avtomatik idarəetmə sistemi ilə təchiz edilib.

Ümumi uzunluğu 106,5, eni 69,5, hündürlüyü isə 130 metr olan qurğunun ümumi çəkisi 26 min tondur. Dənizdə suyun 1000 metr dərinliyə qədər hissələrində qazma əməliyyatları həyata keçirə bilən qurğu ilə qazılacaq quyunun maksimal dərinliyi 12,2 min metrdir. Bu göstərici ən dərin quyuları belə qazmağa imkan verir. Bundan əlavə, qurğunun müasir avadanlığı qazma işinin indikindən 4 dəfə daha sürətlə aparılmasını təmin edir.

Dövlət başçısı yarımdalma qazma qurğusunun yaşayış blokunda da oldu. Burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə həyata keçirdikləri neft strategiyasından bəhs edən fotostend var. Yaşayış blokunda ofis, yataq, istirahət və kompüter otaqları yaradılıb. Blok yeməkxana, camaşırxana, idman otaqları, kinoteatr, kitabxana və konfrans zalı ilə də təchiz olunub.

Heydər Əliyev adına yarımdalma qazma qurğusu dünyada 1400 atmosfer sistemi texnologiyasına sahib olan ilk və yeganə qurğudur. Onun yükgötürmə qabiliyyəti 5600, su tutumu isə 47500 tondur. Qurğuda 160 nəfər işçi heyəti çalışa bilər. Bu 6-cı nəsil yarımdalma qazma qurğusunun tikintisində 2400-ə yaxın insan çalışıb ki, onların da təxminən 80 faizi Azərbaycan Respublikasının vətəndaşları olub.

Sonda xatirə şəkli çəkdirildi.

700
Teqlər:
Heydər Əliyev adına yarımdalma qazma qurğusu, "Caspian Drilling" Şirkəti, Qaradağ rayonu, SOCAR, İlham Əliyev, dövlət başçısı, açılış mərasimi, prezident
Əlaqədar
Prezident yeni sərəncam imzaladı
Prezident banklarla bağlı mühüm fərman imzaladı
İlham Əliyev: "Yəhudi icması ölkəmizdə əmin-amanlıq şəraitində yaşayır"
İlham Əliyevdən cəbhə zonası ilə bağlı mühüm fərman
Donald Tramp İlham Əliyevlə görüşmək istəyir
Neft buruğu, arxiv şəkli

Azərbaycan nefti 44 dolları keçdi

2
(Yenilənib 11:27 07.07.2020)
"Brent" markalı neftin qiyməti 0,31 dollar geriləyərək 42,79 dollar, "Light" markalı neftin qiyməti isə 0,33 dollar ucuzlaşaraq 40,30 dollar olub.

BAKI, 7 iyul — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,51 dollar artaraq 44,36 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,31 dollar geriləyərək 42,79 dollar, "Light" markalı neftin qiyməti isə 0,33 dollar ucuzlaşaraq 40,30 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

2

Vüqar Hüseynov: “Fermerlər icazə üçün yerli icra hakimiyyətinə müraciət etməlidirlər”

395
(Yenilənib 10:14 07.07.2020)
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyir ki, fermerlərin rayonlararası hərəkətinin təşkili isə Dövlət Aqrar İnkişaf mərkəzləri tərəfindən tənzimlənəcək
Vüqar Hüseynov: “Bundan sonra kənd təsərrüfatı ilə məşğul olmaq üçün sahələrə çıxa bilərlər”

“Sərt karantin rejimində fermerlərin hərəkətinin təşkili Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən “Elektron hökumət” və icazə.e-gov.az portalı üzərindən həyata keçiriləcək”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.

O bildirib ki, kənd təsərrüfatı, o cümlədən taxıl biçini ilə məşğul olan fermerlər icazə üçün yerli icra hakimiyyəti orqanlarına müraciət etməlidirlər:

“Yerli icra hakimiyyəti orqanları fermerlərin adını icazə portalına daxil edəcək və bundan sonra həmin şəxslər sərbəst şəkildə kənd təsərrüfatı ilə məşğul olmaq üçün sahələrə çıxa bilərlər. Fermerlərin rayonlararası hərəkətinin təşkili isə Dövlət Aqrar İnkişaf mərkəzləri tərəfindən tənzimlənəcək. Rayonlararası hərəkət etmək üçün fermerlər icazə məqsədilə sərt karantin rejimi tətbiq olunan rayondakı Dövlət Aqrar İnkişaf Mərkəzinə müraciət etməlidirlər. Onların adları Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində olması əsas götürülərək icazə portalına daxil ediləcək”.

Vüqar Hüseynovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

395
COVİD-19-da ölən şəxs, arxiv şəkli

Ermənistanda koronavirusa yoluxanların sayı 29 mini keçdi

0
Gürcüstanda isə daha 5 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 958-ə çatıb.

BAKI, 7 iyul — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 29285-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 349 nəfər artıb.

Ermənistanda son gündə daha 12 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 503-ə çatıb. Xəstəlikdən sağalanların sayı 16907 olub. Hazırda bu ölkədə 11711 nəfər xəstəxanada müalicə alır.

Gürcüstanda isə daha 5 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 958-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 11,6 milyonu keçib, 538 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0