Yük konteyneri

Azərbaycana 143 ölkədən məhsul daxil olub

27
İdxal olunmuş məhsulların dəyərinin 19,7 faizi Rusiyanın, 16,1 faizi Türkiyənin, 9,8 faizi Çinin payına düşür

BAKI, 17 may — Sputnik. 2017-ci ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 149 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 84 ölkəyə məhsul ixrac olunub, 143 ölkədən idxal olunub. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılan, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmayan ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilən dəyəri nəzərə alınmaqla, 2017-ci ilin yanvar-mart aylarında xarici ticarət dövriyyəsi 5090,9 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 3578,1 milyon dollar, idxalın dəyəri 1512,8 milyon dollar təşkil edib, nəticədə 2065,3 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2016-cı ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 10,6 faiz artıb, real ifadədə isə 16,4 faiz, o cümlədən ixrac 9,2 faiz, idxal 27,3 faiz azalıb.

Ticarət dövriyyəsinin 39,1 faizi Avropa İttifaqı ölkələri, 11,8 faizi MDB üzvü dövlətləri, 49,1 faizi isə dünyanın digər ölkələrinin payına düşüb. İxracın dəyərinin 20,7 faizi İtaliyaya, 11,8 faizi Türkiyəyə, 6,9 faizi Portuqaliyaya, 6,5 faizi Tayvana (Çinin əyaləti), 5,7 faizi İsrailə, 4,8 faizi Çinə, hər biri 4,5 faiz olmaqla Almaniya və Hindistana, 4,1 faizi Gürcüstana, 3,8 faizi Fransaya, 3,6 faizi Kanadaya, qalan 23,1 faizi isə digər ölkələrə göndərilən məhsullar əsasında formalaşıb.

İdxal olunmuş məhsulların dəyərinin 19,7 faizi Rusiyanın, 16,1 faizi Türkiyənin, 9,8 faizi Çinin, hər biri 4,9 faiz olmaqla Almaniya və ABŞ-ın, 4,4 faizi Ukraynanın, 4,1 faizi İtaliyanın, 3,7 faizi Birləşmiş Krallığın, 3,2 faizi İranın, 2,1 faizi Braziliyanın, 1,9 faizi Hindistanın, 25,2 faizi isə digər ölkələrin payına düşüb.

27
Teqlər:
fiziki şəxs, mart, ay, yanvar, ticarət dövriyyəsi, ölkə, ixrac, idxal, Azərbaycan, məhsul
Əlaqədar
Azərbaycana idxal edilən bu məhsula sərt nəzarət tətbiq olunacaq
Bu dərmanların idxalı qadağan edildi
Azərbaycanda qeyri-leqal idxal məhdudlaşdırılır
Ekspert: “Azərbaycana arzuolunmaz qidalar idxal olunur”
Xaricdən mal idxal edənlər üçün növbəti yaşıl işıq
Yeni gömrük idxal rüsumları qüvvəyə minib

Nazir Mikayıl Cabbarov biznesin inkişafı üçün görülən işləri açıqlayır

8
(Yenilənib 19:22 19.01.2021)
İqtisadiyyat naziri Mikayıl Cabbarov deyir ki, ölkəmizdə biznes mühitinin sağlamdırılması ilə bağlı tədbirlər görülür və maliyyəyə çıxış imkanları sadələşdirilir
Mikayıl Cabbarov: “Maneələrin aradan qaldırılması istiqamətində işlər davam etdiriləcək”

“İqtisadiyyat nazirliyi və digər aidiyyəti strukturlar fəaliyyətlərini sahibkarlığın dəstəklənməsi və onların investisiya imkanlarının genişləndirilməsinə yönəldiblər”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Televiziyasına müsahibəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, sahibkarların istehsal etdikləri məhsulların ixrac potensialının artırılması istiqamətdə təşviqedici addımlar atılır:

“Ölkəmizdə biznes mühitinin sağlamlaşdırılması ilə bağlı tədbirlər görülür və maliyyəyə çıxış imkanları sadələşdirilir. Bundan sonra da iş yerlərinin qeydiyyata alınması, vergi və gömrük inzibatçılığındakı bariyerlərin aradan qaldırılması istiqamətində işlər davam etdiriləcək”.

Mikayıl Cabbarovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

8
Polietilen torbalar, arxiv şəkli

Olmalıydı, olmadı: qanunun qadağan etdiyi məhsul hələ mağazada satılır

24
(Yenilənib 16:03 19.01.2021)
Ekspert vurğulayıb ki, uzun illər bu sahədə müəyyən işlərin aparılmasına baxmayaraq, plastik tullantılar həyatımızın bir hissəsinə çevrilib

BAKI, 19 yanvar — Sputnik. Bu il hər il martın 15-i qeyd edilən Ümumdünya İstehlakçı Hüquqları Günü planetin plastik çirklənməsi probleminin həllinə həsr ediləcək.

Plastik gündəlik həyatda çox faydalı bir material ola bilər, ancaq həddindən artıq istehlak edilməsi və xüsusilə birdəfəlik plastik istehsalı qlobal plastik çirklənmə böhranına səbəb olur.

"Plastik Dalğanı Qırmaq" adlı kitabına görə, böyük siyasi, yenilik və davranış dəyişiklikləri baş verməyincə, plastikin okeana axışı 2040-cı ilə qədər üçqat artacaq. 2050-ci ilə qədər okeanlarda balıqdan daha çox, plastik olacağı təxmin edilir. Qeyd edilib ki, plastik çirklənmədən hər il 100,000 dəniz məməlisi, tısbağa və 1 milyon dəniz quşu ölür.

Hər il təxminən 8 milyon ton plastik okeanlara atılır.

İstehlakçıların plastik çirklənmə probleminin həllinə töhfə verə bilməsi və davamlı istehlak modelini seçməsi üçün istehlak bazarını bütün səviyyələrdə, əyalətlərdə, müəssisələrdə sistematik şəkildə dəyişdirmək lazımdır.

"Azad İstehlakçılar Birliyi"nin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qurum 1999-cu ildə küçə nümayişi keçirərək Bakının ətraf mühitinin plastik tullantılar ilə çirklənməsi barədə ictimai rəy yaradıb. Ekspert vurğulayıb ki, uzun illər bu sahədə müəyyən işlərin aparılmasına baxmayaraq, plastik tullantılar həyatımızın bir hissəsinə çevrilib.

"Qərara görə, yanvarın 1-dən plastik torbalar bütün mağazalardan yığışdırılmalı idi. Ancaq görünən odur ki, plastik torbalar yığışdırılmayıb", - deyən E.Hüseynov bildirib ki, birlik 500-ə yaxın bez torbalar istehsal edərək istehlakçılara paylayıb.

Onun sözlərinə görə, MDB məkanında tətbiq edilən təcrübə Azərbaycanda da tətbiq edilməlidir: "Yəni plastik torbalar marketlərdə satılsın. Əgər istehsal olunursa, rəngsiz olsun, hökumətin qeyd etdiyi kimi onun qalınlığı 15 mikrondan qalın olmasın. Birmənalı şəkildə pulla satılsın ki, əhali ev torbalarına keçsin".

Mütəxəssisin fikrincə, bu gün ən yaxşı vasitə ölkənin cənub bölgəsində hazırlanan həsir zənbillərdir. Dövlət Gömrük Komitəsi plastik məhsulların idxalı ilə məşğul olan sahibkarları qanunvericiliyin tələblərinə əməl etməyə çağırır. Bildirilib ki, qanunvericiliyin tələblərini pozan hüquqi və fiziki şəxslər barəsində qanunamüvafiq tədbirlər həyata keçiriləcək.

Xatırladaq ki, "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununa 26 noyabr 2020-ci il tarixli dəyişikliyə əsasən, həmin Qanunun 46-cı maddəsində qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların idxalına qadağa nəzərdə tutulub.

Bildirilib ki, mövcud qanunvericiliyə əsasən, 2021-ci il yanvarın 1-dən etibarən qalınlığı 15 mikronadək olan polietilen torbaların, iyulun 1-dən isə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların sahibkarlar tərəfindən istehsalı və idxalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya xidmət zamanı istifadəsi qadağandır.

Qanunvericiliyin tələblərinə riayət olunmamasına görə ciddi məsuliyyət tədbirləri nəzərdə tutulur. Bu cür hərəktlərə görə inzibati xətanın predmeti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 3000 manatdan 4000 manatadək cərimə edilirlər.

24
Səhiyyə nazirinin müavini Viktor Qasımov, arxiv şəkli

Peyvənd vurduran nazir müavini hazırkı durumu barədə açıqlama verib

0
Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib ki, vaksinasiya prosesi ilə bağlı bütün mərhələlər strategiyada öz əksini tapıb.

BAKI, 20 yanvar — Sputnik. "Azərbaycanda başlayan vaksinasiya prosesi mərhələli şəkildə ölkə üzrə də davam etdiriləcək".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

O bildirib ki, ölkədə başlayan vaksinasiya prosesi ilkin mərhələdə tibb işçiləri üzərində aparılır: "Mən özüm də vaksin vurdurmuşam. Özümü yaxşı hiss edirəm. Ümumiyyətlə, vaksinasiya prosesi ilə bağlı bütün mərhələlər strategiyada öz əksini tapıb".

Qeyd edək ki, səhiyyə naziri Oqtay Şirəliyev də ölkədə vaksinasiyanın başladığı ilk gün - 18 yanvarda koronavirusa qarşı peyvənd etdirib.

0