ISE Economic Talksun ilk görüşü

“ISE Economic Talks”da ilk müzakirə: “Trumponomics”

52
UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin “ISE Economic Talks” layihəsinin ilk müzakirəsi keçirilib

BAKI, 3 mart — Sputnik. UNEC-in yeni iqtisadi platforması olan “ISE Economic Talks”un ilk görüşündə dünya gündəmində ən çox müzakirə edilən “Trumponomics” mövzusu müzakirəyə çıxarılıb. Mövzu barədə Beynəlxalq İqtisadiyyat Məktəbinin rəhbəri Anar Rzayev çıxış edib. A.Rzayev Trampın “inqilabları”ndan danışaraq, onları elita daxili – siyasi establişment və media, ABŞ oliqarxiyası, eyni zamanda vergi, kapitallar, fiskal, enerji, anti-qlobalizm – populizm, proteksionizm və ksenofobiya inqilabı kimi səciyyələndirib.

  • UNEC-in yeni iqtisadi platforması “ISE Economic Talks”un ilk görüşü
    UNEC-in yeni iqtisadi platforması “ISE Economic Talks”un ilk görüşü
    © Photo : UNEC
  • UNEC-in yeni iqtisadi platforması “ISE Economic Talks”un ilk görüşü /
    UNEC-in yeni iqtisadi platforması “ISE Economic Talks”un ilk görüşü /
    © Photo : UNEC
  • UNEC-in yeni iqtisadi platforması “ISE Economic Talks”un ilk görüşü
    UNEC-in yeni iqtisadi platforması “ISE Economic Talks”un ilk görüşü
    © Photo : UNEC
  • UNEC-in yeni iqtisadi platforması “ISE Economic Talks”un ilk görüşü
    UNEC-in yeni iqtisadi platforması “ISE Economic Talks”un ilk görüşü
    © Photo : UNEC
  • UNEC-in yeni iqtisadi platforması “ISE Economic Talks”un ilk görüşü
    UNEC-in yeni iqtisadi platforması “ISE Economic Talks”un ilk görüşü
    © Photo : UNEC
  • UNEC-in yeni iqtisadi platforması “ISE Economic Talks”un ilk görüşü
    UNEC-in yeni iqtisadi platforması “ISE Economic Talks”un ilk görüşü
    © Photo : UNEC
  • UNEC-in yeni iqtisadi platforması “ISE Economic Talks”un ilk görüşü
    UNEC-in yeni iqtisadi platforması “ISE Economic Talks”un ilk görüşü
    © Photo : UNEC
1 / 7
© Photo : UNEC
UNEC-in yeni iqtisadi platforması “ISE Economic Talks”un ilk görüşü

A.Rzayev bildirib ki, iqtisadi artımın dövlət xərcləri ilə stimullaşdırılması federal budcə defisitini artıracaq. İnfrastruktur planlar isə FES-in uçot dərəcəsini artırmasına təkan verəcək. Bu, borclanma xərclərini artıracaq və ÜDM-in artmasını əngəlləyəcək, deyə qeyd edib. “ISE Economic Talks” iştirakçıları ABŞ-a yeni sənayeləşmə siyasəti lazımdırmı və post-sənaye paradiqması necə oldu sualları ətrafında fikir mübadiləsi aparıblar. 

Müzakirədə bildirilib ki, D.Trampın fiskal genişlənmə siyasəti potensial ÜDM-ilə real ÜDM arasındakı fərqi qət edə biləcəyi inandırıcı deyil. ABŞ-da uçot dərəcələri artacaq. Bu daxili investisiyaları əngəlləyəcək, lakin qlobal kapital axınlarının istiqamətini qəyişə bilər. ABŞ proteksionizmi beynəlxalq əmək bazarından iş yerləri almaqla deyil, daxili vergi bazası ilə gəlirlər fərqinin daha da genişlənməsi və qlobal iqtisadiyyatın inkişafının əngəllənməsilə nəticələnəcək. Uçot dərəcələrinin artması monetarizmin yenidən “qayıtmasına” şərait yaradacaq.

“ISE Economic Talks” layihəsinin məqsədi UNEC-in müəllim, tədqiqatçı və tələbələrini vahid iqtisadi platformada toplamaq və onların müzakirələrini təşkil etməkdir. Layihə çərçivəsində, qlobal iqtisadiyyatın, eləcə də ölkənın ən aktual iqtisadi mövzu və problemləri müzakirə edilir. Eyni zamanda, dünya bestselleri olan iqtisadi kitabların “Müzakirə günü” də təşkil edilir. Ayda iki dəfə təşkil olunan müzakirələrin mövzuları səsvermə yolu ilə seçilir. “ISE Economic Talks” layihəsinin rəhbəri UNEC-in “Beynəlxalq İqtisadiyyat” kafedrasının müəllimi Təhmasib Əlizadədir. 

52
Teqlər:
ÜDM, UNEC, Təhmasib Əlizadə, Anar Rzayev, Donald Tramp, ABŞ
Əlaqədar
UNEC İslam Dünyası Universitetləri Federasiyasının İdarə Heyətinə seçilib
Rusiya İqtisad Universitetinin rektoru: "UNEC böyük nailiyyətlər qazanıb"
Rusiyalı professor: “UNEC-in təcrübəsindən yararlanmaq lazımdır”
UNEC Türkiyə universitetləri ilə təcrübə mübadiləsi aparacaq
Qaz borusunun çəklişi

Azərbaycanın təbii qaz sektorunda üç il sonrakı hədəfləri açıqlandı

11
(Yenilənib 21:07 03.12.2020)
"İqtisadi artımın bərpası və ümumi rifaha doğru: dayanıqlı dünya üçün təbii qazın imkanları" mövzusuna həsr edilmiş 7-ci Beynəlxalq Enerji Forumu - Beynəlxalq Qaz İttifaqı Nazirlərinin Qaz Forumu keçirilib

BAKI, 3 dekabr — Sputnik. 2023-cü ildə Azərbaycanda təbii qaz istehsalı illik 50 milyard kubmetrə, "Şahdəniz" yatağında isə 25,3 milyard kubmetrə çatacaq.

Energetika Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, dekabrın 3-də "İqtisadi artımın bərpası və ümumi rifaha doğru: dayanıqlı dünya üçün təbii qazın imkanları" mövzusuna həsr edilmiş 7-ci Beynəlxalq Enerji Forumu - Beynəlxalq Qaz İttifaqı Nazirlərinin Qaz Forumu keçirilib. Tədbirdə Azərbaycanın energetika naziri Pərviz Şahbazov da iştirak edib. Malayziya hökumətinin ev sahibliyi ilə virtual formatda təşkil olunmuş forumda inkişaf etməkdə olan bazarlarda təbii qazın rolu, təbii qaz bazarlarında yeni perspektivlər, dayanıqlı gələcəyə xidmət edəcək və dünya qaz bazarlarında dinamik inkişafı dəstəkləyən enerji siyasəti və biznes strategiyaları haqqında fikir mübadiləsi aparılıb.

Forum çərçivəsində təşkil olunmuş "Genişlənməkdə olan qaz bazarlarında imkanlar: yeni reallıqlar şəraitində istehsalçı–istehlakçı perspektivləri" mövzusunda nazirlərin dəyirmi masasında çıxış edən P.Şahbazov Cənub Qaz Dəhlizi layihəsi haqqında geniş məlumat verib və bildirib ki, cari ilin sonundan etibarən təbii qazın Avropaya nəqlinə başlanacaq. Eyni zamanda, ayrı-ayrılıqda TANAP və TAP layihələri haqqında da məlumat verilərək həm bu kəmərlərin, həm də ümumilikdə Cənub Qaz Dəhlizinin gələcəkdə nəql imkanlarının genişləndirilməsi və daha geniş coğrafiyaya, Cənub-Şərqi Avropa və Balkanlara qaz nəqli perspektivlərinin olduğu bildirilib.

Çıxışda, həmçinin Azərbaycanda bu il 38 milyard kubmetr proqnozlaşdırılan qazın 2023-cü ildə təxminən 50 milyard kubmetrə, Cənub Qaz Dəhlizinin əsas mənbəyi olan "Şahdəniz" yatağından illik hasilatın bu il 18,7 milyard kubmetrə, 2023-cü ildə isə 25,3 milyard kubmetrə çatacağının gözlənildiyi qeyd edilib. Bildirilib ki, indiyə qədər bu yataqdan təxminən 133 milyard kubmetr qaz çıxarılıb, 88,6 milyard kubmetrdən çox qaz ixrac olunub.

Azərbaycanın əks-hücum əməliyyatı və sonrakı siyasi həll mərhələsi ilə Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizin azad edildiyi və 30 illik Ermənistan-Azərbaycan Qarabağ münaqişəsinə son qoyulduğu, bununla da Azərbaycanda enerji, o cümlədən qaz infrastrukturuna hərbi təhdidlərin artıq keçmişdə qaldığı da diqqətə çatdırılıb.

Forumda 100-dək yüksək səviyyəli hökumət nümayəndəsi, o cümlədən nazirlər, sənaye liderləri, beynəlxalq təşkilatların rəhbərləri və ekspertlər iştirak ediblər.

11
Teqlər:
Şahdəniz” yatağı, hasilat, təbii qaz yatağı, təbii qaz, Azərbaycan
Azərişıq, arxiv şəkli

Qənaət: "Azərişıq" azad olunan torpaqlarda işini 3D xəritə ilə qurur

17
(Yenilənib 20:04 03.12.2020)
Ərazinin 3D-mobil xəritəsinin yaradılması ilə güc mərkəzləri, elektrik veriliş xətləri, paylayıcı qurğular və uçot komplektinin coğrafi mövqeləri lazer skaneri vasitəsilə hazırlanmış modeldə öz əksini tapır.

BAKI, 3 dekabr — Sputnik. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti işğaldan azad olunan ərazilərdə mühüm əhəmiyyətli strateji obyektlərin elektrik təchizatını təmin etmək üçün “Azərişıq Qarabağda” layihəsi çərçivəsində təcili tədbirlərə start verib. Bu barədə qurumdan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Bildirilib ki, hazırda ölkə Prezidenti İlham Əliyevin müvafiq göstərişinə əsasən, Qarabağ ərazisində mühüm əhəmiyyətli strateji obyektlərin elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində fasiləsiz işlər aparılmaqdadır.

“Azərişıq” ASC-nin İmişli Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin açılışı olub
© Official website of President of Azerbaijan Republic

"Şəbəkələrin yenidənqurma və tikintisi işlərinin layihələndirilməsinə gəldikdə isə, düşünürük ki, müasir və innovativ texnologiyaların cəlb edilməsilə bu proses daha da sürətlənəcək. Belə ki, ərazinin 3D-mobil xəritəsinin yaradılması ilə güc mərkəzləri, elektrik veriliş xətləri, paylayıcı qurğular və uçot komplektinin coğrafi mövqeləri lazer skaneri vasitəsilə hazırlanmış modeldə öz əksini tapır. Bununla əlaqədar olaraq, özünü rəqəmsal texnologiyalar sahəsində yetərincə təsdiq etmiş EKM Global Consulting GmbH şirkəti ilə gələcək əməkdaşlıq haqda niyyət sazişi imzalandı”, -  deyə “Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov qeyd edib.

Qeyd olunub ki, tikililərin 3D lazer skan edilməsi və modelləşdirilməsi, tarixi-memarlıq abidələr və topoqrafik planların mövcud vəziyyətini dolğun və dəqiq əks etdirməyə imkan verir: "Yerüstü topoqrafik çəkilişlər öz iş yerlərini tərk etmədən müxtəlif ölçmələrin aparılmasında mütəxəssislərə geniş imkanlar yaradır. Və əlbəttə ki, bu kimi innovativ yanaşmalar zəruri olan işlərin daha az vaxt və məsrəflərlə həyata keçirilməsini təmin edir”.

17
Teqlər:
qənaət, xəritə, işğaldan azad edilmiş ərazilər, "Azərişıq" ASC
Müasir Türkiyə-Azərbaycan əməkdaşlığına həsr olunmuş dəyirmi masa. Sputnik Multimedia Mərkəzi, 17 sentyabr 2018-ci il

Tarixçi: “Son 250 illik tariximizdə ilk dəfədir ki, belə böyük bir zəfər qazanırıq”

0
(Yenilənib 00:38 04.12.2020)
Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov deyir ki, bu zəfərin böyük mənəvi dəstəyi var və ümid yaradır ki, irəlidə Azərbaycan xalqını, dövlətini daha böyük qələbələr gözləyir
Rizvan Hüseynov: “Bu Zəfər Günü də gözlənilən idi”

Prezident İlham Əliyev Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək.

Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov Sputnik Azərbaycan-a deyir ki, ordumuzun Vətən müharibəsində qələbəsi böyük uğurdur:

“Bu Zəfər Günü də gözlənilən idi. Müstəqilliyimizi qazandıqdan bu yana ən çox gözlədiyimiz bayram günüdür. Hətta deyərdim ki, son 250 illik tariximizdə ilk dəfədir ki, belə böyük bir zəfər qazanırıq. Bu zəfərin böyük mənəvi dəstəyi var və ümid yaradır ki, irəlidə Azərbaycan xalqını, dövlətini daha böyük qələbələr gözləyir”.

Rizvan Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

0
Teqlər:
Qarabağ, tarix, Zəfər Günü, Azərbaycan
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə