Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Türkiyəli nazir Bakıya gəlib

© Photo : DHAFaruk Çelik
Faruk Çelik - Sputnik Azərbaycan
Abunə olmaq
Foruma təxminən 100 türk şirkətinin rəhbərinin qatılması gözlənilir

BAKI, 23 fev — Sputnik. Türkiyәnin Kənd Təsərrüfatı naziri Faruk Çelik Azərbaycana sәfәr edib. Sputnik Azərbaycan TRT-yə istinadən xəbər verir ki, dünәn axşam saatlarında Bakıya sәfәr edәn Faruk Çelik Türkiyә sәfirliyindә tәşkil olunan tәdbirdә iştirak edib.

Faruk Çelik tәdbir çәrçivәsindә Azәrbaycanın kәnd tәsәrrüfatı naziri Heydәr Әsәdov vә iş adamları ilә bir araya gәlib. Nazir bu gün Türkiyə-Azərbaycan Kənd Təsərrüfatı İcra Komitəsinin 8-ci sessiyasına qatılacaq.

​İki ölkə arasında "Maldarlıq təsərrüfatı üçün yem istehsalı və sertifikatlaşdırılması" sahəsində əməkdaşlıq müqaviləsi imzalanacaq. Foruma təxminən 100 Türk şirkətinin rəhbərinin qatılması gözlənilir.

Xəbər lenti
0