ABŞ Federal Ehtiyat Sisteminin yerləşdiyi bina

FED uçot dərəcəsini artırıb

161
(Yenilənib 23:52 15.03.2017)
FED uçot dərəcəsini illik 0,5-0,75% səviyyəsindən 0,75-1% faizə qədər artırıb

BAKI, 15 mart — Sputnik. Bu gün ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclası keçirilib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, FED uçot dərəcəsini illik 0,5-0,75% səviyyəsindən 0,75-1% faizə qədər artırıb.

Qeyd edək ki, sonuncu dəfə FED uçot dərəcəsini ötən il artırıb. 2016-ci ilin dekabrın 14-də tənzimləyici uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0,5-0,75% artırılması barədə qərar qəbul edib. Bundan sonra keçirilən iclaslarda uçot dərəcəsi dəyişdirilməyib.

161
Neft buruğu, arxiv şəkli

Dünyada neft ucuzlaşır

9
(Yenilənib 11:00 22.10.2020)
Neftin qiyməti qlobal neft tələbatının bərpa prosesinin ləngidiyinə dair narahatlıqlar fonunda ucuzlaşır.

BAKI, 22 oktyabr — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşır.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,52 dollar ucuzlaşaraq 41,49 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,16 dollar geriləyərək 41,57 dollar, "Light" markalı neftin qiyməti isə 0,19 dollar ucuzlaşaraq 39,84 dollar olub.

Qeyd edək ki, neftin qiyməti qlobal neft tələbatının bərpa prosesinin ləngidiyinə dair narahatlıqlar fonunda ucuzlaşır.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

9
Fermer taxıl yığır, arxiv şəkli

Bu il özünüməşğulluq proqramına cəlb olunanların sayı 8 minə çatır

22
(Yenilənib 23:44 21.10.2020)
2020-ci il ərzində proqram çərçivəsində 12 min ailənin kiçik biznesə çıxışının təmin edilməsi nəzərdə tutulub

BAKI, 21 oktyabr — Sputnik. Özünüməşğulluq proqramına cəlb olunanlardan 3200-dən çox şəxsə aktivlər verilərək ailə təsərrüfatları yaradılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən əsasən həssas əhali qruplarından olan şəxslərin özünüməşğulluq proqramına cəlb olunması işləri davam etdirilir. Bu ilin ötən dövründə 8 minə yaxın işsiz və işaxtaran şəxs proqrama cəlb olunub. Onlardan artıq 3200-dən çox şəxsə biznes planlarına uyğun olaraq mal və materiallar formasında aktivlər verilməklə, kiçik ailə təsərrüfatları yaradılıb. 2020-ci il ərzində proqram çərçivəsində 12 min ailənin kiçik biznesə çıxışının təmin edilməsi nəzərdə tutulub. Proqramın icrası zamanı əlilliyi olan şəxslərə, şəhid ailələrinə, məcburi köçkünlərə, ünvanlı sosial yardım alan ailələrin üzvlərinə, qadınlara daha çox üstünlük verilir.

22
Milli Məclis

Milli Məclisin növbəti plenar iclasının vaxtı gündəliyi məlum olub

0
(Yenilənib 19:26 22.10.2020)
"Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında" qanun layihəsinə, "Hərbi vəzifə və hərbi xidmət haqqında" və digər qanunlarda dəyişikliklərə baxılacaq

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 22 oktyabr — Sputnik. Milli Məclisin növbəti plenar iclasının vaxtı məlum olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, parlamentin iclası 27 oktyabrda keçiriləcək. İclasın gündəliyinə 8 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. "Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə.

2. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

3. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

4. "Peşə təhsili haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

5. Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "Torpaq islahatı haqqında", "Torpaq bazarı haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında", "Dövlət rüsumu haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında" və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

6. Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

7. "Hərbi qulluqçuların statusu haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Yol hərəkəti haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Avtomobil yolları haqqında", "Özəl tibb fəaliyyəti haqqında", "Dövlət qulluğu haqqında", "Psixiatriya yardımı haqqında", "Onkoloji yardım haqqında" və "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

8. "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

0