Dollar manat

Dolların sabaha olan məzənnəsi açıqlanıb

211
Sabaha USD/AZN rəsmi məzənnəsi 1,7475 səviyyəsində müəyyən olunub

BAKI, 27 fev — Sputnik. Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 28-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, sabaha USD/AZN rəsmi məzənnəsi 1,7475 səviyyəsində müəyyən olunub.

Qeyd edək ki, fevralın 27-də də USD/AZN rəsmi məzənnəsi 1,7475 manat təşkil edib.

211
Teqlər:
manat, dollar, Rəsmi məzənnə, Azərbaycan Mərkəzi Bankı, AMB
Əlaqədar
Dollar üç gün bu qiymətə olacaq
Dollar erası bitir
Mərkəzi Bank dolların məzənnəsində dəyişiklik etdi
Dollar-manat münasibəti bu həddə sabitləşəcək
Minaatandan atəş, arxiv şəkli

Ermənistan ordusunun hərbi texnikası darmadağın edilib

168
(Yenilənib 12:50 28.09.2020)
Düşmən itkiləri arasında aşkar edilən bəzi cəsədlərin Suriyadan olan muzdlulara aid olması müəyyənləşib.

BAKI, 28 sentyabr — Sputnik. Kəşfiyyat məlumatlarına əsasən, düşmənin 24 ədəd tankı və digər texnikası, 15 ədəd OSA-sı, 18 ədəd PUA-sı məhv edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Müdafiə Nazirliyinin keçirdiyi brifinqdə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

"Raket atışları ilə düşmən müqavimətinin qırılmasına məcbur edilir", – polkovnik-leytenant Anar Eyvazov deyib.

O bildirib ki, Ermənistan tərəfinin Azərbaycan Ordusunun itkiləri ilə bağlı yaydığı məlumatların heç bir əsası yoxdur.

"Bu, Ermənistan əhalisinin içində olan təşvişi azaltmağa xidmət edir. Kəşfiyyat məlumatlarına əsasən, düşmənin 24 ədəd tank və digər texnika, 15 ədəd OSA, 18 ədəd PUA-sı məhv edilib. Düşmən itkiləri arasında aşkar edilən bəzi cəsədlərin Suriyadan olan muzdlular olması müəyyənləşib. Ermənistan tərəfi bu məlumatı həm yerli, həm beynəlxalq ictimaiyyətdən gizlədir", – polkovnik-leytenant Anar Eyvazov əlavə edib.

168
G-20

“Böyük iyirmiliyin” toplaşacağı vaxt bəlli oldu

46
(Yenilənib 03:18 28.09.2020)
G20 - çox inkişaf etmiş və inkişafda olan ölkələrin hökumətləri və mərkəzi banklarının rəhbərlərinin klubudur.

BAKI, 28 sentyabr - Sputnik. “Böyük iyirmilik” ölkələri növbəti sammitin bu il onlayn formatda keçiriləcəyini bəyan ediblər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə G-20-nin saytında məlumat yer alıb.

Tədbir noyabrda keçiriləcək. Orada sədr Səudiyyə Ərəbistanı olacaq.

“G20 liderlərinin sammiti noyabrın 21-22-də onlayn formatda, Əlahəzrət kral Salman ben Əbdül Əziz əl Səudun sədrliyi ilə keçiriləcək”, - məlumatda deyilir.

G20 - çox inkişaf etmiş və inkişafda olan ölkələrin hökumətləri və mərkəzi banklarının rəhbərlərinin klubudur. Ümumilikdə G20 dünyanın ümumi milli məhsulunun 85%-ni, dünya ticarətinin 75%-ni (Aİ daxilində ticarət də daxil olmaqla) və dünya əhalisinin üçdə ikisini ehtiva edir. Kluba 20 milli iqtisadiyyat - ABŞ, Almaniya, Argentina, Avstraliya, Braziliya, Böyük Britaniya, İndoneziya, İtaliya, Hindistan, Kanada, Çin, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Fransa, Cənubi Koreya, CAR, Yaponiya və Avropa Birliyi daxildir.

46
(1:26 / 9.10Mb / просмотров видео: 3)

"Ölənəcən savaşmağa hazırıq": Tovuz sakinləri hər an döyüşə atılmağa hazırdırlar VİDEO

12
Bu gün minlərlə vətəndaşımız göz qırpmadan Vətəni azad etmək uğrunda döyüşə atılmaq istəyir. Tovuz sakinlərinin tərəddüdsüz hazırlığını videomuzda izləyin.

İyul ayında baş verən Tovuz döyüşləri gənclərimizdə, eləcə də orta yaşlı nəsil arasında döyüş ruhunu yenidən alovlandırıb. Buna görə də gənclər, keçmiş döyüşçülər kütləvi şəkildə könüllü orduya getmək üçün müraciət edirlər.

Tovuz sakinləri Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə öz fikirlərini paylaşıb, hər an döyüşə hazır olduqlarını, işğal altında qalan torpaqlarımızı azad etmək üçün Ali Baş Komandanın əmrini gözlədiklərini bildiriblər. Onların cavablarını videomuzda izləyin.

12
Teqlər:
Tovuz, erməni təxribatı, Dağlıq Qarabağ münaqişəsi