Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Həyəcan təbili: Neft qıtlığı gözlənilir

© AFP 2023 / TOBIAS SCHWARZНефтяной насос в Баку, фото из архива
Нефтяной насос в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
IEA: Üç ildən sonra bazarda neft çatışmayacaq

BAKI, 7 mart — Sputnik. "Yeni layihələr həyata keçirilməsə, 2020-ci ildən sonra neft bazarı kəsirlə üzləşə bilər."

Sputnik Azərbaycan "ProFinance"a istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Energetika Agentliyinin (IEA) yenilənmiş 5 illik proqnoz hesabatında məlumat verilib. Hesabata görə, yaxın 3 ildə neft hamıya çatacaq. Belə ki, yaxın illərdə ABŞ, Kanada və Braziliyada hasilatın artması gözlənilir.

Neft buruğu - Sputnik Azərbaycan
RUSİYA
2017-ci ildə artıq neft bazarı tərk edəcək

2015-2016-cı illərdə neft quyularının kəşfiyyatı daxil olmaqla sektora investisiya qoyuluşunun kəskin azalması tendensiyasının bu il də davam etməsi proqnozlaşdırılır.

İEA-nın hesabatına görə, 2019-cu ildə neftə tələbin 100 mln. barel/günü ötməsi, 2022-ci ilə qədər isə 104 mln. barel/günə çatması ehtimal edilir. Tələb əsasən inkişaf etməkdə olan ölkələrdən olacaq və qlobal neft istehlakının 70%-i Asiya bölgəsinin payına düşəcək.

İEA-nın rəhbəri Fatih Birol bildirib ki, biz ABŞ-da hasilatın artması dalğasının ikinci mərhələsinə daxil olmuşuq: "Bunun nə qədər davam edəcəyi qiymətlərdən asılı olacaq. Əgər neftin qiyməti 80 dollar/barelə çatsa, ABŞ-da gündəlik neft hasilatı 3 mln. barel arta bilər. Əgər qiymətlər 50 dollar/bareldə qalsa ABŞ-da 2020-ci ildən sonra hasilat azalmağa başlayacaq".

Xəbər lenti
0