Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan bankları dollardan imtina etdi

CC0 / Brett_Hondow / BanknotesДоллары США
Доллары США - Sputnik Azərbaycan
Abunə olmaq
İndiyədək 3000 dollar limitlə ABŞ valyutasını alan Xalq Bank, günortadan sonra alışdan imtina edib

BAKI, 5 apr — Sputnik. Dollar sürətlə ucuzlaşdığından bir sıra bankların Dollar almaqdan imtina etdikləri bildirilir. Müştərilər, dollar satmaq istəsələr də banklar almaqdan imtina edirlər.

Məsələn, indiyədək 3000 dollar limitlə ABŞ valyutasını alan Xalq Bank, günortadan sonra alışdan imtina edib.

“Marja”nın məlumatına görə, bankların dollar alışından imtina etmələrinin səbəbi dolların sürətlə ucuzlaşması və manat qıtlığıdır. Dollar sürətlə düşdüyündən, banklar ziyan etməmələri üçün alış qiymətini satış qiymətindən xeyli aşağı təyin etməyə də çalışırlar. Həmçinin dollara ehtiyacı olan sahibkarlar da daha ucuz alış etmək gözləmə mövqeyindədirlər.

Ötən həftə 1.75 manata satılan 1 dollar bu gün 1.7050 manatadək düşüb.

Xəbər lenti
0