Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dollar 1.6850-yə düşdü

© AFP 2023 / OZAN KOSE ABŞ dolları
ABŞ dolları - Sputnik Azərbaycan
Abunə olmaq
Bugünkü hərracda banklar cəmi 7 milyon 300 min dollar alıb

BAKI, 6 apr — Sputnik. Manatın məzənnəsi möhkəmlənməkdə davam edir. Sputnik Azərbaycan Marja-ya istinadən məlumat verir ki, banklar bir-birinin ardınca dolların satış qiymətini salmaqda davam edirlər.

Artıq bəzi banklar dolların satışında psixoloji 1.700 hhəddini geridə buraxıblar. Məsələn, “Expressbank”  dolları 1.6950, “GünayBank” isə hətta 1.6850 manata satır.

“Fins.az” isə bildirir ki, bu gün Mərkəzi Bankın keçirdiyi valyuta hərracına 35 milyon dollar çıxarılıb. Həmin vəsaitin yalnız 1/5 satılıb. 

Bugünkü hərracda banklar cəmi 7 milyon 300 min dollar alıb. Qalan 27 milyon 700 min dolları alan olmayıb. 

Maliyyə bazarındakı vəziyyəti şərh edən mənbənin dediyinə görə,  banklarda dollar kütləsi çoxdur, manat azdır. Ona görə də  dollara tələb yoxdur. Bu səbəbdən banklar bu hərraca böyük maraq göstərməyiblər. 

Xəbər lenti
0