Центральный банк Азербайджанской Республики

Dolların sabaha olan məzənnəsi açıqlandı

35
(Yenilənib 18:18 25.04.2017)
USD/AZN rəsmi məzənnəsi 1,7025 səviyyəsində müəyyən olunub

BAKI, 25 aprel — Sputnik. Azərbaycan Mərkəzi Bankı (AMB) aprelin 26-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi 1,7025 səviyyəsində müəyyən olunub.

Qeyd edək ki, bu gün AMB-də Azərbaycan Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. Hərracda manatın orta çəkili məzənnəsi 1,7025 səviyyəsində formalaşıb.

AMB bu günə USD/AZN məzənnəsini 1,7022 səviyyəsində müəyyən edib.

35
Teqlər:
hərrac, Rəsmi məzənnə, Azərbaycan Dövlət Neft Fondu, Azərbaycan Mərkəzi Bankı, AMB