Səfir Onno Kervers Caspian Energy İnternational Media Group-un prezidenti və baş redaktoru Natalya Əliyevanın rəhbərliyilə Caspian Energy-nin nümayəndə heyətini qəbul edib

Səfir: “Niderland Cənub Qaz Dəhlizinin inşasına xüsusi əhəmiyyət verir”

22
(Yenilənib 16:04 13.03.2017)
Niderlandın Azərbaycandakı səfiri Onno Kervers: “Niderland CQD-nin inşasına xüsusi əhəmiyyət verir”

BAKI, 13 mart — Sputnik. Niderland Krallığının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Onno Kervers "Caspian Energy İnternational Media Group"un prezidenti və baş redaktoru Natalya Əliyevanın rəhbərliyilə Caspian Energy-nin nümayəndə heyətini qəbul edib. "Caspian Energy İnternational Media Group"dan Sputnik Azərbaycan-a verilən məlumata görə, görüşdə Hollandiya şirkətlərinin aprelin 12-də Bakıda keçiriləcək Caspian Energy Forum – 2017-də iştirakı mövzusuna toxunulub.

Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı işə başlayıb
© Official website of President of Azerbaijan Republic

Səfir ölkədə həyata keçirilən iqtisadi islahatların və Avropa investorlarının Azərbaycanın regional layihələrində və iqtisadiyyatının diversifikasiyasında iştirakının əhəmiyyətini vurğulayıb. “Azərbaycanla Niderland arasında iqtisadiyyat, ticarət və investisiya sahələrində artıq geniş əməkdaşlıq yaradılıb. Müxtəlif beynəlxalq təşəbbüslərə və Azərbaycanın mövqeyinə nəzər yetirsək, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının maraqlı layihə olduğunu deyə bilərik. Bizim Şimal-Cənub adlı nəqliyyat dəhlizimiz var. Plana əsasən, bu dəhliz Sankt-Peterburqdan Mumbaya qədər uzanmalıdır. Xəritəyə baxsaq, marşrutun bu regionla da kəsişdiyini görə bilərik. Beləliklə, infrastrukturun inkişafı və yaxşılaşması, həmçinin Xəzər dənizindəki azad ticarət zonası, sözsüz ki, bu məsələdə mühüm rol oynayacaq. Əlbəttə ki, Şimal-Cənub marşrutu ilə yanaşı, Şərq-Qərb marşrutu, yeni İpək Yolu da mövcuddur ki, bu da öz növbəsində geniş imkanlar yaradır” — deyə səfir qeyd edib. 

Bundan əlavə, Onno Kervers bildirib ki, ötən ilin dekabrında qəbul edilmiş Yol Xəritələri, həmçinin Azərbaycan iqtisadiyyatının diversifikasiyası planı Niderlandın Azərbaycanla əməkdaşlıqda can atdığı məsələlərlə yaxşı uyğunlaşır. Belə ki, prioriteti iki ölkə arasında dərin əməkdaşlıq əlaqələrinin mövcud olduğu kənd təsərrüfatı, eləcə də Hollandiya şirkətləri ilə əməkdaşlıq da daxil olmaqla Hollandiya texnologiyasının və nou-haunun tətbiqi təşkil edir. Onun sözlərinə görə, hal-hazırda bütün səylər bu hədəflərə yönəldilib.

Ведущий научный сотрудник отдела экономического анализа и вопросов глобализации Центра стратегических исследований (ЦСИ) при Президенте АР Гюльмира Рзаева
© Photo : Страница Facebook Гюльмиры Рзаевой

Cənub Qaz Dəhlizinin (CQD) inşasının həyata keçirilməsinə gəlincə, səfir qeyd edib ki, Niderland CQD-nin inşasına xüsusi əhəmiyyət verir. Bilavasitə onun benefisiarı olmasa da, Avropa və Niderland dəhlizin bir hissəsi olaraq öz enerji ehtiyat mənbələrini diversifikasiya etdiyindən bu, siyasi və strateji mənada çox vacibdir. 

Görüşün sonunda səfir Caspian Energy jurnalına eksklüziv müsahibə verib. Müsahibədə o, ikitərəfli əlaqələrin inkişaf imkanlarına, iqtisadi əməkdaşlığın genişləndirilməsinə toxunub, həmşinin enerji əməkdaşlığının inkişafı məsələsindən söz açıb. Müsahibə ilə www.caspianenergy.net saytında tanış ola bilərsiniz. 

22
Teqlər:
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, "Cənub Qaz dəhlizi", Caspian Energy Forum – 2017, Caspian Energy İnternational Media Group, Natalya Əliyeva, Onno Kervers, Mumbay, Sankt-Peterburq, Niderland, Hollandiya, Avropa, Azərbaycan, Bakı
Əlaqədar
“Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının iclası keçirilir
Azərbaycan prezidenti “Cənub Qaz Dəhlizi” ilə bağlı toplantıda iştirak edir
Cənub Qaz Dəhlizi üçün 7 mlrd. dollarlıq kredit cəlb ediləcək
Polietilen torbalar, arxiv şəkli

Olmalıydı, olmadı: qanunun qadağan etdiyi məhsul hələ mağazada satılır

14
(Yenilənib 16:03 19.01.2021)
Ekspert vurğulayıb ki, uzun illər bu sahədə müəyyən işlərin aparılmasına baxmayaraq, plastik tullantılar həyatımızın bir hissəsinə çevrilib

BAKI, 19 yanvar — Sputnik. Bu il hər il martın 15-i qeyd edilən Ümumdünya İstehlakçı Hüquqları Günü planetin plastik çirklənməsi probleminin həllinə həsr ediləcək.

Plastik gündəlik həyatda çox faydalı bir material ola bilər, ancaq həddindən artıq istehlak edilməsi və xüsusilə birdəfəlik plastik istehsalı qlobal plastik çirklənmə böhranına səbəb olur.

"Plastik Dalğanı Qırmaq" adlı kitabına görə, böyük siyasi, yenilik və davranış dəyişiklikləri baş verməyincə, plastikin okeana axışı 2040-cı ilə qədər üçqat artacaq. 2050-ci ilə qədər okeanlarda balıqdan daha çox, plastik olacağı təxmin edilir. Qeyd edilib ki, plastik çirklənmədən hər il 100,000 dəniz məməlisi, tısbağa və 1 milyon dəniz quşu ölür.

Hər il təxminən 8 milyon ton plastik okeanlara atılır.

İstehlakçıların plastik çirklənmə probleminin həllinə töhfə verə bilməsi və davamlı istehlak modelini seçməsi üçün istehlak bazarını bütün səviyyələrdə, əyalətlərdə, müəssisələrdə sistematik şəkildə dəyişdirmək lazımdır.

"Azad İstehlakçılar Birliyi"nin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qurum 1999-cu ildə küçə nümayişi keçirərək Bakının ətraf mühitinin plastik tullantılar ilə çirklənməsi barədə ictimai rəy yaradıb. Ekspert vurğulayıb ki, uzun illər bu sahədə müəyyən işlərin aparılmasına baxmayaraq, plastik tullantılar həyatımızın bir hissəsinə çevrilib.

"Qərara görə, yanvarın 1-dən plastik torbalar bütün mağazalardan yığışdırılmalı idi. Ancaq görünən odur ki, plastik torbalar yığışdırılmayıb", - deyən E.Hüseynov bildirib ki, birlik 500-ə yaxın bez torbalar istehsal edərək istehlakçılara paylayıb.

Onun sözlərinə görə, MDB məkanında tətbiq edilən təcrübə Azərbaycanda da tətbiq edilməlidir: "Yəni plastik torbalar marketlərdə satılsın. Əgər istehsal olunursa, rəngsiz olsun, hökumətin qeyd etdiyi kimi onun qalınlığı 15 mikrondan qalın olmasın. Birmənalı şəkildə pulla satılsın ki, əhali ev torbalarına keçsin".

Mütəxəssisin fikrincə, bu gün ən yaxşı vasitə ölkənin cənub bölgəsində hazırlanan həsir zənbillərdir. Dövlət Gömrük Komitəsi plastik məhsulların idxalı ilə məşğul olan sahibkarları qanunvericiliyin tələblərinə əməl etməyə çağırır. Bildirilib ki, qanunvericiliyin tələblərini pozan hüquqi və fiziki şəxslər barəsində qanunamüvafiq tədbirlər həyata keçiriləcək.

Xatırladaq ki, "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununa 26 noyabr 2020-ci il tarixli dəyişikliyə əsasən, həmin Qanunun 46-cı maddəsində qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların idxalına qadağa nəzərdə tutulub.

Bildirilib ki, mövcud qanunvericiliyə əsasən, 2021-ci il yanvarın 1-dən etibarən qalınlığı 15 mikronadək olan polietilen torbaların, iyulun 1-dən isə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların sahibkarlar tərəfindən istehsalı və idxalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya xidmət zamanı istifadəsi qadağandır.

Qanunvericiliyin tələblərinə riayət olunmamasına görə ciddi məsuliyyət tədbirləri nəzərdə tutulur. Bu cür hərəktlərə görə inzibati xətanın predmeti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 3000 manatdan 4000 manatadək cərimə edilirlər.

14
Bakıda neft nasosları, arxiv şəkli

Azərbaycan nefti bahalaşır

10
(Yenilənib 15:09 19.01.2021)
Azərbaycan neftinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub

BAKI, 19 yanvar — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşır.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,20 dollar artaraq 55,37 dollar təşkil edib.

“Brent” markalı neftin qiyməti 0,25 dollar artaraq 55 dollar, “Light” markalı neftin qiyməti isə 0,18 dollar ucuzlaşaraq 52,18 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

10
Teqlər:
qiymət, neft
Hövsanda çirkli ərazi

Xəzərə tullantıların atılması azalıb

0
"ETSN sadəcə tullantıların idarəedilməsinə nəzarət edir, amma bələdiyyələr həmin tullantıların yığılmasını və atılmasını təmin etməlidirlər".

BAKI, 19 yanvar — Sputnik. Xəzər dənizinə tullantı sularının axıdılması halları xeyli azalıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə "Ekspert saatı" proqramında bildirib.

Onun sözlərinə görə, ötən dövr ərzində həm Xəzərə axıdılan tullantı sularının həcmi, həm də axarların sayı azalıb: "Lakin təkcə Abşeron yarımadasından Xəzərə gün ərzində 1 milyon kub metr su axıdılır. Bunun qarşısının alınması üçün tədbirlər görülür".

O qeyd edib ki, Bakı şəhərində tullantıların idarəedilməsi ilə bağlı əksər problemlər həll edilib. Belə ki, regionlarda bu problem hələ qalmaqda davam edir. O, bu problemin həlli üçün strategiya təsdiqləndiyini də nəzərə çatdırıb: "ETSN sadəcə tullantıların idarəedilməsinə nəzarət edir, amma bələdiyyələr həmin tullantıların yığılmasını və atılmasını təmin etməlidirlər".

0