Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İran Azərbaycan neftinin cənub sularına çatdırılmasında maraqlıdır

© AZƏRTACİlham Əliyev və Həsən Ruhani
İlham Əliyev və Həsən Ruhani - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Rəşt-Astara dəmir yolunun çəkilişində iştirak edəcək

BAKI, 5 mart — Sputnik. "Azərbaycan Rəşt-Astara dəmir yolunun çəkilişində iştirak edəcək və iki ölkənin səyi ilə Rəşt-Astara dəmir yolunun inşası başlanacaq". Sputnik Azərbaycan xəbər verir ki, İran prezidenti Həsən Ruhani azərbaycanlı həmkarı İlham Əliyevlə keçiridiyi birgə mətbuat konfransında belə açıqlama verib.

Ruhani bildirib ki, hər iki ölkə enerji sahəsində əməkdaşlığa hazır olduğunu bəyan edir: "İran Azərbaycanın neft və neft məhsullarının cənub sularına çatdırılmasında maraqlıdır və ümidvarıq ki, bu sahədə əməkdaşlığımız genişlənəcək. Ölkələrimiz müştərək sərmayə qoyuluşu, eləcə də Azərbaycanda avtomobil zavodunun və dərman preparatları istehsal edən müəssisənin inşası üçün önəmli addımlar atıb və bu məsələdə zəruri razılaşmalar əldə edilib. Ümidvarıq ki, yaxın gələcəkdə bu layihələr həyata keçiriləcək".

Xəbər lenti
0