Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Üç ay ərzində 265 milyon dollarlıq qeyri-neft məhsulları ixrac etmişik

© AFP 2023 / WAKIL KOHSARDollar
Dollar - Sputnik Azərbaycan
Abunə olmaq
Qara metallardan borular – 17,8 faiz, pambıq ipliyi – 20,1 faiz, qara metallardan yarımfabrikatlar – 93,1 faiz azalıb

BAKI, 17 may — Sputnik. 2017-ci ilin yanvar-mart aylarında Azərbaycandan 264,9 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2016-cı ilin yanvar-mart aylarına nisbətən faktiki qiymətlərlə 9,1 faiz, real ifadədə isə 7,0 faiz çoxdur. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Statistika Komitəsinin (DSK) mətbuat xidmətindən məlumat verilib.

Prezident qeyri-neft ixracatçılarının respublika müşavirəsini keçirdi - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Prezident qeyri-neft ixracatçılarının respublika müşavirəsini keçirdi

2017-ci ilin yanvar-mart aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 58,4 faiz, təzə tərəvəz – 95,0 faiz, tütün – 35,4 faiz, çay – 44,4 faiz, meyvə və tərəvəz şirələri – 47,3 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 16,3 faiz, meyvə və tərəvəz konservləri – 27,6 faiz, kartof – 33,5 faiz, polietilen – 0,4 faiz, pambıq lifi – 6,6 dəfə, bentonit gili – 3,4 dəfə artmış, şəkər ixracı isə 3,5 faiz, bitki yağları – 14,0 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 43,8 faiz, emal olunmamış alüminium – 29,0 faiz, qara metallardan borular – 17,8 faiz, pambıq ipliyi – 20,1 faiz, qara metallardan yarımfabrikatlar – 93,1 faiz azalıb.

2016-cı ilin yanvar-mart ayları ilə müqayisədə 2017-ci ilin yanvar-mart aylarında xam şəkər və şəkər idxalı 94,7 faiz, təzə meyvə – 13,0 faiz, kərə yağı, digər süd yağları və pastaları – 24,2 faiz, quş əti və onun əlavə məhsulları – 2,5 dəfə, mal əti – 54,0 faiz, polad prokatı – 24,9 faiz, mebel – 87,1 faiz, rezin şinlər – 78,8 faiz, hesablama maşınları, blok və qurğuları – 2,0 dəfə, mineral gübrələr – 4,2 dəfə, qara metallardan künclüklər – 23,7 faiz, paltaryuyan maşınlar – 90,3 faiz, yük avtomobilləri – 2,0 dəfə, məişət kondisionerləri – 4,5 dəfə, avtobuslar – 31,6 faiz artmış, buğda idxalı isə 2,7 faiz, bitki yağları – 35,1 faiz, kartof – 20,7 faiz, çay – 3,5 faiz, təzə tərəvəz – 24,0 faiz, minik avtomobilləri – 4,0 faiz, qara metallardan borular – 73,6 faiz, qara metallardan çubuqlar – 20,3 faiz, polietilen – 36,0 faiz, sement və sement klinkerləri – 91,8 faiz, məişət soyuducuları – 68,1 faiz azalıb.

Xəbər lenti
0