Azərbaycan mühasiblər forumu — 2017-nin iştirakçıları

Şirkətlərdə mühasibatlıq problemləri müzakirə olunub

52
(Yenilənib 13:12 10.04.2017)
Dörd bölmədən ibarət olan forumda müxtəlif mövzularda təqdimatlar dinlənilib

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 10 apr — Sputnik. Şamaxıda Vergilər Nazirliyinin Tədris Mərkəzində birinci "Azərbaycan mühasiblər forumu — 2017" keçirilib. Forumda yerli və beynəlxalq audit və məsləhətçi şirkətləri, beynəlxalq maliyyə institutları, yerli dövlət qurumları və maliyyə təşkilatları, regional peşəkar mühasibatlıq təşkilatları, yerli və özəl şirkətlərin mühasibləri, habelə universitet və media nümayəndələri iştirak ediblər.

4 bölmədən ibarət olan forumun "Mühasibat uçotu sahəsində hüquqi baza və yeni çağırışlar" bölməsində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin "Kommersiya təşkilatları üçün təklif olunan yeni hesablar planının və maliyyə hesabatı formalarının müasir tendensiyası — Mühasibat uçotu haqqında qanunda zəruri dəyişikliklər", "Accounting&Financial Advisory" firmasının "Kiçik və orta şirkətlərdə mühasibatlığın mövcud problemləri və onların həlli yolları", İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin "Büdcədən maliyyələşən təşkilatlarda uçot və hesabatla bağlı mövcud əngəllər və onların aradan qaldırılması yolları" mövzusunda təqdimatları dinlənilib.

Forumun ikinci bölümündə mühasibatlıq sahəsində təhsil və sertifikasiya məsələləri müzakirə olunub. "Mühasibat uçotunun sertifikasiyası üzrə qabaqcıl təcrübənin Azərbaycanda tətbiqi məsələləri", "Mühasibat uçotunun tədrisinin təkmilləşdirilməsində dövlətin rolu", "Ali təhsil müəssisələrində mühasibatlıq üzrə tədrisin metodikası və təhsilin əyani vəsaitlərlə təmini problemləri" və "Özəl peşəkar təlimin uçotun inkişafında rolu" mövzularında çıxışlar forum iştirakçılarına təqdim olunub.

Forumun "Vergi islahatlarının uçota təsiri" bölümündə "2017-ci ildə Azərbaycan Respublikasının vergi məcəlləsində əlavə və dəyişikliklərin təqdimatı" və "Vergi qanunvericiliyindəki son dəyişikliklərin uçotda əks etdirilməsi yolları" mövzusunda məruzələr təqdim olunub. Bildirilib ki, Vergi Məcəlləsinə həm həcm, həm də mahiyyət baxımından ciddi dəyişikliklər edilib. Son dəyişikliklərin əsas məqsədi və hədəfi kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimadın səviyyəsinin yüksəldilməsi, nağdsız əməliyyatların həcminin artırılması, pul dövriyyəsinin tənzimlənməsi, bankların likvidliyinin və bilavasitə vergi mühitinin cəlbediciliyinin artırılması yolu ilə iqtisadiyyata investisiya qoyuluşlarının təşviq edilməsi, ixracın stimullaşdırılması, dürüst və şəffaf uçotun qurulmasıdır.

Uçot sisteminin şəffaflaşdırılması ilə bağlı Vergi Məcəlləsinə edilən dəyişikliklər iqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydalarının müəyyən edilməsi, malların alqı-satqı prosesində hərəkət zənciri boyu sənədləşmənin aparılması, vergidən yayınma hallarının qarşısının alınması məsələlərini əhatə edir. Forumun son bölümündə "Mühasibatlıqda İKT: Milli və beynəlxalq proqramların qarşılıqlı əlaqəsi" mövzusu müzakirə edilib və "Azərbaycanda mühasibatlığın təşkilində İKT-nin rolu və qarşıda duran problemlər" və "Milli proqramların təqdimatı" forum iştirakçılarının diqqətinə çatdırılıb. Forum qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam etdirilib.

52
Teqlər:
mühasibat uçotu, "Azərbaycan mühasiblər forumu - 2017", Şamaxı, Vergilər Nazirliyi
Əlaqədar
Universitetin baş mühasibini İnterpol axtarır
Bu şirkətlər aqrar sektoru birdəfəlik tərk edə bilər
“Vertu” şirkətini görün hansı türk satın aldı
İlham Əliyev “Kaspersky Lab” şirkətinin sahibi ilə görüşüb
Müslüm İbrahimov

Professor: “TAP Cənubi Avropanı vacib geosiyasi məkana çevirir”

86
(Yenilənib 10:09 27.09.2020)
Almaniyanın Zigen Universitetinin professoru Müslüm İbrahimov deyir ki, layihəyə daxil olan region ölkələri iqtisadi və enerji müstəqilliyinə nail olurlar
Müslüm İbrahimov: “İri dövlətlər bu layihəyə xüsusi maraq göstərirlər”

Trans-Adriatik boru kəmərinin (TAP) istismara verilməsinə hazırlıq, eləcə də sınaqlar çərçivəsində boru kəməri Türkiyə-Yunanıstan sərhədindən Albaniyanın Fiere şəhərindəki kompressor stansiyasınadək təbii qazla doldurulub. Bunu TAP konsorsiumunun xarici əlaqələr üzrə rəhbəri Vüqar Veysəlov deyib.

Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, TAP-ın reallaşması Trans-Adriatik regionuna diqqəti arıtırıb: “Bu layihə Cənubi Avropanı vacib geosiyasi məkana çevirə bilər. Artıq iri dövlətlər bu layihəyə xüsusi maraq göstərirlər. Bunun nəticəsi olaraq regionda müəyyən problemlər ortaya çıxa bilər. Layihəyə daxil olan region ölkələri iqtisadi və enerji müstəqilliyinə nail olurlar. Bu da onları Avropa Birliyindən yardım qəbul edənlər siyahısından çıxaracaq”.

Müslüm İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz 

86
Neft, arxiv şəkli

Dünyada neftin qiymətləri ucuzlaşır

7
(Yenilənib 14:37 26.09.2020)
"Brent" markalı neftin qiyməti 0,02 dollar geriləyərək 41,92 dollar, "Light" markalı neftin qiyməti isə 0,06 dollar ucuzlaşaraq 40,25 dollar olub.

BAKI, 26 sentyabr — Sputnik. Azərbaycan neftinin qiyməti cüzi bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,23 dollar artaraq 41,76 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,02 dollar geriləyərək 41,92 dollar, "Light" markalı neftin qiyməti isə 0,06 dollar ucuzlaşaraq 40,25 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

7

Azərbaycanın mülki əhalisi hədəfdə: Ermənistan ordusunun atdığı mərmi Ağdamda evi dağıtdı

0
Ermənistanın Silahlı Qüvvələrinin bu gün törətdiyi təxribat nəticəsində Azərbaycanda bir ailənin 5 üzvü isə həlak olub. Mülki əhalinin atəşə tutulması nəticəsində 19 dinc sakin yaralanıb

BAKI, 28 sentyabr - Sputnik. Ermənilər Azərbaycanın mülki əhalisini hədəfə almaqda davam edirlər.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, işğalçı ordunun atdığı mərmilərdən biri Ağdam rayonunun Çəmənli kənd sakini Əsədov Zahid Məhərrəm oğlunun həyətinə düşüb.

Nəticədə Z.Əsədova məxsus ev və "VAZ 2107" markalı avtomobil yararsız hala düşüb.

Qeyd edək ki, Ermənistanın Silahlı Qüvvələrinin bu gün törətdiyi təxribat nəticəsində Azərbaycanda bir ailənin 5 üzvü isə həlak olub. Mülki əhalinin atəşə tutulması nəticəsində 19 dinc sakin yaralanıb. Eyni zamanda onlarla şəxsi mülkiyyətə ziyan dəyib.

0
Teqlər:
erməni təxribatı, mərmi, maşın, ev, dinc sakin, Ağdam, Dağlıq Qarabağ münaqişəsi, Dağlıq Qarabağ
Əlaqədar
Rəsmi Bakı: Məsuliyyət tam olaraq Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür
Ermənistan ordusunun öldürdüyü beş nəfərin adları açıqlandı
MN: Ermənistanın Ağdərə istiqamətindəki komandanlığına təslim olmaq təklif edilib
Ermənistan ordusunun mərmiləri Tərtərdə evləri viran etdi - FOTO
Baş Prokurorluq Ermənistan ordusunun yaraladığı əhali barədə məlumat yaydı