Доллары США

FED faizi artırdı, dollar isə ucuzlaşdı

299
Hərracdan əvvəl, əksər banklarda dolların alış və satış qiymətlərinin aşağı düşdüyü müşahidə olunur

BAKI, 16 mart — Sputnik. Dünən gecə ABŞ Mərkəzi Bankı FED uçot faizini 0,25 faiz artırdıqdan sonra dollar mühüm valyutalar qarşısında ucuzlaşıb.
Sputnik Azərbaycan "Marja"ya istinadən xəbər verir ki, məsələn, dollar avro qarşısında 1%-dən çox ucuzlaşıb və EUR/USD məzənnəsi 1.07 səviyyəsini aşıb. Bu, təəccüblü görünsə də, əsasları var. 

Belə ki, FED 2017-ci il ərzində bu günkündən əlavə 2 dəfə faiz artırılacağı proqnozunu verib (cəmi 3). Bazar da əvvəlcədən faizin 3 dəfə artırılacağını gözləyirdi. Bu ehtimal əvvəlcədən dolların dəyərində əks olunmuşdu. Yəni, səbəb FED-in bazarın gözlədiyindən artıq faiz artırımı gözləməməsidir. Bazarlar da bu il FED-in 3 dəfə faiz artıracağını gözləyirdi. Bu ehtimal əvvəlcədən də Dolların dəyərində əks olunmuşdu.

Qeyd edək ki, bu gün Mərkəzi Bankda valyuta hərracının keçiriləcəyi gözlənilir.

Hərracdan əvvəl, əksər banklarda dolların alış və satış qiymətlərinin aşağı düşdüyü müşahidə olunur.

"Marja" xəbər verir ki, AGBank dolların alış qiymətini 1.6750 manatdan 1.6650 manata, satış qiymətini isə 1.7450 manatdan 1.7350 manata, AtaBank satışı 1.7450 manatdan 1.74 manata, Bank Avrasiya alışı 1.69 manatdan 1.6750 manata, satışı isə 1.7450 mantdan 1.7350 manata, Bank BTB satışı 1.7350 manatdan 1.7150, Bank Respublika alışı 1.67 manatdan 1.65 manata, satışı 1.7350 manatdan 1.7285 manata manata, Bank VTB Azərbaycan alışı 1.69 manatdan 1.67 manata, satışı isə 1.75 manatdan 1.7350 manata endirib.

Kapital Bank dolların alış qiymətini 1.69 manatdan 1.68 manata endirib, satış qiymətini isə dəyişməyərək 1.7340 manatda saxlayıb. AmrahBank dolların alış qiymətini 1.68 manatdan 1.69 manata, satış qiymətini isə 1.72 manatdan 1.73 manata qaldırıb.

Dünən Yapı Kredi Bank Azərbaycan dolların satış qiymətini 1.71 manata, Günay Bank 1.72 manata endirmişdi.

 

 

299
Teqlər:
uçot dərəcəsi, hərrac, bank, dollar, FED
Əlaqədar
Dolların sabaha olan məzənnəsi açıqlanıb
Dollara ard-arda zərbə
Dolların sabaha olan məzənnəsi açıqlanıb
Bankların dollarla bağlı qərarı açıqlandı
Sabah dolların qiyməti belə olacaq
Banklarımızda dollar bu səviyyəyə düşdü
Elektrik xətləri, arxiv şəkli

Suqovuşanda "ağıllı şəbəkə" tətbiq olunur

9
(Yenilənib 12:53 22.04.2021)
Ağıllı Şəbəkə Konsepsiyası işğaldan azad olunan digər ərazilərdə olduğu kimi Suqovuşan ərazisində də tətbiq edilir. 35 kV-luq iki dövrəli xətt izoliyasiyalı kabellə çəkilir.

BAKI, 22 aprel — Sputnik. İşğaldan azad olunan Suqovuşan qəsəbəsinə 110/35/6 kv-luq Tərtər yarımstansiyasından 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi işləri davam etdirilir. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, işğaldan azad olunan əraziləri elektrik enerjisi ilə təchiz etmək üçün kompleks tədbirlər davam etdirilir, “Azərişıq Qarabağda” layihəsi çərçivəsində Suqovuşan ərazisində işləri sürətləndirilib.

Suqovuşanda son vəziyyət
© Sputnik / Aleksey Kudenko

Ağıllı Şəbəkə Konsepsiyası işğaldan azad olunan digər ərazilərdə olduğu kimi Suqovuşan ərazisində də tətbiq edilir. 35 kV-luq iki dövrəli xətt izoliyasiyalı kabellə çəkilir. Belə xətlərdə itkilər minimuma enir, əlverişsiz hava şəraitinə daha dözümlüdür, buzlaşmaya qarşı daha dayanıqlıdır, həmçinin belə xətlərin keçdiyi ərazilərdə mühafizə zolağı daha az olur, xətlərə texniki xidmət xərci minimuma enir.

Suqovuşan qəsəbəsinin daxili şəbəkəsində isə 0.4 kv hava xətləri bərpa edilib, yeni SİP kabellər çəkilib. Qısa müddət ərzində qəsəbəyə elektrik enerjisinin verilişi bərpa ediləcək. Bunun üçün lazım olan bütün mal-material əraziyə göndərilib.

9
Teqlər:
elektrik, işıq, Suqovuşan
Suraxanı neft yatağı, arxiv şəkli

Azərbaycan nefti bahalaşıb

4
(Yenilənib 12:47 22.04.2021)
"Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

BAKI, 22 aprel — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,16 dollar artaraq 65,37 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,26 dollar ucuzlaşaraq 65,06 dollar, "Light" markalı neftin qiyməti isə 0,27 dollar geriləyərək 61,08 dollar olub.

Qeyd edək ki, "Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

4
Teqlər:
Azərbaycan, qiymət, neft
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj
Putin və Lukaşenko, arxiv şəkli

Putin Lukaşenkonun müzakirə edəcəyi məsələlər açıqlandı

0
(Yenilənib 15:33 22.04.2021)
Lukaşenko 17 aprel tarixində özünün və övladlarının həyatına sui-qəsd hazırlayan bir qrup şəxsin həbs olunduğunu elan edib.

 

BAKI, 22 aprel — Sputnik. Rusiya və Belarus liderləri Vladimir Putin və Aleksandr Lukaşenko Moskvada Belarusa qarşı diversiya planlarının üstünün açılmasını müzakirə edəcəklər. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Onlar müntəzəm olaraq gündəmdəki məsələləri müzakirə edirlər və hər dəfə məsələlərin sayı azalmır. Bundan əlavə, əlbəttə ki, Belarusda təxribat planlarının açıqlanması ilə bağlı son hadisələrə dair mövcud vəziyyət barədə fikir mübadiləsi aparılacaq", - deyə Peskov vurğulayıb.

Qeyd edək ki, Lukaşenko 17 aprel tarixində özünün və övladlarının həyatına sui-qəsd hazırlayan bir qrup şəxsin həbs olunduğunu elan edib. Onun sözlərinə görə, ABŞ xüsusi xidmət orqanları burada iştirak edib. Belarus Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri İvan Tertelin dediyinə görə, qrup üzvlərinin Lukaşenko və ailə üzvlərini fiziki cəhətdən yox etmək, hakimiyyəti ələ keçirmək üçün silahlı bir üsyan təşkil etmək planı olub. Qrupa həm Belarus vətəndaşları, həm də xaricilər daxil idilər.

0