Натиг Алиев, министр энергетики Азербайджана, фото из архива

Azərbaycanlı nazir ABŞ səfirinə narahatlığını çatdırdı

56
(Yenilənib 22:49 13.04.2017)
Azərbaycanın energetika naziri TAP kəmərinin tikintisi ilə bağlı bir sıra çətinliklərin hələ də qaldığını deyib

BAKI, 13 apr — Sputnik. Energetika naziri Natiq Əliyev ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı qəbul edib.

Sputnik Azərbaycan nazirliyə istinadən xəbər verir ki, görüşdə mayın əvvəlində keçiriləcək “Hyuston offşor texnologiya konfransı”, enerji sahəsində əməkdaşlıq, enerji təhlükəsizliyi və dünya enerji bazarında son vəziyyəti əhatə edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb. ABŞ səfiri Robert Sekuta “Offşor Texnologiya Konfransı” barədə məlumat verib. Bildirib ki, bu tədbir dəniz ehtiyatları və ətraf mühit məsələləri üzrə elmi-texniki biliklərini təkmilləşdirmək məqsədilə enerji mütəxəssislərinin fikir mübadiləsi apardıqları mühüm bir platformadır.

Yüz ölkəni təmsil edən 2 300-dən çox sərgi iştirakçısının qatıldığı konfrans neft-qaz sənayesi üçün qlobal əhəmiyyətə malikdir. Səfir SOCAR-ın timsalında Azərbaycanın konfransda iştirakının Xəzərin enerji resurslarının, enerji mərkəzi kimi imkanlarının nümayişi baxımından vacibliyini diqqətə çatdırıb. 

R.Sekuta “Cənub Qaz Dəhlizi” layihəsinin gedişatı ilə də maraqlanıb. Energetika naziri səfiri layihə üzrə işlərin gedişatı və mövcud çətinliklər barədə məlumatlandırıb. Nazir “Şahdəniz-2”, Cənub Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, Trans-Anadolu boru kəməri layihələri üzrə işlərin qənaətbəxş səviyyədə olduğunu, lakin İtaliyada Trans-Adriatik boru kəmərinin tikintisi ilə bağlı bir sıra çətinliklərin hələ də qaldığını deyib. Bu problemlərin Cənub Qaz Dəhlizi layihəsinin vaxtında yekunlaşmasına mümkün təsirlərindən narahatlığını ifadə edib. İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalendanın TAP layihəsi ilə bağlı mövqeyini yüksək qiymətləndirən N.Əliyev, ümumilikdə, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü görüşünün işlərin sürətlənməsinə və prosesin irəliyə aparılmasına töhfə verdiyini də vurğulayıb. Səfir isə ABŞ-ın Cənub Qaz Dəhlizi layihəsinin icrasını daim diqqətdə saxladığını və dəstəyinin davamlı olduğunu bildirib.

Görüşdə həmçinin dünya neft bazarında qiymət sabitliyinə nail olmaq məqsədilə atılacaq növbəti addımlar barədə də müzakirələr aparılıb. Natiq Əliyev OPEC və təşkilata üzv olmayan ölkələrin hasilatın azaldılması ilə bağlı birgə qərarının işlək olduğunu və bazara müsbət təsir etdiyini bildirib. “Sazişin müddətinin uzaldılması, yaxud digər hansısa bir qərarın qəbulu Monitorinq Komitəsinin təhlillər əsasında hazırlanmış hesabatına nəzərən müəyyənləşəcək. İlin ikinci yarısı üçün neft bazarının inkişaf istiqaməti OPEC-in may ayında keçiriləcək iclasında dəqiqləşəcək” — deyə nazir əlavə edib. 

Toplantıda Azərbaycan-ABŞ enerji əməkdaşlığının digər istiqamətləri üzrə də müzakirələr aparılıb. 

56
Teqlər:
Cənub Qaz Dəhlizi” layihəsi, TAP, SOCAR, Karlo Kalenda, Robert Sekuta, Natiq Əliyev, ABŞ, Azərbaycan
Əlaqədar
Monteneqro Azərbaycan qazının TAP-la ölkəyə çatdırılmasında maraqlıdır
"Statoil" TAP-dakı payını malayziyalılara satır
Qətər qazı Avropaya TANAP və TAP vasitəsi ilə ixrac oluna bilər
Ekspert: Yunanıstandakı vəziyyət TAP və TANAP layihələrinə təsir edir
Manat, arxiv şəkli

Əmanətçilərə kompensasiya ödənişində vəziyyət yerdədir?

14
(Yenilənib 13:16 23.11.2020)
Azərbaycan Mərkəzi Bankı və Əmanətlərin Sığortalanması Fondunun birgə fəaliyyəti əsasında fondun hazırlanan yeni strateji modelinin bu ilin sonunadək formalaşdırılması nəzərdə tutulub

BAKI, 23 noyabr — Sputnik. Noyabrın 20-nə Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış "AG Bank", "Amrah Bank", "NBC Bank" və "Ata Bank" üzrə 23 min 837 əmanətçiyə 586,5 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

Sputnik Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna istinadla xəbər verir ki, bu il iyunun 16-dan noyabrın 20-dək ləğv prosesində olan "AG Bank" və "NBC Bank"ın əmanətçilərinə "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən 214,86 milyon manat kompensasiya ödənilib. "AG Bank" üzrə 4462 əmanətçiyə 95,52 milyon manat, "NBC Bank" üzrə isə 4089 əmanətçiyə 119,34 milyon manatdan çox kompensasiya ödənilib. İyunun 1-dən noyabrın 20-dək "Kapital Bank" tərəfindən "Amrah Bank" və "Ata Bank"ın əmanətçilərinə 371,64 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib. Hesabat dövründə "Amrah Bank" üzrə 5685 əmanətçiyə ödənilən kompensasiyanın məbləği 137,99 milyon manat, "Ata Bank" üzrə 9601 əmanətçiyə isə 233,64 milyon manat təşkil edib.

Fond tərəfindən son bağlanmış banklar üzrə əmanətçilərin kompensasiyalarının təmin edilməsi artıq yekunlaşmaq üzrədir. Tam ödənilmə prosesi qısa zaman içərisində qanunla müəyyən olunmuş qaydada yekunlaşdırılacaq.

Azərbaycan Mərkəzi Bankı və Əmanətlərin Sığortalanması Fondunun birgə fəaliyyəti əsasında fondun hazırlanan yeni strateji modelinin bu ilin sonunadək formalaşdırılması nəzərdə tutulub. Qeyd edək ki, yeni strateji modelin hazırlanması ölkə iqtisadiyyatına, bank sektoruna və əmanətçilərə öz yüksək töhfəsini verməsi gözlənilir. Bağlanmış banklarda problemlərlə üzləşmiş əmanətçilərin nəzərinə çatdırılır ki, sözügedən məsələ ilə əlaqədar vəsaitlərin qanunvericiliyə müvafiq qaydada və qısa müddətdə qaytarılmasının təmin edilməsi ilə bağlı Əmanətlərin Sığortalanması Fondu tərəfindən bütün lazımi tədbirlər görülür.

14
Teqlər:
kompensasiya, əmanət, banklar
Neft buruğu, arxiv şəkli

Neft bahalaşır

12
(Yenilənib 12:34 23.11.2020)
Dünya birjalarında neft qiymətləri bahalaşıb. "Brent" markalı neftin bir barelinin qiyməti 45,34 dollara satılıb.

BAKI, 23 noyabr — Sputnik. Dünya birjalarında neft qiymətləri bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Brent" markalı neftin bir barelinin qiyməti 0,38 dollar artaraq 45,34 dollar, "Light" markalı neftin bir barelinin qiyməti isə 0,29 dollar bahalaşaraq 42,71 dollar olub.

Keçən həftə ərzində "Azeri Light" markalı neftin orta qiyməti isə 44,38 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

12
Teqlər:
bahalaşma, neft
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj
Rusiyalı minaaxtaran, arxiv şəkli

Rusiya SQ-nın istehkamçıları Qarabağda minatəmizləmə əməliyyatına başlayıblar

0
(Yenilənib 21:33 23.11.2020)
Pavel Pautov deyib ki, bu gündən istehkamçılar yerlərdə humanitar minatəmizləmə əməliyyatına başlayıblar. Birinci mərhələdə onlar Rusiya hərbi kontingentinin stasionar postlarının tikiləcəyi yerlərdə partlamaq təhlükəsi olan predmetlərin mövcudluğunu yoxlayacaqlar.

BAKI, 23 noyabr — Sputnik. Rusiya Silahlı Qüvvələrinin (SQ) istehkamçıları Dağlıq Qarabağda sülhməramlıların cavabdeh olduğu ərazilərdə minatəmizləmə əməliyyatına başlayıblar.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bunu Rusiya hərbi kontingentinin mühəndis xidmətinin rəisi polkovnik-leytenant Pavel Pautov bildirib.

"Bu gündən istehkamçılarımız yerlərdə humanitar minatəmizləmə əməliyyatına başlayıblar. Birinci mərhələdə onlar yerlərdə partlayıcı təhlükəli predmetlərin mövcudluğunu yoxlayacaqlar, harada ki, Rusiya hərbi kontingentinin stasionar postları tikiləcək" - deyə rusiyalı hərbçi vurğulayıb.

0
Teqlər:
sülhməramlılar, Rusiya, Mina