Нефтяные насосы в Бахрейне, фото их архива

Neftin qiymətləri təslim olmağa yaxınlaşdı

40
Goldman Sachs: ABŞ-da şist neft istehsalçıları ilə OPEC üzvləri arasında şiddətli rəqabət var. Bu, qiymətlərə mənfi təsir edir.

BAKI, 6 may — Sputnik. Dünyanın iri investisiya banklarından biri olan "Goldman Sachs" qlobal bazarlarda neftin qiymətlərinin təslim olmağa yaxınlaşdığı xəbərdarlığını edib.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, "Goldman Sachs"ın nəşr etdiyi "Neft, təslim olmağa yaxınlaşdı" adlı hesabatında mayın 4-də xam neft qiymətlərinin 4,9 faiz azalaraq son 5 ayın ən aşağı səviyyəsinə geriləməsini qiymətləndirib. 

Hesabatda ABŞ-da artan xam neft istehsalına işarə edilərək, ölkədəki şist neft istehsalçıları ilə OPEC üzvləri arasında şiddətli rəqabət olduğuna və bunun qiymətlərə mənfi təsir etdiyinə diqqət çəkilib.

Hesabatda həmçinin ABŞ-da artan xam neft istehsalının OPEC-in 30 noyabrda hasilatın azaldılması ilə bağlı anlaşmasının təsirlərini tərsinə çevirə biləcəyi vurğulanaraq, razılaşmanın bu ilin ikinci yarısında davam etmə ehtimalının da riskə girdiyi söylənilib.

Yüksək xərclə ABŞ-da şist neft çıxaran istehsalçıların artıq hər barrelə görə 50 dollar olan qiymət səviyyəsinə daha sürətli cavab verdikləri ifadə edilib. İstehsalçıların fəaliyyətlərini davam etdirmək üçün lazımlı sərmayənin də olduğu bildirilib. 

Neft buruqları
© AFP 2020 / MLADEN ANTONOV

Brent neftin bir barreli keçən cümə axşamı günü 48,17 dollara, WTI neftinin bir barreli də 47,64 dollara qədər geriləmiş, beləcə OPEC anlaşmasından indiyədək neft qiymətlərində əldə edilən gəlirlərin hamısı silinmişdi.

Dünyanın ən böyük üçüncü xam neft istehsalçısı mövqeyində olan ABŞ-ın xam neft istehsalı keçən noyabr ayı sonunda gündəlik ortalama 8,7 milyon barrel ikən, keçən həftə 9,3 milyon barrelə yüksəlmiş və son 5 ayda 6,9 faiz artım qeyd etmişdi. 

40
Teqlər:
hasilat, neftin qiyməti, Goldman Sachs, OPEC, ABŞ
Əlaqədar
OPEC iclasa hazırlaşır: neft bazarı ilə bağlı qərar verəcək
Prezident qeyri-neft ixracatçılarının respublika müşavirəsini keçirdi
Azərbaycanın qeyri-neft sektorunun prioritetləri konkretləşir
Həyəcan təbili: Neft qıtlığı gözlənilir