Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Sahibkar iş yerlərini niyə gizlədir?

© Sputnik / Pavel Lisitsyn / Mediabanka keçidİstehsalat sexi, arxiv şəkli
İstehsalat sexi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Sahibkarların iş yerlərini gizlətməsi ilə bağlı dəqiq təhlil, analiz aparılmalıdır"

BAKI, 5 apr — Sputnik. "Boş iş yerlərinin uçotunun məşğulluq xidmətlərinə təqdim olunma göstəricisi 30-40 faiz təşkil edir. Bu sahədə hələ də müəyyən problemlər var, çünki yerlərin sayı gizlədilir".

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli "Əməyin Gələcəyi Təşəbbüsü" üzrə Milli dialoqun yekunlarına həsr olunan konfransda deyib. Komitə sədri bu kimi halların ciddi narahatlıq doğurduğunu qeyd edib. Onun fikrincə, bununla bağlı müəyyən ciddi addımlar atılmalıdır ki, sahibkarlar boş yerlərin sayı ilə bağlı düzgün məlumat versinlər: "Hətta bununla bağlı nəzərdə tutulan cərimələrin məbləği də artırıla bilər".

© Photo : UNECƏli Əlirzayev
Əli Əlirzayev - Sputnik Azərbaycan
Əli Əlirzayev

Məsələ ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin "Sosial sferanın iqtisadiyyatı və idarə olunması" kafedrasının müdiri, professor Əli Əlirzayev Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, sahibkarın iş yerlərini gizlətməkdə heç bir marağı yoxdur: "Ola bilər ki, sahibkarlar məsələn, vergidən yayınmaq, Dövlət Sosial Müdafiə Fonduna ödəmə etməmək üçün işçiləri qeydiyyata salmırlar. Belə hallar ola bilər. Bu, gizli, qeyri-leqal iqtisadiyyatdır. Bu, hər bir ölkədə var, bizdə də ola bilər".

Onun sözlərinə görə, müşahidə, sorğu, monitorinq və yaxud da yoxlama yolu ilə bunu araşdırmaq olar: "Sahibkarların iş yerlərini gizlətməsi ilə bağlı dəqiq təhlil, analiz aparılmalıdır".

Professor boş iş yerlərinin uçotunun məşğulluq xidmətlərinə təqdim olunma göstəricisinin 30-40 faiz təşkil etdiyini güman etmir: "Sahibkar istehsal etdiyi məhsulu gizlədə bilməz. İş yerlərinin sayını gizlədirsə, onda bazara çıxartdığı məhsulun həcmini də gizlətməlidir. Çünki gizlədilən iş yerləri ilə bağlı müəyyən zəncirvari əlaqə olmalıdır. Amma iş görülür, müəyyən məhsul istehsal olunur, xidmət göstərilir. Guya ki, bunu 10 işçi ilə deyil, 5 işçi ilə görüb. Bəzən görürsən ki, həmin işçiləri 8 saat əvəzinə 12 saat işlədirlər. Bəzən onlara əlavə maaş verirlər ki, qal işlə".

Ekspertin fikrincə, iş yerlərin sayının gizlədilməsini öyrənmək üçün böyük tədqiqat aparmaq lazımdır: "Hər hansı bir sahibkarın istehsal etdiyi məhsulun miqdarını, iş günlərinin sayını bilmək olar. Məhsul sərf olunan əməyə görə istehsal olunur. Ola bilər ki, müəssisəsinin istehsal gücü, potensialı çoxdur. Amma istifadə edə bilmir, çünki məhsul satılmır. Məhsul satılmayandan sonra əlavə iş yeri açmaq, onlara əmək haqqı vermək sahibkarın nəyinə lazımdır?".

© Sputnik / Murad OrujovRegional İnkişaf Mərkəzinin rəhbəri Çingiz İsmayılov
Regional İnkişaf Mərkəzinin rəhbəri Çingiz İsmayılov - Sputnik Azərbaycan
Regional İnkişaf Mərkəzinin rəhbəri Çingiz İsmayılov

Professorun sözlərinə görə, cərimələrin özü də çıxış yolu deyil, bununla iş bitmir: "Gərək şəffaflıq, müəssisənin marağı, işçilərə tələbat açıq olsun. Hamı bilməlidir ki, hər hansı bir müəssisənin istehsal gücü nə qədərdir. Bir işçisi artıqdırsa, bunu hamı bilməlidir. Açıqlıq, şəffaflıq olmalıdır. İş yerlərinin genişləndirilməsi, işçilərin sayının artırılması üçün stimul olmalıdır. Əgər bir müəssisənin gəliri sahibkarın özünü, vergiləri qane etsə, sahibkar qeyri-leqal fəaliyyət göstərməkdən imtina edəcək, risk etməyəcək".

"Ən yaxşısı o olardı ki, müəssisələr öz aralarında rəqabət mühiti şəraitində daha çox iş yerləri açsınlar, daha çox stimul yaransın ki, onların bazarı genişlənsin. Buna şərait yaratmaq lazımdır. Cərimə ilə heç biri həll olunmur" — deyə o, qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "İnzibati İdarəetmə" fakültəsinin dekanı, professor Çingiz İsmayılov isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, əvvəla bu gizlətmələri sübut etmək lazımdır: "Əgər iş yerlərinin sayı gizlədilirsə, müvafiq nəzarət edən orqanlar bunu təhlil etməlidir ki, bu, həqiqətə uyğundur, ya yox. Əgər həqiqətə uyğundursa, onda müvafiq qayda-qanun çərçivəsində onlar məsuliyyətə cəlb olunmalıdırlar".

Onun fikrincə, bu, həm iqtisadi, həm də sosial məsələdir: "İqtisadi o mənada ki, müqavilələr bağlanmalı və vergilər verilməlidir. Sosial o mənada ki, işsizliyin faizinin nə qədər olduğunu real bilək".

"Düşünürəm ki, millət vəkilinin bu müraciətindən sonra bu sahəyə cavabdeh olan müvafiq orqanlar bunun həqiqətə uyğun olub-olmadığını müəyyənləşdirmək üçün monitorinq aparmalıdırlar. Ondan sonra hansısa fikir bildirmək olar" — deyə professor söyləyib.

Xəbər lenti
0