Azneft İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsi

Dünya Bankından mühüm neft qiyməti açıqlaması

96
Dünya Bankı: "Neftin qiymətinin aşağı düşməsi ilə bağlı narahatlığa əsas yoxdur"

BAKI, 6 may — Sputnik. Dünya Bankı neft qiymətlərinin aşağı düşməsində narahatlığa əsas görmür.

APA-nın verdiyi xəbərə görə, bu barədə qurumun rəsmi nümayəndəsi Con Baffes bildirib.

“Biz bu kimi dəyişiklikləri çox görmüşük. Düzdür, son üç gün ərzində neftin qiyməti 5%-dən çox aşağı düşüb. Lakin mən son qiymət tənəzzülünü ilin sonunadək baş verəcək göstərici kimi qəbul etməzdim” — deyə Baffes bildirib.

Qeyd edək ki, son ucuzlaşma ilə əlaqədar bəzi KİV-lər OPEC-in hasilatı azaltmaqla qiymətləri sabit saxlamaq planının iflasa uğradığını iddia edib. 

96
Teqlər:
neftin qiyməti, Dünya Bankı, OPEC, Con Baffes
Əlaqədar
Neft sürətlə ucuzlaşır
Neftimiz ucuzlaşmaqda davam edir
Azərbaycanın qeyri-neft sektorunun prioritetləri konkretləşir
Neftdən sonra ölkəyə ən çox valyuta gətirən məhsul bəlli oldu